Cüme axşamı, 18.04.2024, 17:38
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 1 » UŞAQLAR ÜÇÜN RAMAZAN BAYRAMI
    19:07
    UŞAQLAR ÜÇÜN RAMAZAN BAYRAMI
     
     
     
     
     
     
    «Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə Uşaqlar üçün bayram şənliyi keçirildi. Tədbirdə 200-ə yaxın uşaq iştirak edirdi.
    Bayram şənliyini giriş sözü ilə açan Birliyin sədri, fəlsəfə elmləri namizədi Elşən Mustafaoğlu iştirakçıları – uşaqları və valideynləri salamlayaraq bayram münasibətilə təbrik etdi. O, qeyd etdi ki, uzun illər mənşəyi məlum olmayan bir çox bayramlar təqvimimizdə xüsusi yer ala bilmiş, süni şəkildə mədəniyyətimiz öz ruhuna yad olan istiqamətlərə yönəldilmişdir. Ölkəmizin müstəqillik qazanması ilə öz milli-mənəvi dəyərlərimizi, dini ənənələrimizi bərpa etməyə, dirçəltməyə imkan əldə edilmişdir. Hazırda keçirdiyimiz bu bayram şənliyi uşaqlarımız üçün bu miqyasda təşkml olunan ilk Ramazan bayramlarındandır. Həm ölkəmiz üçün, həm də bütün dünya üçün yeni bir hadisədir. Ümid edirik ki, ruhumuza doğma olan bu ilahi bayram mədəniyyətimizin tərkib bir hissəsi kimi hər il daha geniş keçiriləcək. Hətta digər müsəlman ölkələri üçün də gözəl bir örnək olacaq. Birliyimiz bu yolda ilk addım atmış bir təşkilat kimi qürur hissi duyur və gələcəkdə belə tədbirlərin birgə keçirilməsi üçün əziz müsəlman bacı və qardaşlarımıza, imkanı və istəyi olan hər bir vətəndaşımıza öz dost əlimizi uzadaraq onları əməkdaşlığa dəvət edirik.

    Sonra meydan uşaqların şənləndirilməsinə verildi. Məktəblilərin ifasında səhnələşdirilmiş ibrətamiz tamaşalar, şerlər və s. hikmətli çıxışlar nümayiş etdirildi. Bayram tədbirinin ən unudulmaz anlarından biri də Şənliyə Ramazan Babanın qatılması oldu. O, Ramazan ayının fəziləti, savabı barədə şirin söhbətlərilə uşaqların böyük sevincinə səbəb oldu. Yeni personaj kimi artıq yeni tariximizə düşmüş, özündə mənəvi dəyərləri təcəssüm etdirən Ramazan Baba kiçik dostlarına ata-anaya, böyüklərə hörmət və qayğı göstərməyi, mənəviyyatlı olmağı nəsihət etdi, müdrik kəlamları ilə Bayram Şənliyinə sevinc qatdı.

    Şənlikdə uşaqların iştirakı ilə müsabiqələr, oyunlar keçirildi, qaliblərə hədiyyələr verildi. Tədbir gözübağlayıcı və klounların müşayəti ilə keçirildi. Ramazan bayramına həsr olunmuş şənlikdə ilahi mahnılar repertuarıyla Samir Nasim öz ifası ilə uşaqları əyləndirdi. Bayram şənliyinin sonunda Ramazan Baba uşaqlara Ramazan sovqatlarını təqdim etdi.

    WWW.manevisafliq.org 
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1558 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    01.10.2008
    1. DINDARKA (DINDARKA) [Material]
    ALLAH HAMSINDAN RAZU OLSUN

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər