Şenbe, 21.12.2024, 16:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 4 » GƏNCLƏRƏ İNAM VƏ ETİMAD MÜVƏFFƏQİYYƏTİN RƏMZİDİR
    16:04
    GƏNCLƏRƏ İNAM VƏ ETİMAD MÜVƏFFƏQİYYƏTİN RƏMZİDİR
     
     
     
     
     
     
    Müsahibimiz İran İslam Respublikası vitse prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri, İran Milli Gənclər Təşkilatının sədr müavini, İslam Respublikası hakim koalisiyanın üzvü İslami Ülfət (Mötəlifeye İslami) Partiyasının Mərkəzi Şurasının üzvü cənab Mehdi Solidir

    “Biz gənclərimizin gələcəyinə inanırıq, onların işıqlı gələcək üçün böyük potensialları var. Bizim cavanlar dünyada ədalətin, əxlaqın, dinin və mənəviyyatın keşiyindədirlər. Bunlar hamısı cavanlara göstərilən etimadın səmərəsi və bəhrəsidir”

    Ötən həftə Bakıda Gənclər və İdman Nazirliyinin ev sahibliyi ilə Dünya Gənclərinin IV Məşğulluq Sammiti (YES) çərçivəsində nazirlərin və QHT nümayəndələrinin konfransı keçirildi. Yetmiş ölkədən toplaşılan Bakı sammitinin məqsədi bütün dünyada gənclərin məşğulluq probleminə diqqətin yetirilməsi idi. Gənclərin məşğulluğu ilə bağlı problemlər özünü əsasən Asiya, Amerika və Afrika qitəsi ölkələrində göstərir. Konfransda iştirak edən müxtəlif ölkələrin müvafiq qurumlarının nümayəndələri çıxış edərək sammitin yekunu olaraq imzalanacaq nazirləin iştirakı ilə Nazirlər Bəyannaməsinin mətni ilə bağlı fikirlərini bildirdilər. Qeyd edək ki, hər bir YES sammitinin sonunda bəyannamə qəbul olunur. Bu dəfə ki, bəyannamədə toxunulan əsas məsələlərdən biri gənclərin təhsil almaları ilə bağlı idi.
     
    Qeyd edək ki, sammitdə 70 ölkədən 600-ə yaxın nümayəndə iştirak edirdi. İran İslam Respublikasını bu sammitdə İran İslam Respublikası vitse prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri, İran Milli Gənclər Təşkilatının sədr müavini, İslam Respublikası hakim koalisiyanın üzvü İslami Ülfət (Mötəlifeye İslami) Partiyasının Mərkəzi Şurasının üzvü, nazir əvəzi cənab Mehdi Soli təmsil edirdi. Azərbaycan və İran arasındakı dostluq və qardaşlıq əlaqələrinin olmasını və bu iki xalq arasında olan dərin mədəni və mənəvi əlaqələri nəzərə alaraq biz cənab Mehdi Solidən müsahibə almağı qərara aldıq. Müsahibimizin bizimlə olan səmimi söhbəti və suallarımızı böyük həvəslə cavalandırması da bizim diqqətimizi çəkdi.

    Cavid İmamoğlu: Cənab Mehdi Soli, Bakıda keçirilən “Gənclərin Məşğulluq Sammiti”ndan və gələcəkdə keçiriləcək konfanslardan gözləntiləriniz nədir. Biz bilirik ki, növbəti belə konfrans iki ildən sonra İsveçdə keçiriləcək. Ümumiyyətlə Azərbaycan və İran arasındakı bu sahədə inteqrasiyaya konfrans nə kimi təsir göstərəcək?
    Mehdi Soli: Bu konfransın məqsədi və hədəfi gənclərin məşğulluq problemlərini aradan qaldırmaq və onların inkişafına nail olmaqdır. Artıq, neçə illərdir keçirilən bu konfranslarda artıq nailiyyətlər əldə olunmağa başlayıb. Bizim bu konfransda iştirakımız həm Azərbaycan, həm də İran üçün böyük bir müvəffəqiyyətdir. Bizim üçün gənclər arası regional münasibətlərin daha xüsusi önəmi vardır. Biz fikrləşirik ki, İran və Azərbaycan arasında zəngin mənəvi, tarixi və ədəbi əlaqələr mövcuddur. Bu istiqamətdə də bir sıra işlər görülür. Bir neçə ay bundan əvvəl İran Milli Gənclər Təşkilatının rəhbəri Azərbaycanda səfərdə olmuşdu. Bir müddətdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Naziri də İrana səfər edəcək. Bu gün də bizim Gənclər İdman və Turizm Naziri Azad Rəhimov ilə İran və Azərbaycan Gəncləri və onların əlaqələri barədə görüş keçirdik və müzakirələr etdik. Bu görüşlər bir daha sübut etdi ki, bizim gənclər ilə olan işimiz və bu sahədə uğurumuz gələcəkdə daha çox olacaq. Xüsusi ilə görüşlərdə biz gənclər arası topluma, gənclər təşkilatına fikr veririk və verəcəyik. Protokolun imzalanmasından sonra isə həm Azərbaycan və həm də İran gənclərinin nümayəndə heyətinin səfərləri gözlənilir. Həmçinin gənclər təşkilatlarının təşkili və inkişafı sürətlənəcəkdir, inşaəllah.

