Главная » 2008 » Sentyabr » 9 » Amerika prezdentliyinə namizəd Barak Obama müsəlman olduğunu qəbul etdi
19:14 Amerika prezdentliyinə namizəd Barak Obama müsəlman olduğunu qəbul etdi |
Amerika'da 4 Noyabrda ediləcək prezident seçkiləri üçün yarış sürətlə davam edir. Yarışda Demokrat Partiya Başçı Namizədi Barak Obamanın Müsəlman olduğu qarşıya qoyulurdu. Hətta bu iddia internetdə yayılmışdı. Obamanın atasının Keniyalı bir Müsəlman, göbək adının da Hüseyin olduğu iddiası gündən günə yayılmağa davam edirdi.
Bu iddialar əsnasında 47 yaşındakı Illinois Senatorunun bir neçə il əvvəlki Keniya ziyarətində ağ paltar və sarıqla çəkdirdiyi fotoşəkil ABŞın gündəminə bomba kimi düşmüşdü. Obama isə hər fürsətdə, İslama böyük hörməti olduğunu ancaq Müsəlman olmadığını, Xristian olduğunu söyləyirdi.
Ancaq əvvəlki gün ABC kanalına reportaj verən Obama, eyni mövzunu bir dəfə daha gündəmə gətirdi. Ancaq dilinin dolaşması yeni bir müzakirəyə səbəb oldu.
‘Sonunda qəbul etdi'
Server Corc Stephanopoulos Obamaya Müsəlman olduğu iddialarını birkez daha soruşdu. Bu iddiaların Respublikaçılar tərəfindən özünü gözdən düşürmək üçün atıldığını söyləyən başçı namizədi, "Oyun oynamayaq. Bəlkə John McCain Müsəlmanlığımı (My Muslim faith) tənqid etmədi amma yandaşları davamlı bunu dilə gətirir" deyə danışdı.
Ç aşan aparıcı, dərhal "Müsəlmanlıqmı" deyə soruşdu. Səhvini anlayan Obama, "Xristianlığım" deyərək sözünü düzəltdi. Ancaq bu sözlər Respublikaçılar tərəfindən internetdə təbliğat vəsaiti edildi. Respublikaçı saytlarda, "Obama Müsəlmanlığını qəbul etdi" şərhləri edildi.
WWW.MEDiA-iSLAM.CoM Xəbər xidməti
Materialdan istifadə edərkən istinad vacibdir
(Bütün hüquqlar qorunur) |
Категория: Dünyada |
Просмотров: 1226 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|