Главная » 2008 » Sentyabr » 15 » 2100-cü İLƏ KİMİ DÜNYA OKEANLARININ SƏVİYYƏSİ 1,5 METR QALXACAQ
22:10 2100-cü İLƏ KİMİ DÜNYA OKEANLARININ SƏVİYYƏSİ 1,5 METR QALXACAQ |
Son tədqiqatların nəticələrinə görə qlobal istiləşmə yüzilliyin sonuna qədər dünya okeanları və dənizlərinin səviyyəsinin 1,5 metrə qədər qalxmasına səbəb olacaq.
Tədqiqatın nəticələri Avropa Geofizika tədqiqatları konfransında təqdim edilmişdi. Nəticələrə görə keçə il iqlim dəyişilməsi qruppunun dənizlərin səviyyəsi ilə bağlı verdiyi proqnozlardakı rəqəmlər üç dəfə artıb.
Böyük Britaniya Okean coğrafiyası labaratoriyasının aliminin sözlərinə görə onların dənizlərin səviyyəsini ölçülməsi istiqamətində apardıqlaı tədqiqat keçən 2000 il ərzində istifadə olunmuş modellərin ən sonuncusunun əsasında aparılıb.
"Son 2000 il ərzində dünya okeanlarının səviyyəsi praktik olaraq dəyişməz qalırdı. Lakin, son vaxtlar biz onların əhəmiyyətli şəkildə yüksəldiyini müşahidə edirik", - deyə o, bildirmişdir.
Konfransa təqdim olunan məlumatlara görə, dənizlərin səviyyəsi XVIII yüzillikdə 2sm, XIX yüzillikdə 6sm, XX yüzillikdə isə 19sm qalxıb.
Böyük fəlakətlərə gətirə biləcək belə güclü səviyyə artımı buz qatlarının əriməsi ilə bağlıdır. Həmçinin alimin sözlərinə görə, əgər okeanların səviyyəsi bir metr belə artsa 72 milyon Çin əhalisi və Vyetnam əhalisinin on faizi, o cümlədən bir sıra materiklərin əhalisi öz yaşayış yerlərini dəyişməli olacaq.
|
Категория: Dünyada |
Просмотров: 1322 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|