    Keçən il müsəlman ölkələrinin gənclər təşkilatlarının iclası İran İslam Respublikasında keçirilmişdir. Azərbaycandan da üç qeyri-hökumət təşkilatı orada iştirak edirdi və ümid edirik ki, gələcəkdə də Azərbaycanın gənclər təşkilatları həmən görüşlərdə iştirak edəcəkdir. Bu iki xalq arasındakı zəngin mənəvi və tarixi əlaqələr o qədər qədimdir ki, bizim görəcəyimiz işlər bunun müqabilində çox kiçikdir. Bu işlərdə bizim müştərək hədəf və mənafeyimiz var. Bu işlərdə bizim qabağımızda bir sıra maneələr də mövcuddur. Bu maneələrin aradan qaldırılması üçün müştərək olaraq bir sıra planların və layihələrin həyata keçirilməsi vacibdir. Biz ümüd edirik bu sahədə Azərbaycanın gənclərlə bağlı olan təşkilatları daha inkişaf edəcəkdir.
    Cavid İmamoğlu: Bir sual vermək istəyərdik cənab Mehdi Soli belə ki, İran İslam Respulikasında gənclərin idarəçilikdə, dövlət işlərinin həyata keçirilməsində iştirakı nə səviyyədədir? Xüsusəndə enerji və nüvə istehsalı sahəsində gənc iranlı alimlərin olması faktı bütün dünyanın heyrətinə səbəb olub. Buna necə nail olmusunuz?

    Mehdi Soli: İranda Azərbaycanda olduğu kimi gənclərin bu sahədə olan fəaliyyəti böyükdür və bu fəailiyyəti tənzimləyən dövlət təşkilatı da mövcuddur. Bundan əlavə İranda böyük və kiçik həcmdə minlərlə gənclər ilə işləyən, gənclərə bağlı gənc təşkilatlar mövcuddur. Onların hər birinin müxtəlif fəaliyyət proqramları var. Bir sıra dövlət proqramlarının həyata keçirilməsində biz sırf gənclərin özündən istifadə edirik və onların bu işlərdə iştirakı çox müsbət nəticələr verir. Bir maraqlı faktı sizə qeyd edim ki, İran enerji alimlərinin və mütəxəsislərinin ortalama yaşı 25-ə bərabərdir. Qeyd edim ki, müvəffəqiyyətin bir rəmzi cavanlara inam göstərmək və onlara etimad etməkdir. Bu dahi İmam Xomeyninin (r) bizə, xüsusən cavanlara göstərdiyi qayğıdır. Unutmayaq ki, İmam Xomeynin inqlabı gənclərin iştirakı ilə baş tutmuşdu. Baxmayaraq ki, dünya İrana qarşı çıxmışdı, ancaq iranlı gənclər bunun qarşısında tab gətirə bildi. 29 ildir ki, biz dünyadan təcrid şəkilində yaşayırıq və bu təcrid dövrlərində İranlı gənclər böyük fədakarlıqlar etmişlər. Biz gənclərimizin gələcəyinə inanırıq, onların işıqlı gələcək üçün böyük potensialları var. Bizim cavanlar dünyada ədalətin, əxlaqın, dinin və mənəviyyatın keşiyindədirlər. Bunlar hamısı cavanlara göstərilən etimadın səmərəsi və bəhrəsidir. Dünyada gənclərin müdafiəsi adı ilə bir çox layihələr müzakirə olunur. Ancaq, əməli olaraq onlar gənclər üçün heç bir iş görmürlər. İran İslam Respublikasında isə əməli işə çox böyük üstünlük verilir. İmam Xomeyinin bizə göstərdiyi bu yol İslam peyğəmbərinin (s) yoludur. Hər kəs ki bu yolla gedər, onun gələcəyi müvəffəq olar.

