Şenbe, 27.04.2024, 07:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 29 » TÜRKİYƏDƏ GÜNDƏLİK ORUCUN BİTMƏSİNİ ATƏŞFƏŞANLIQLA BİLDİRİRLƏR
    20:46
    TÜRKİYƏDƏ GÜNDƏLİK ORUCUN BİTMƏSİNİ ATƏŞFƏŞANLIQLA BİLDİRİRLƏR
     
     
     
     
     
     
     
     
     
    Əgər əvvəlki illərdə Türkiyədə gündəlik orucun bitməsi haqqında topdan atəş açmaqla, təbil çalmaqla bildirilirdisə, indi günəşin batması atəşfəşang ilə və pirotexnikalardan açılan atəşlə bildirilir. Ənənəvi olaraq, İzmirdə günəşin batması Kadifekal qəsrinin divarlarından açılan atəşlə bildirilirdi. Məhz bu da axşam iftarının vaxtının girdiyini bildirirdi. Belə ki, bu ildən qədim ənənə dəyişdirilmişdir. İzmirin yanğından mühafizə idarəsi bildirib ki, top atəşləri qəsrin ətrafından ildən-ilə boşalan ərazilər üçün ciddi təhlükə törədir, İslam.ru xəbər verir.

    Bir vaxt qədim artilleriya topu ərazidə yanğının baş verməsinə səbəb olmuşdur. Başqa bir vaxtda atəşi edən şəxs, yaxşı öyrədilməsinə baxmayaraq, zədə alaraq şikəst olmuşdur. Ən sonda şəhər hökuməti yanğından mühafizə idarələrinin şikayətlərinin qarşısını almaq üçün səsli siqnalı Çindən alınmış pirotexnikalarla əvəz etdi.

    İzmir yeganə pirotexnikanın ənənəvi Ramazan ayı atəşini sıradan çıxardan şəhər deyil. Türkiyənin mərkəzi şəhərlərindən olan Kayseridə tarixi qəsrin divarlarından 50 il atəş açmış top, səsli bomba ilə əvəz edilmişdir. Belə ki, top atəşi tarixi tikiliyə ziyanlar törətmişdir. Hazırda Türkiyədə pirotexnikalardan güclü şəkildə istifadə olunur. Ondan yalnız toy, yeni ilin qarşılanması kimi təntənəli məclislərdə deyil, mübarək Ramazan ayı boyunca da istifadə olunur.
     
     
     
     
     
    Категория: Saytımızdan XƏBƏRLƏR | Просмотров: 1413 | Добавил: Nisa | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər