Главная » 2008 » Aprel » 17 » Televiziya muexesisleri zabeninle şerikdir
08:24 Televiziya muexesisleri zabeninle şerikdir |
Azərbaycanın Rus Icmasının rəhbəri, deputat Mixail Zabelin Rusiyada ölkə telekanallarının yayımlanması məsələsinə münasibət bildirərkən televiziyaların ünvanına sərt ifadə işlədib. Zabelin bildirib ki, Azərbaycan televiziyasının verilişləri xaricdə yayımlanacaq səviyyədə deyil. Deputat onu da sözlərinə əlavə edib ki, bu verilişlər Rusiyada yumorla qarşılana bilər. Zabelinin bu fikirləri ilə bağlı televiziya mütəxəssislərinin də fikirlərini öyrəndik. Tanınmış telejurnalist Qulu Məhərrəmli Zabelinin həm Azərbaycanı, həm Rusiyanı yaxşı tanıdığını və söylədiklərinin həqiqət olduğunu diqqətə çatdırdı: “Faktı dana bilmərik. Azərbaycan televiziyaları xarici ölkələrdə, o cümlədən də Rusiyada qəbul olunmaq iqtidarında deyil. Çox təəssüf ki, Zabelinin dedikləri həqiqətdir. Ölkə telekanalları içərisində AzTV-nin sıçrayış etmək üçün imkanları var idi, ancaq bu imkanlardan istifadə edilmədi”. Tanınmış jurnalist, uzun illər dövlət televiziyasında çalışmış Xaliq Bahadır da Zabelinin fikirlərini bölüşür: “Televiziyaların indiki səviyyəsi, indiki proqram siyasəti ilə Rusiyaya çıxmaq olmaz. Televiziyaların özünün proqram siyasəti yoxdur. Onlar hamısı Prezident Aparatından idarə olunur. Aqil Xəlillə bağlı baş verənlər bir daha göstərdi ki, bu televiziyalardan heç nə gözləmək olmaz. Milli mentalitetə bütünlüklə yad olan görsənişi efirə çıxardılar. Belə televiziyaları hara çıxarmaq olar? Bugünkü Azərbaycan televiziyalarında yaradıcılıq azadlığı yoxdur. Yaradıcılıq azadlığının olması televiziya üçün olduqca gərəkli faktordur. Bununla yanaşı gərəkən yaradıcılıq atmosferi də yoxdur. Televiziyaların hamısı rüşvət və korrupsiya içərisindədir. Digər tərəfdən dünya telekanalları ilə ayaqlaşmaq istəyi də müşahidə edilmir”. Informasiya şöbəsi |
Категория: Dünyada |
Просмотров: 1263 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|