Главная » 2008 » Aprel » 14 » TÜRKİYE SİONİST REJİME “ERMENİ SOYQIRIMI” İLE BAĞLI XEBERDARLIQ EDİB
14:37 TÜRKİYE SİONİST REJİME “ERMENİ SOYQIRIMI” İLE BAĞLI XEBERDARLIQ EDİB |
Türkiyə parlamentinin xarici siyasət komissiyasının sədri Murad Mərcan və onu müşayiət edən heyət işğal olunmuş Fələstin ərazisində səfərdə olarkən sionist rejimin parlamenti olan knesstə “erməni soyqırımı” məsələsini rəsmən tanımaq cəhdləri ilə əlaqədar xəbərdalıq etmişdir. Anadolu Xəbər Agentliyinin məlumatına görə, sionist rejimin knessti erməni soyqırmı məsələsinin rəsmən tanınmasını gündəliyə qoyacaq.
Sionist ha-aretz qəzetinin yazdığına görə, knesst üzvləri türk nümayəndə heyətinə "erməni soyqırımı"nın rəsmən tanınmasının müzakirəyə verilməsinə mane olmanın mümkünlüyünü bildiriblər.
"Erməni soyqırımı"nın rəsmən tanınması layihəsi sionist rejimin mertez partiyasının rəhbəri Him Urun tərəfindən knessetə təqdim olunub. Həmin layihənin aprelin 24-də müzakirə olunacağı qərar alınıb.
Qeyd edək ki, 1915-ci ildə guya ermənilərin türk ordusu tərəfindən qırğın edilməsi nağılı 1997-ci ildən bəri sionist rejimin dərsliklərində dərc olunub.
“Deyerler” AİN (www.deyerler.org)
|
Категория: Dünyada |
Просмотров: 1307 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|