Главная » 2008 » Sentyabr » 7 » Türkiyənin "Star" internet qəzetində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib.
18:03 Türkiyənin "Star" internet qəzetində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. |
Türkiyənin "Star" internet qəzetində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib.
Qəzetin manşetində yer alan "Tarixi ziyarətin təməl mesajı" başlıqlı yazıda Ermənistanın xəritəsi verilib. Xəritədə Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi göstərilib. Məqalədə qeyd olunub ki, Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri zamanı prezident Serj Sərkisyanla 45 dəqiqəlik görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək. A. Gül qarşı tərəfə "Türkiyə heç bir ölkə ilə, xüsusilə qonşusu ilə düşmənçilik istəmir" deyəcək. Türkiyənin Azərbaycandakı səfirliyindən əməkdaşımıza bildiriblər ki, hazırda səfirlikdə bu sualı cavablandıracaq səlahiyyətli şəxs yoxdur. Səfirlik əməkdaşı gün ərzində məsələ ilə bağlı açıqlama verəcəklərini bildirib. Qeyd edək ki, son anda aldığımız məlumata görə, artıq adıçəkilən sayt öz səhfini düzəldib. İbrahim
|
Категория: Dünyada |
Просмотров: 1337 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|