    Cavid İmamoğlu: Bildiyiniz kimi Azərbaycanda da gənclərlə iş quran bir sıra təşkilatlar var. Onlardan da biri elə sədri Hacı Namiq Babaxanın olduğu «Azərbaycan Birlik Təşkilatı» İctimai Birliyidır. Bu təşkilatın gənclərlə bağlı bir sıra layihələri olub və bu gündə bu fəaliyyət davam etməkdədir. Xüsusən gənclər arası elmi intelektin artırılması, mənəviyyatın qorunub saxlanması, idman və sağlamlıq və ümumi ictimai-siyasi maarifləndirmə sahəsində xeyli işlər görüb. Biz bilirik ki, siz də İran Milli Gənclər Təşkilatının rəhbərisiz. Öz təcrübənizə əsaslanıb gənc təşkilat olan Azərbaycan Birlik Təşkilatına və onun simasında digər gənclərlə bağlı təşkilatlara nə kimi tövsiyələr verə bilərsiniz?

    Mehdi Soli: Biz ilk növbədə təşkilatlarımız yəni, İran Mili Gənclər Təşkilatı və «Azərbaycan Birlik Təşkilatı» İctimai Birliyi arasında olan əlaqəyə önəm veririk. Biz gənclərlə iş üzrə təcrübə mübadiləsində, eyni zamanda informasiya mübadiləsində birgə işlər qurmağa planlaşdırırıq. Əsas məsələ budur ki, gənclərlə bağlı strateji və siyasi hədəflər eyni olsun. Bizim təşkilatlar arasındakı əlaqələr gələcəkdə ümumi konfransların keçirilməsinə gətirib çıxara bilər. Təbii ki, belə olan halda artıq hansısa nəticədən danışmaq olar.
     
    Cavid İmamoğlu: Nəhayət son sual, siz həm də, İslam Respublikası hakim koalisiyanın üzvü İslami Ülfət (Mötəlifeye İslami) Partiyasının Mərkəzi Şurasının üzvüsünüz, bu qurum da keçən il payızda Ümumdünya İslamtəmayüllü İctimai və Siyasi Təşkilatların hazırlıq və müqəddimə iclası keçirilmişdir bu barədə nə deyə bilərsiniz?

    Mehdi Soli: Bəli mənimdə Mərəkəzi Şurasının üzvü oldüğüm İran İslami Ülfət (Mötəlifeye İslami) Partiyası ötən ilin payızında Tehranda Ümumdünya İslamtəmayüllü İctimai və Siyasi Təşkilatların hazırlıq və müqəddimə iclasını keçirdi və 7 İslam ölkəsindən 11 İslamtəmayöllü təşkilat iclasda iştiak etdi və nəticə olaraq Ümumdünya İslamtəmayöllü İctimai və Siyasi Təşkilatların İttifaqı yaradıldı və qurumun Beynəlxalq İşçi Komitəsi təşkilatın əsasnaməsinin hazırlanması və digər işlərlərlə məşğul olmaqdan ötrü təsis edildi. Hazırlıq və müqəddimə iclasında iştirak edən yeddi ölkənin hərəsindən bir nümayəndə ilə Beynəlxalq İşçi Komtəsi quruldu. Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan da Azərbaycan tərəfdən Beynəlxalq
    İşçi Komitəsinə üzvü seçildi.
    Ümumdünya İslamtəmayöllü İctimai və Siyasi Təşkilatların İttifaqı özünün növbəti birinci beynəlxalq toplantısını tezliklə keçirəcək.


    "Birlik-Press" qəzeti
    Hazırladı: Cavid İmamoğlu
    Foto: Orxan Ələmdar

    Категория: Müsahibe | Просмотров: 2068 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər