Şenbe, 11.05.2024, 07:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 30 » İranın Milli kitabxanasında Azərbaycan bölməsi fəaliyyət göstərəcək
    00:15
    İranın Milli kitabxanasında Azərbaycan bölməsi fəaliyyət göstərəcək
     
     
     
     
     
    Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi Tehrandakı İran Milli Kitabxanasına təxminən yüz adda min nüsxəyə yaxın müxtəlif məzmunlu kitab hədiyyə edib.
    Bura ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair nadir nəşrlər, Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən əsərlər, habelə Azərbaycan həqiqətləri ilə zəngin olan elmi, bədii, tarixi kitablar daxildir. Azərbaycan, ingilis və fars dillərində çap edilmiş bu əsərlər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqına gətirdiyi faciə və fəlakətləri əks etdirən kitab və broşürlər kitabxana rəhbərliyinin marağına səbəb olub.
    Kitabxanada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hər birinə aid bölmələr yaradılması nəzərdə tutulur. İranın Azərbaycandakı səfirliyinin qəzetimizə verdiyi məlumata görə səfirliyimizin təqdim etdiyi çap məhsulları Azərbaycan bölməsində yerləşdiriləcək.
    Səfir Abbasəli Həsənov nəşrlər barədə kitabxana rəhbərliyinə ətraflı məlumat verib.

    S. MÜRVƏTQIZI \Ria.Az
    Категория: MƏDƏNİYYƏT | Просмотров: 1505 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 2
    29.09.2008
    2. Nisa (Nisa) [Material]
    AY MASHALLAH

    29.09.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    Bax ele bu islerimize gorede fexr edirem ki Azerbaycanliyam smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər