Главная » 2008 » Aprel » 25 » HEMAS: YEHUDİLER, MÜSTEQİL FELESTİN DÖVLETİNİN BERABERHÜQUQLU VETENDAŞIDIR
18:59 HEMAS: YEHUDİLER, MÜSTEQİL FELESTİN DÖVLETİNİN BERABERHÜQUQLU VETENDAŞIDIR |
HƏMAS-ın liderləri İsraili bir dövlət kimi tanımaq barədə heç bir təzyiqi qəbul etməyəcəklər
İslam.ru xəbər verir ki, HƏMAS-ın liderləri İsraili bir dövlət kimi
tanımaq barədə heç bir təzyiqi qəbul etməyəcəklər. Bu haqda Fələstin
hökumət başçısı İsmayıl Hanıyənin siyasi müşaviri Əhməd Yusif məlumat
vermişdir.
Yusifin sözlərinə görə, HƏMAS-ın Yaxın Şərq regionundakı gələcəyi bu
qayda ilə yoluna qoyulacaq ki, yəhudilər müstəqil Fələstin Dövlətində
azad və bərabərhüquqlu bir vətəndaş kimi yaşaya bilsınlər. «Ancaq
İsrail kimi bir dövləti biz qəbul etməyəcəyik», - deyə o, qeyd etdi.
Onun fikrinə görə, hal-hazırda fələstinlilərin birinci məsələsi, vahid
müstəqil dövlətin yaradılmasındadır.
«O vaxta qədər ki, biz işğal altındadayıq,
beynəlxalq içtimaiyyətin bizdən nəsə tələb etməsinə haqqı yoxdur»,-
deyə Yusif bildirdi. «Son illərin statistikası göstərir ki, bir nəfər
öldürülmüş israilli qarşılığında 40 nəfər öldürülmüş fələstinli
durur»,- deyə o, məlumat verdi.
BMT agentliyinin fələstinli qaçqınlara yardım və
məşğulluq üzrə ali komissarı Karin Əbu Zeyd xəbərdarlıq etmişdir ki,
Qəzzadakı vəziyyət bərpa olunmaz hala düşə bilər. O, Fələstinin bu
ərazisindəki humanitar böhranı aradan qaldırmaq üçün gücləri ikiqat
artırmağa çağırdı.
“Deyerler” AİN (www.deyerler.org) |
Категория: Dünyada |
Просмотров: 1726 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|