Главная » 2008 » Sentyabr » 25 » QÜDS GÜNÜ BƏYƏNATI
|
Azərbaycan Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin
BƏYƏNATI Mübarək Ramazan ayını yaşayırıq, Allahın rəhməti dolu günlərdə məzlumları yad etmək və zalımlara etiraz etmək günü nəhayət gəlib çatdı. Əlbəttə hər bir vicdanı təmiz insan hər an bu vəzifəyə əməl etməyə məsuldur. Mübarək Ramazan ayının son cüməsi "Qüds Günü" kimi qeyd olunduğundan bu əmələ əncam çəkmək daha tutarlı və vəhdətə qatılmaq deməkdir.
Biz də Milli mənəvi dəyərlər ictimai birliyi adından Fələstin xalqının milli konsensusunu nəzərə almayan aqressor İsrail hökümətinin işğal və soyqırım kimi qətliamlarına etiraz edir,işğal olmuş Fələstin torpaqlarının azad olunmasını sionitslərdən tələb edirik. Müsəlman ziyalıları vә mütəfəkkirlərindən Sionist hegemoniyasının yeni neokolonizm cəhdlərini ifşa etmək üçün siyasi səhnədən kənarda qalmamağa çağırırıq. Qərbin pozğun və müstəmləkə ideoloji ekspansiyasını xalqa virus kimi yoluxlatmaması üçün İslam fəlsəfəsi və məntiqi ilə onlara cavab vermək vacib olduğundan hər bir kəsi onlara sivil mübarizə yoluna dəvət edirik .
Milli mənəvi dəyərlər İctimai Birliyinin Mətbuat Xidməti |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1226 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|