Cüme axşamı, 09.05.2024, 20:39
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 24 » İMANA DA ARAYIŞ VEReRLeR?
    11:56
    İMANA DA ARAYIŞ VEReRLeR?
    14 saylı cəzaçəkmə müəssisəsində Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbova ibadət imkanlarının yaradılmadığı barədə dünənki sayımızda xəbər verilib.
    Xatırladaq ki, Qərbi Azərbaycana Qayıdış Birliyindən təşkilat rəhbərinin namaz qılmasına və Quran oxumasına imkan verilmədiyi bildirilib. Məlumata görə, R.Talıbovdan hətta Quran kitabını evə göndərmək tələb olunub və həbs olunanadək namaz qıldığı məsciddən arayış gətirməyi məsləhət görüblər. Bununla birlik sədrinin doğrudan da namaz qılıb-qılmadığını “dəqiqləşdirmək” niyyətində olduqlarını bildiriblər.
    Dünən məsələ ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı ilə danışdıq. Həmsöhbətimiz 14-cü müəssisədə ibadət edənlərin sayının az olduğunu bildirdi. Lakin R.Talıbovun ibadətinə qadağa qoyulduğunu şübhə ilə qarşıladığını söylədi: “Bizim bütün müəssisələrdə, o cümlədən 14 saylı kolonda ibadət otağı var. Birinci müəssisədə isə xristianlar saxlandığından kilsə də mövcuddur”. Müqəddəs kitabların oxunmasının qadağan edilməsinə gəldikdə, xidmət nümayəndəsi bildirdi ki, bu məsələyə müəssisə rəhbərliyi özü baxır: “Təbii ki, hər bir dini kitab müəssisəyə buraxıla bilməz. Ancaq biz bu məsələni araşdıracağıq”.
    Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif isə bu məlumatdan təəccübləndiyini bildirdi: “Məscid Allah evidir, ora kim gəlirsə, heç kəsin ixtiyarı yoxdur ki, ona yaxınlaşıb “sən kimsən, bura niyə gəlmisən” soruşsun. Digər tərəfdən orada ibadət edənlərə də heç bir arayış verilmir. Bu, dindir, imandır. İmana da arayış verərlər?” Hacı Akif qeyd etdi ki, məsələ ilə maraqlanıb yekun münasibətini bildirəcək: “Müəssisələrin bəzisində olmuşuq, belə problemlə üzləşməmişik. İbadətlə məşğul olmaq insanların xeyrinədir. İndi bilmirəm ona niyə maneçilik törədirlər? İmanlı adama, namaz qılmaq istəyənə şərait yaratmaq lazımdır. İstəyir o, azadlıqda olsun, istəyir məsciddə”.
    ELŞAD
     
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1179 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər