Главная » 2008 » Sentyabr » 8 » QUANTANAMODAN DAHA 3 MƏHBUS AZAD OLDU
16:41 QUANTANAMODAN DAHA 3 MƏHBUS AZAD OLDU |
ABŞ Quantanamodan köçürdüyü daha 3 məhbusdan birini Pakistanda, ikisini isə Əfqanıstanda yerləşdirdi, - dünyabülteni xəbər verir.
ABŞ Müdafiə Nazirliyindən edilən açıqlamada bir məhbusun Pakistana, ikisinin isə Əfqanıstana köçürüldüyü rəsmən bildirilib. Açıqlamada köçürülənlərin şəxsiyyətləri mövzusunda hər hansı bir məlumat verilmir.
Kübanın cənub-şərqindəki Quantanamodakı ABŞ-ın bazasında 2002-ci ildə qurulan nəzarət düşərgəsindən bu günə qədər 500-dən çox məhbusun köçürüldüyü, hələ də burada saxlanılanların sayının isə 255 nəfər olduğu bildirilir (Anadolu agentliyi). Hərbi rəsmilər onlardan təxminən 80-ni müharibə cinayətləri törətmələri səbəbiylə bazadakı xüsusi bir məhkəmədə mühakimə etməyi planlaşdırdıqlarını bildirib.
|
Категория: Dünyada |
Просмотров: 1212 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|