Cüme axşamı, 09.05.2024, 11:50
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 13 » QAN VERME
    13:30
    QAN VERME
     
    İmam Cəfər Sadiqdən (ə) nəql edilir: "Allah Təala buyurmuşdur: «Camaat mənim ailəmdir. Onlardan Mənim yanımda ən sevimlisi camaatla daha mehriban olanları və onların ehtiyaclarının ödənilməsi naminə daha çox çalışanlarıdır"».



       14 iyun – Ümumdünya Qanvermə - Donor Günüdür. Belə xüsusi günün təsis olunması, bu problemin həllində umumbəşəri səyləri birləşdirmə zərurətindən meydana çıxmışdır. Bu il Ümumdünya Qan Donoru Günü "Davamlı qan verək" şüarı altında keçiriləcək. Əslində bununla qana ehtiyacın birdəfəlik deyil, davamlı xarakter daşıması göstərilir. Əslində bu mübarək əməlin ani və birdəfəlik əməldən – davamlı bir mədəniyyətə çevrilməısinə bir çağırışdır.

        Dünyada qana ehtiyacı olan insanların sayı durmadan artır. Və problemin kökündən həlli – tələbatın davamlı olaraq, gündəlik təmin olunmasından keçir. Sözsüz ki, qan verə bilən insanların sayı, qana tələbatı olan insanların sayından qat-qat çoxdur. Və belə olan təqdirdə, əslində bu gün – öz qanını digərinin həyatının təmini üçün hədiyyə etmək mədəniyyətinin formalaşdığı günlərdəndir. Bu gün – fədakarlığın təntənəsinin qeyd olunma günüdür. Dünya üzrə təmənnasız olaraq qanını hədiyyə edən şərəfli vətəndaşların ümumi bir birləşdirici günüdür. Tanımadığı, hər hansı qohumluğu olmayan bir insanın digər bir insanla ən qiymətli əmanəti ilə bölüşməsini qeyd edən bir gündür bu gün. Bəlkə də toplumların keyfiyyətini bildirən göstəricilərdən biridir donorluq mədəniyyəti – ən qiymətli olan bir ilahi neməti təmənnasız hədiyyə edə bilmək mədəniyyəti.

        Artıq neçə ildir ki, «Əsmaül-Hüsna» proqramı çərçivəsində iman əhlı öz müqəddəs Hüseyn (ə) eşqindən qaynaqlanan duyğularını əmələn nümayiş etdirərək, Allah dərgahında öz insani vəzifələrini yerinə yetirir. 9 il ərzində 50-yə yaxın qanvermə mərasimi keçirilmiş, «qan bacı və qardaşları» tərəfindən xəstə uşaqlara gözəl bir ehsan – həyatverici qan hədiyyəsi edilmişdir. Bu mübarək ənənə artıq bütün ölkəni bürümüşdür. Artıq inanclı insanların İmam Hüseyn (ə) eşqinə kütləvi qan verməsi – günün reallığıdır. Və bu – Əhli-beyt (ə) davamçılarının İlahi məhəbbətdən yoğrulan bir davranışının təzahürüdür.

        İmam Əli (ə) buyurur: «Fədakarlıq – ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür».

        Bəs elə isə, Allah Təalanın bizə əta etdiyi sağlamlıq durumundan ehtiyaclı körpələr üçün bir qədər qan hədiyyəsi edək. Zira, Allah Təala buyurmuşdur: "Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun onqat savabı vardır..." («Ənam» surəsi, ayə 160).

        Qan verməyə fiziki imkanı olan bacı və qardaşların nəzərinə çatdırılır ki, «Əsmaül-Hüsna» proqramı çərçivəsində növbəti qanvermə mərasimi keçiriləcəkdir. Qanvermə mərasimi iyunun 14-də, «Qan bankı» institutunda, saat 9-dan 15-dək keçiriləcəkdir.

        Allah cəmi ehsanları qəbul etsin, inşəallah!




    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1622 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər