Cüme, 29.03.2024, 01:43
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 11 » İRAN BÜTÜN MONOTEİST DİNLERİ EMEKDAŞLIĞA ÇAĞIRIR
    20:05
    İRAN BÜTÜN MONOTEİST DİNLERİ EMEKDAŞLIĞA ÇAĞIRIR
    null«İslam.ru» saytının verdiyi xəbərə görə, bu barədə məlumat verən Vatikan radiosu İran dövlətinin başçısı ilə Roma Papasının nümayəndəsi arasında baş vermiş söhbətin mehriban və istiqanlı xarakter daşıdığını vurğulamışdır


    Bu günlərdə, Tehran şəhərində Vatikanın yeni səfiri – nunsisi monsenyor Jan-Pol Qlobeldən təyinatı barədə fərmanı qəbul edən İran prezidenti Mahmud Əhmətinejad dinlər arasında, məxsusən də xristianlıq və İslam dini arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi barədə bəyan etmişdir.

    «İslam.ru» saytının verdiyi xəbərə görə, bu barədə məlumat verən Vatikan radiosu İran dövlətinin başçısı ilə Roma Papasının nümayəndəsi arasında baş vermiş söhbətin mehriban və istiqanlı xarakter daşıdığını vurğulamışdır.

    Jan-Pol Qlobellə söhbət zamanı İran prezidenti qeyd etmişdir ki, dinlər arasında qeyd edilmiş əməkdaşlıq «planetin sakinlərinin rastlaşdığı problemlərin həlli üçün vacibdir». Mahmud Əhmədinejadın fikrincə, «müsəlmanlar və xristianlar Yer kürəsində sülhün, stabilliyin və qardaşlığın bərqərar olmasında əsas rol oynaya və həyasız, korrupsioner dövlətlərin irticavi siyasətlərinə qarşı çıxa bilərlər».

    İran dövlətinin başçısı Roma Papası XVI Benediktə üzünü tutub, ona «müsəlmanların, xristianların və ümumiyyətlə dünyanın bütün monoteist konfessiyalarına mənsub olan insanların Pontifikə dəstək verməsi üçün, böyük və güclü dövlətlər tərəfindən edilən cinayətlər qarşısında qəti mövqe sərgiləmək» çağırışı ilə müraciət etmişdir.

    Öz tərəfindən Vatikan diplomatı da Danimarkada İslam Peyğəmbərinə (s) yönəli bədnam şəkillərin çap edilməsi və Niderland siyasətçisi tərəfindən internet vasitəsilə İslam dinini və müsəlmanları təhqir edən «Fitnə» filminin yayılması məsələlərinə toxunmuşdur. Nunsi «fikir azadlığı heç də digərlərinin inanclarının və müqəddəs dəyərlərinin təhqiri demək deyildir», - deyə bəyan etmişdir.

    HADİ MÜNTƏZİR

    “Deyerler” AİN (www.deyerler.org)


    Категория: Dünyada | Просмотров: 1232 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər