Şenbe, 21.12.2024, 19:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 53
    Qonaq: 53
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 13 » RAMAZAN AYINDA ORUCLA BAĞLI BƏZİ ŞƏRİ MƏSƏLƏLƏR
    21:27
    RAMAZAN AYINDA ORUCLA BAĞLI BƏZİ ŞƏRİ MƏSƏLƏLƏR
     
     
     
     
     
     
    MƏRHUM ŞEYX AYƏTULLAH-UZMA LƏNKƏRANİNİN FƏTVALARINA ƏSASƏN
     
     

    ORUCUN HÖKMLƏRİ

    Məsələ: 1626.Oruc o əməldir ki, insan Allah-Taalanın fərmanını yerinə yetirmək üçün sübh azanından məğribə qədər orucu batil edən şeylərdən (onların şərhi sonradan gələcək) pəhriz etsin.

    NİYYƏT

    Məsələ: 1627.İnsanın oruc niyyətini qəlbindən keçirtməsi, yaxud “sabah oruc tuturam” deməsi vacib deyil. Hətta əgər Allahın əmrini yerinə yetirmək üçün sübh azanından məğribə qədər orucu batil edən işləri görməsə kifayətdir. Bu müddətin hamısında oruc olduğunu yəqin etmək üçün bir az sübh azanından qabaq, həmçinin bir az məğribdən sonra orucu batil edən işlərdən çəkinməlidir.

    Məsələ: 1628.Vaxtı müəyyən olan vacib orucda (Ramazan ayının orucu kimi) gecənin əvvəlindən sübh azanına qədər hər vaxt sabahkı günün orucunun niyyətini etsə eybi yoxdur. Əgər Ramazan ayı, yaxud vaxtı müəyyən olan başqa vacibi orucda bilməsə, yaxud unutsa və zöhrdən qabaq yadına düşsə, bu halda orucu batil edən işlərdən görməyibsə, niyyət etməlidir, orucu da səhihdir; yox əgər orucu batil edən işlərdən görmüş olsa, yaxud zöhrdən sonra yadına düşsə, orucu batildir, lakin məğribə qədər orucu batil edən işləri görməməli, sonradan isə həmin orucun qəzasını tutmalıdır.

    Müstəhəb orucun vaxtı isə gecənin əvvəlindən məğribə, niyyət etmək üçün vaxt qalana qədərdir ki, əgər bu vaxta qədər orucu batil edən işlərdən görməsə və müstəhəb oruc niyyəti etsə, orucu səhihdir.

    Məsələ: 1629.Sübh azanından qabaq oruc niyyəti etmədən yatan bir şəxs zöhrdən qabaq oyanıb niyyət etsə–istər vacib olsun istərsə də müstəhəb–orucu səhihdir. Amma əgər zöhrdən sonra oyansa vacibi oruc niyyəti edə bilməz.

    Məsələ: 1630.Əgər Ramazan ayından başqa bir orucu tutmaq istəsə gərək onu müəyyənləşdirsin. Məsələn, “qəza orucu, yaxud nəzir orucu tuturam”, deyə niyyət etsin. Amma Ramazan ayınında “bu ayın orucunu tuturam”, deyə niyyət etməsi vacib deyil. Hətta əgər Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti etsə də onun orucu Ramazan ayının orucu hesab olunur.

    Məsələ: 1631.Əgər bir kəs Ramazan ayı olduğunu bilsə və qəsdən Ramazan ayından başqa orucu niyyət etsə, onun orucu nə Ramazan ayının orucu hesab olunur, nə də niyyət etdiyi oruc.

    Məsələ: 1632.Əgər sübh azanından qabaq niyyət edib məst olsa və günün əsnasında huşa gəlsə, ehtiyat-vacibə görə o günün orucunu axıra çatdırıb sonradan qəzasını da yerinə yetirməlidir.

    Məsələ: 1633. Əgər sübh azanından qabaq niyyət edib huşdan getsə və gün əsnasında huşa gəlsə, ehtiyat-vacibə görə o günün orucunu tamamlamalıdır. Əgər tamamlamasa, gərək qəzasını yerinə yetirsin.

    Məsələ: 1634.Əgər sübh azanından qabaq niyyət edib yatsa və məğribdən sonra oyansa orucu səhihdir.

    Məsələ: 1635.Əgər məsələn, Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutub sonradan ikinci, yaxud üçüncü gün olduğunu başa düşsə orucu səhihdir.

    Məsələ: 1636.Əgər Ramazan ayı olduğunu bilməsə, yaxud unutsa və günortadan qabaq başa düşsə, bu halda orucu batil edən işlərdən görməyibsə, niyyət etməlidir, orucu da səhihdir; yox əgər orucu batil edən işlərdən görmüş olsa, yaxud zöhrdən sonra Ramazan ayı olduğunu başa düşsə, orucu batildir, lakin məğribə qədər orucu batil edən işləri görməməli, Ramazan ayından sonra isə qəzasını tutmalıdır.

    Məsələ: 1637.Uşaq Ramazan ayının sübh azanından qabaq həddi-büluğa çatsa oruc tutmalıdır. Amma əgər sübh azanından sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil.

    Məsələ: 1638.Meyyitin orucunun qəzasını tutmaq üçün əcir tutulan bir şəxs əgər müstəhəb oruc tutsa eybi yoxdur. Amma qəza orucu olan bir şəxs müstəhəb oruc tuta bilməz. Başqa vacibi orucun qəzası olsa, ehtiyat-vacibə görə müstəhəb oruc tuta bilməz. Əgər unutsa və müstəhəb oruc tutsa, bu halda zöhrdən qabaq yadına düşsə müstəhəb orucu pozulur və öz niyyətini vacibi oruc niyyətinə döndərə bilər; yox əgər zöhrdən sonra başa düşsə orucu batil, məğribdən sonra yadına düşsə səhihdir.

    Məsələ: 1639.Əgər kafir Ramazan ayında zöhrdən qabaq müsəlman olsa və sübh azanından həmin vaxta qədər orucu batil edən işlərdən görməmiş olsa, ehtiyat-vacibə görə gərək niyyət edib oruc tutsun; əgər tutmasa, qəzasını etsin.

    Məsələ: 1640.Əgər xəstə Ramazan ayı günortadan qabaq sağalsa və sübh azanından o vaxta qədər orucu batil edən işlərdən görməmiş olsa oruc niyyəti edib o günü oruc tutmalıdır. Amma zöhrdən sonra sağalsa, o günün orucu ona vacib deyil.

    Məsələ: 1641.İnsan Ramazan ayının hər gecəsində onun sabahının orucu üçün niyyət edə bilər. Daha yaxşı olar ki, ayın ilk gecəsi də bütün ayın orucunu niyyət etsin.

    Məsələ: 1642.İnsan Şə”banın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etsə, oruc tutması vacib deyil. Amma oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz. Qəza və s. kimi orucların niyyətini etsə və sonradan Ramazan ayı olduğu mə”lum olsa Ramazan ayının orucundan hesab olunur.

    Məsələ: 1643.Şə”banın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu sair kimi oruc tutub günün əsnasında–hətta zöhrdən sonra Ramazan olduğunu başa düşsə, onun orucunu niyyət etməlidir. Amma Ramazan ayı niyyəti ilə oruc tutsa, hətta əgər həqiqətdə Ramazanda vaqe olsa da batildir.

    Məsələ: 1644. Əgər bir kəs vaxtı müəyyən olan vacibi orucda (məsələn, Ramazan ayının orucunda) oruc tutmaq niyyətindən dönsə orucu batildir. Amma orucu batil edən işlərdən görməyi niyyət edib görməsə orucu səhihdir.

    Həmçinin müstəhəb və vaxtı müəyyən olmayan vacibi orucda zöhrdən əvvəl yenidən oruc niyyəti etsə orucu səhihdir.
     
     
    AYƏTULLAH-UZMA SEYYİD ƏLİ SİSTANİN FƏTVALARINA ƏSASƏN
     
     
     
     
    Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından şam azanına qədər, irəlidə izah olunacağı kimi, doqquz şeydən çəkinməsidir.

    NİYYƏT

    Məsələ 1531: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

    Məsələ 1532: İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.

    Məsələ 1533: Agah olan şəxs üçün, Ramazan ayı orucunun ən son niyyət vaxtı, sübh azanı vaxtıdır. Yə`ni ehtiyat vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır.

    Məsələ 1534: Orucu batil edən işləri görməyən şəxs, şam azanına az bir vaxt qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəbb bir oruc niyyət edərsə, orucu səhihdir.

    Məsələ 1535: Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən «mütləq qürbət» niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.

    Məsələ 1536: Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs, onu niyyətində müəyyən etməlidir. Məsələn; «qəza orucu və ya kəffarə orucunu tuturam» deyə niyyət etməlidir. Amma Ramazan ayında «Ramazan ayının orucunu tuturam» deyə niyyət etməsi lazım (ilzami) deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir qəsdi etmək lazım deyil.

    Məsələ 1537: Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu kimi də sayılmaz – əgər o qəsd qürbət (yə`ni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa; hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz.

    Məsələ 1538: Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

    Məsələ 1539: Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və gün-arası özünə gəlsə, vacib ehtiyata əsasən o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.

    Məsələ 1540: Əgər sübh azanından qabaq niyyət edib, sonra məst olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.

    Məsələ 1541: Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir.

    Məsələ 1542: Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Amma şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyat vacibə əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, rəcaən oruc niyyəti etməli, Ramazandan sonra qəzasını etməlidir. Amma əgər zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, gərək oruc niyyəti etsin və orucu səhihdir.

    Məsələ 1543: Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. Amma əgər müstəhəbb oruc tutmaq qəsdi etsə, ehtiyat müstəhəbbə əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.

    Məsələ 1544: Meyyitin orucunu tutmaq üçün əcir olan və ya boynunda kəffarə orucu olan bir şəxs, müstəhəbb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda Ramazan ayının qəza orucu olan bir şəxs, müstəhəbb oruc tuta bilməz. Əgər unudaraq müstəhəbb bir oruc niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəbb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Amma əgər zöhrdən sonra agah olarsa, ehtiyata əsasən orucu batildir. Əgər şam azanından sonra xatırlayarsa, orucu səhihdir.

    Məsələ 1545: Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacib olmasını bilməsə, ya unutsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir.

    Məsələ 1546: Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün, məsələn; kəffarə orucu kimi, qəsdən zöhr yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta əgər niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət etsə, orucu səhihdir.

    Məsələ 1547: Əgər kafir Ramazan ayında, zöhrdən əvvəl müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən gərək «mafizimmə» niyyəti ilə orucu tamam etsin. Əgər belə etməsə, gərək onun qəzasını yerinə yetirsin.

    Məsələ 1548: Əgər xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat vacibə əsasən oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma əgər zöhrdən sonra sağalarsa, o günün orucu (həmin gün) ona vacib deyildir, gərək sonradan qəza etsin.

    Məsələ 1549: İnsanın, Şə`banın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gün oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər «Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın» deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil, amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Belə ki, əgər sonradan Ramazan ayı olduğu mə`lum olarsa, Ramazandan hesab olunar. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu mə`lum olarsa, yenə də kifayətdir.

    Məsələ 1550: Şə`banın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gündə, qəza, müstəhəbb və bu kimi bir oruc niyyəti ilə oruc tutarsa və gün ərzində Ramazan ayı olduğunu anlayarsa, Ramazan ayı orucu üçün niyyət etməlidir.

    Məsələ 1551: Əgər vaxtı müəyyən olan vacib bir orucda (Ramazan ayının orucu kimi) «orucumu batil edim, yoxsa etməyim»-deyə tərəddüddə olsa və müəyyən qərara gələ bilməsə, yaxud orucunu batil etməsinə dair qəsd etsə, əgər yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər yenidən oruc niyyəti etsə ehtiyat vacib budur ki, o günün orucunu tamamlayıb sonradan da qəzasını tutsun.

    Məsələ 1552: Müstəhəbb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi görməsə və vacib orucda zöhrdən əvvələ qədər və müstəhəbb orucda, şam azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.
     

     

    Категория: BƏZİ ŞƏRİ MƏSƏLƏLƏR | Просмотров: 1948 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər