Çerşenbe axşamı, 03.12.2024, 22:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 4 » DÜNYANIN GÖZÜNÜ CƏLALİ GÖZƏLLİYİ İLƏ QAMAŞDIRAN FATİMEYİ-ZƏHRA (S.Ə)
    13:51
    DÜNYANIN GÖZÜNÜ CƏLALİ GÖZƏLLİYİ İLƏ QAMAŞDIRAN FATİMEYİ-ZƏHRA (S.Ə)
     
     
     
     
     
     
     
    DÜNYANIN GÖZÜNÜ CƏLALİ GÖZƏLLİYİ İLƏ
    QAMAŞDIRAN FATİMEYİ-ZƏHRA (S.Ə)

    Bəşəriyyət yeniləşən dünyanın 3 minilliyinə qədəm qoyduğu dovrdən başlayaraq Azərbaycan, oz iradəsi, mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizn həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mustəsna rol oynamışdır. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdrikliyi mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Azerbaycan tarixində olduğu kimi İslam tarixində də belə xanımlara rast gəlmək olar. Tarixmizin Həcəri, Nigari, Tomrisi olduğu kimi xanımlar xanımı, xanim Fatiməsi də (s.ə) var. Cəmadius-sani ayının 20-də Məkkə şəhərində dünyaya göz açan Fatimə (s.a) dünyaya gəlir ki, dünyanın gözünü özününcəlallı gözəlliyinin tamaşasından qamaşdırsın Bəli, Fatiməyi-Zəhra namus və paklığın o parlaq ulduzu nurlu ailədə vəhy evində səma mələklərinin endiyi yerdə Cəbrayılın mənzil yerində peyğəmbərlik və dindarlıq günəşinin doğduğu yerdə dünyaya göz açdı və İslam dünyasına mənəviyyat və ruhanilik üfüqünə öz səadətli təvəllüdü və mübarək varlığı ilə başqa bir nur işıq bəxş etdi. Fatiməyi-Zəhra (s.a) mövludu bu gün də bir çox yerlərdə qeyd edilməkdədir. 19 iyun İmam Cəfəri Sadiq (ə) adına mədrəsədə də Kəmalə xanımın təşkilatçılığı ilə xanım Fatiməyi Zəhra (s.a) mövludu qeyd olundu. Orada hər şey bənzərsiz tərifə layiq şəkildə təşkil olunmuşdur. Məclisə Quran ayələri ilə başlayaraq xanım haqqında bilməyənlərə məlumat verildi. Əslində mənim diqqətimi Arifə xanımın cıxışı cəlb etdi. Cıxışda deyilirdi: ”Olmazmı ki, Alman qadınının adı ilə bağlı olan 8 mart Beynəlxalq qadınlar gününü məhz xanım Fatimeyi-Zəhranın (s.a) mövludu günü ilə əvəz edək? Cıxış hamı tərəfindən alqışla qarşılandı. Bu sual məni xeyli düşündürdü…. Ard-arda xanımın mübarək ruhuna salavatlar çevirib, Qurani Kərimdən ayələr oxundu. Hətta viktorina belə keçirildi. Sualları düzgün cavablandıran xanımlara Qurani Kərim və bir çox dini kitablar paylandı. Düzü ilk dəfə idi belə məclisdə iştirak edirdim. Bir jurnalist kimi mənə də soz verildi. Haqq yollunda olan Allahu Təalanın əmri ilə örtülən, uca Rəbbin buyurduğu vacib və eyni zamanda müstəhəbb sayılan bütün qayda-qanunlara riayət edən xanımların arasında mikrafon götürməyə utandım. Inşaəllah, uca Tanrım cumlə bizi hidayət edər. Bu gün cəmiyyətmizin, xüsusilədə qadınların hər hansı başqa bir zamandan daha çox pak Zəhranın (s.a) bənzərsiz və görkəmli şəxsiyyətinin, qadınlığın müqqəddəs bir nümunəsi, pak bir rəhbər və başçı kimi tanınmasına və gələcək nəsillər də daha çox və daha yaxşı tanıdılmasına böyük ehtiyac var. Ümüdvaram ki, bu qısa yazıyla Allaha qarşı çıxanlar, şeytana uyanlar əleyhine üsyan qaldırmış xanımın əxlaqı və insani fəzilətləri, səbr və dözümü ilə bağlı nümunələri pakların pak Fatimənin (s.a) mübarək vücuduna aid başqa örnəkləri yaddaşlara həkk edəcəkdir


    Arzu Kərimzadə

    Категория: Cümə söhbətləri | Просмотров: 2341 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    04.09.2008
    1. A_H_L_I_B_E_Y_T (ahlibeyt14mesum) [Material]
    Allah komeyiniz olsun ne gozel meqaledi bu... Allah razi olsun sizden ....Allah bizi ahlibeytle qiyametde mesur etsin amin ya rebbil alemin smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər