Главная » 2008 » Sentyabr » 15 » DEVAMM-a İNANCLI İNSANLARDAN ŞİKAYƏTLƏR DAXİL OLMAĞA BAŞLADI
23:08 DEVAMM-a İNANCLI İNSANLARDAN ŞİKAYƏTLƏR DAXİL OLMAĞA BAŞLADI |
DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi) hüquq müdafiəsi mərkəzinin mətbuat xidmətinin verdiyi xəbərə görə, dərs ilinin başlanması ilə hüquq müdafiə mərkəzinə artıq iki nəfər inanclı müəllimədən şikayət daxil olmuşdur. Belə ki, 167 və 162 saylı məkləblərin rəhbərliyi iki müəlliməyə şifahi şəkildə dərslərə baş örtüyü ilə – hicabla gəlməyi qadağan etmişlər.
Vəziyyəti şərh edən DEVAMM sədri, hüquq müdafiəçisi İlqar İbrahimoğlu qeyd etmişdir: «Bu gün 15 sentyabr – növbəti dərs ilinin başlanğıcıdır. Və həqiqətən də çox xoşagəlməz bir hal kimi qeyd etmək lazım gəlir ki, artıq neçənci dəfədir dərs illərinin başlanğıcı inanclı müəllimlərin, tələbələrin, şagirdlərin hüquqlarınn növbəti dəfə pozulması ilə müşayiət olunur. Artıq ilk şikayətlər daxil olmuşdur. Bu dəfə 167 və 162 saylı məktəblərin rəhbərləri fərqlənmişlər. Çox təəccüblüdür ki, hər il, görünür özlərini rəhbərlik etdikləri təhsil müəssisələrinin sahibləri hesab edən bu və ya digər təhsil məmurları, öz dini inanclarına və etiqad və vicdan azadlığını təmin edən konstitusion hüquqlarına görə baş örtüyü – hicab geyinən vətəndaşların hüquq və azadlıqlarını pozmağa cəhd edirlər. Bizim monitorinq qrupu artıq vəziyyətə nəzarət prosesini başlamışdır. Ümid edirik ki, keçən illərdə olduğu kimi, həftənin sonu üçün təhsil müəssisələrində baş verən inanclı insanların hüquqlarının pozulmasının tək-tək halları öz həllini tapacaqdır».
Deyerler.org |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1170 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|