Главная » 2008 » Oktyabr » 1 » Səudi alimdən Hizbullaha mesaj: Adını dəyişdir, silahını burax!
22:05 Səudi alimdən Hizbullaha mesaj: Adını dəyişdir, silahını burax! |
Səudi Ərəbistanın qabaqda gələn qənaət liderlərindən Salman Ovda, Hizbullaha siyasətini dəyişdirməsi və silahını buraxması çağırışında bulundu.
İsrail ilə Livan arasında sürən 33 gündəlik döyüş əsnasında Hizbullah üçün dua etmənin haram olduğunu müdafiə edən İbni Cibrinə "indi vaxtı deyil" deyən Səudiyyə dəvətçi Salman Ovda nəhayət səssizliyini pozdu.
S əudi Ərəbistandakı cihadçı sələfilər ilə kraliyet tərəfdarı sələfilər arasında qalan seqmentin qənaət liderlərindən biri sayılan əl-Ovda, Livan Hizbullahına adını dəyişdirmə və silah buraxmaqbarədə mesaj ünvanladı.
Hizbullah ın əsgəri və siyasi siyasətini dəyişdirməsini istəyən Səudiyyə dəvətçi, Hizbullahın rəsmi ordu xaricində əlində silah saxlamasını tənqid etdi.
Hizbullah ın Səudiyyə dəvətçiyə cavabı isə gecikmədi. Hizbullahın Livan parlamentindəki "Müqavimətə Vəfa" adlı qrupunun millət vəkillərindən Həsən Hubbullah, Hizbullahın silahının mətbuat orqanlarının müzakirə mövzusu olmadığını söylədi.
Əl Ovdanın şərhinin "fitnə" iy verdiyini vurğulayan Hubbullah, "Şeyx Ovdanı nəyin narahat etdiyini bilmirəm. Bu ad Qurandan alınmışdır və bizlər Allahın əmrlərinə uymağa, zalımlara söykənməməyə çalışırıq" dedi.
M üqavimətə Vəfa qrupu millət vəkili Hubbullah, Ovdanın sözlərinin Müqavimətin silahı mövzusunda şübhə yaratma məqsədi daşıdığını və yalnız İsrail və Amerikanın mənfəətinə olduğunu söylədi.
Sə udi Ərəbistanlı əl-Ovda, əl-Qaidə lideri Usamə b. Ladinə "Qardaşım" deyə xitab edərək yazdığı tənqidi bir məktub ilə Ərəb dünyasında özündən danışdırmışdı.
əl-Ovda, daha əvvəl İstanbulda təşkil edilən və "Şiələrə qarşı Sünni həmrəyliyinə" çağıran konfransa icazə verdiyi üçün Türkiyəyə içdən təşəkkürlərini" bildirmişdi.
Materialdan istifadə edərkən istinad vacibdir
|
Категория: Dünyada |
Просмотров: 1949 |
Добавил: media-islam
| Рейтинг: 1.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|