DÜNYANIN ƏN ZƏRİF MƏXLUQU - Qadın ve Aile - Meqaleler kataloqu - ....::İslam::....
Cüme, 09.12.2016, 09:45
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    DÜNYANIN ƏN ZƏRİF MƏXLUQU
    QADIN eyni zamanda övlad, bacı, həyat yoldaşı, ana və s. statuslara sahib ola bilər. Sadalanan statusların hər biri bəşəriyyətin zərif nümayəndəsinə xüsusi münasibət, diqqət və qayğı tələb edir, əsasən də kişilər tərəfindən.
    Qadının bir ÖVLAD kimi doğulduğu andan möhkəm dayağa, arxaya, onun maddi və mənəvi problemlərini təmin edə biləcək, onu hər vəziyyətdə qoruya biləcək ataya çox ehtiyacı var. İslam dinində ata, yəni ailə başçısı, müəyyən vəzifələr daşıyır. Atanın qız övladı ilə münasibəti oğlan uşağı ilə münasibətdən, təbii ki, fərqlənməlidir. Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) belə buyurur:
    "Qızlarınızla soyuq olmayın, çünki onlar qiymətli munislərdir".
    Elə Peyğəmbərin, kiçik qızı Həzrət Fatiməyə (ə) göstərdiyi sevgi, hörmət buna gözəl nümunə ola bilər. Rəvayətə görə, Peyğəmbər Fatimənin əllərini öpər, o xanım otağa daxil olanda ayağa qalxarmış və s. Sevimli peyğəmbərimiz çox gözəl qeyd edir:
    "Allah-Təala qadınlara qarşı kişilərdən daha mehribandır. Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-Təala Qiyamət günündə onu şad etməsin".
    Həqiqətən də, hər bir qız öz ailəsinin sevinci və qürurudur. İmam Sadiq (ə) belə buyurur:
    "Oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər".
    Ata-ana övladına göstərdiyi məhəbbət və qayğıya görə Allah tərəfindən sonsuz mükafatlara layiq görülər. İmam Sadiqin buyurduğu kimi:
    "Allah bəndəyə övladına güclü məhəbbətinə görə rəhm edir".
    Qadının ANA məqamı ən ali məqamlardan ucada dayanır. Həqiqətən də, ana olmaq ən çətin, məsuliyyətli və eyni zamanda şirin vəzifələrdən biridir. İsra surəsinin 23-24-cü ayələrində Uca Rəbbimiz belə buyurur:
    "Sənin Allahın Ondan qeyrisinə sitayiş etməməyi və ata-anaya yaxşılıq etməyi müəyyən etdi. Onlardan biri və ya hər ikisi sənin yanında qocalsalar, onlara (hətta) “off” belə demə. Onlara acıqlanma və onlarla layiqincə söz danış. Allaha mehribanlıqla təvazökarlığını aç və de: İlahi, məni kiçik yaşlarımda böyütdüklərinə görə onların hər ikisinə rəhmət et".
    Hər iki valideyin övladlarının böyüyüb boya-başa çatmasında əzab-əziyyət çəkir. İnsan özü valideyn olduğu təqdirdə ata-anasının qədrini az da olsa başa düşməyə başlayır, buraxdığı səhvlərə görə peşmançılıq çəkir. Lakin övladların tərbiyəsində analar daha çox əziyyət çəkir, uşaqların çətinliklərini əsasən onlar çəkməli olurlar. İmam Zeynəl-Abidin (ə) analar barədə bunları buyurmuşdur:
    "Bil ki, ana heç kimin digərini daşımadığı bir yerdə, yəni bətnində, səni daşımışdır. Heç kimin başqasına vermədiyi ürəyinin meyvəsindən sənə yedizdirmiş və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzaları ilə qorumuşdur. Hamiləlik dönəminin bütün çətinlik, dərd-qəmlərilə yüklənən yenə də o olmuşdur! Sonra Rəbbin səni ondan ayırıb dünyaya gətirdi. Ac qalıb səni doyuzdurmağa, libassız qalıb səni geyindirməyə, susuz qalıb sənə su verməyə, günəşdə qalıb səni kölgədə saxlamağa, çətinliklər çəkərək səni naz ilə yetişdirməyə, yuxusuz qalıb səni şirin-şirin yatızdırmağa razı olan yenə də o olmuşdur. Qarnı sənə yuva, ətəyi örtü, döşü su qabı, canı sipər olan, dünyanın isti və soyuğuna sənin üçün şəxsən özü səbr edən yenə də ana olmuşdur!.."
    Hər birimiz bizləri əzab-əziyyətlə böyüdən analarımızın qədrini vaxtında bilməli, bir günümüzü də hədər verməməli və hər an bizləri sevən anamıza qayğı göstərməli, sevinc bəxş etməyə çalışmalıyıq.
    Peyğəmbərimizdən gözəl bir hədis var:
    "Kim ata-anasına yaxşılıq etsə, Allah onun ömrünü uzadar".
    Hər bir qadının HƏYAT YODAŞI tərəfindən sevilib hörmət edilməyə, qayğıya ehtiyacı var. Yalnız belə oduqda qadın özünü əsl mənada xoşbəxt hiss edir. Əslində kişilər bütün bunların öhdəsindən çox asanlıqla gələ bilər. Lakin təəssüflər olsun ki, kişilərin böyük qismi bu şərtlərə nəinki əməl etmir, hətta bu haqda heç düşünmür də. Halbuki ailənin hüzur və rahatlığı ailə başçısının da rahatlıq və xoşbəxtliyi deməkdir. Həyat yoldaşına qayğı və məhəbbət göstərməyən kişilər ilk növbədə özlərinə və övladlarına zərbə vurmuş olurlar. Çünki hər bir qadının əhval-ruhiyyəsi ailənin ümumi ab-havasına çox böyük, daha doğrusu həlledici təsir göstərir.
    Həzrət Məhəmməd peyğəmlər belə buyurur:
    "Kim bazara daxil olanda bir hədiyyə alıb onu öz ailəsinə aparsa, bir dəstə möhtaca sədəqə verən şəxs kimidir. Hədiyyəni verəndə qızlardan başlayın".
    Qadınlar kişilərdən daha həssas olduğundan həyat yoldaşları tərəfindən daha çox başa düşülməyə, diqqətə ehtiyac duyurlar. Peyğəmbərimizdən bir gözəl hədisi də nəzərinizə çatdırırıq:
    "Əgər kişi Allaha xatir və Onun mükafatına ümid edərək öz arvadının pis xasiyyətlərinə səbr edib, onu Allahın hesabına tapşırarsa, Allah-Təala ona səbr etdiyi hər gecə və gündüzə görə Əyyub peyğəmbərin bəla müqabilində qazandığı savabı bəxş edər - qadının gecə və gündüz etdiyi günahlar qumsallıqdakı qumlar qədər olsa belə".
    Qadın həyat yoldaşının ona və övladlarına daha çox vaxt ayırmağını, bir yerdə olmalarını istəyir. Sevimli peyğəmbərimiz bu barədə bunları söyləmişdi:
    "Kişinin öz xanımı və uşaqlarının yanında oturması Allah yanında mənim bu məscidimdə etikaf etməsindən daha sevimlidir".
    İslam dini çox aydın bir dindir. Bu dinə səmimi qəlbdən bağlanan və həqiqətən də itaətkar olan insan əsl mənada iman gətirmişdir. Başqa sözlə, bu insan - əsl mömindir. Məhəmməd peyğəmbər pis kişiləri aşağıdakı xüsusiyyətlərlə müəyyən edir:
    "Sizin ən pis kişiləriniz iftiraçı, xəsis, kobud danışan, həyat yoldaşını başqasına möhtac buraxan, ona əl qaldıran, ata-anasıyla pis davranan, tez əsəbləşən və nadir hallarda sevinən kimsələrdir".
    LƏYAQƏTLİ ƏRİN xüsusiyyətlərindən biri də xanımına hər cəhətdən yardımçı olmasıdır. Qadının kişiyə, kişinin isə qadına etmiş olduğu xidmət Allah dərgahında çox böyük ibadətlərdən sayılır. Sevimli peyğəmbərimiz buyurub:
    "Evdə bir saat xanımına kömək etmək hər bir kişiyə min il ibadətdən, min həcdən, min ümrədən, min köləni azad etməkdən, min savaşa qatılmaqdan, min xəstənin ziyarətinə getməkdən, min cüməyə qatılmaqdan, min fəqiri doyuzdurmaqdan, min lütü geyindirməkdən daha xeyirlidir.
    Hər kəs xanımına kömək etməyi əhəmiyyətsiz saymayıb ondan çəkinməzsə, o xidmət böyük günahların kəffarəsi olar və Rəbbinin qəzəbini söndürər, insanın dərəcəsini yüksəldər..."
    Başqa bir hədisdə Məhəmməd peyğəmbər belə buyurur:
    "Sizin ən xeyirliniz həyat yoldaşı və uşaqlarına yaxşılıq edəndir".
    Kişilərin boş vaxtlarda həyat yoldaşlarına, eləcə də qadının öz ərinə kömək etməsi çox gözəl bir əməldir.
    Beləliklə, İslam dininin Qadına verdiyi önəmin nə qədər böyük olduğu göz önündədir.
    Hörmətli atalar, qardaşlar, oğullar və həyat yoldaşları! Həqiqətən də, hər qadın bir çiçəkdir. Siz ona qulluq etməli, onun solmasına, əldən getməsinə imkan verməməlisiniz. Sizlərə Allah tərəfindən əmanət olunmuş xanımları lazımi dərəcədə dəyərləndirməyi arzu edirik!

    Категория: Qadın ve Aile | Добавил: media-islam (20.09.2008)
    Просмотров: 2006 | Рейтинг: 4.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər