Главная » 2008 » May » 1 » İRAN SEFİRİ, ARAZ AZİMOV İLE GÖRÜŞÜB
15:33 İRAN SEFİRİ, ARAZ AZİMOV İLE GÖRÜŞÜB |
İİR-in Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare Az. xin-nın müavini Araz Əzimov ilə görüşündə onun Rusiyanın İranın Buşehr Atom Elektirk Stansiyasına (AES) göndərdiyi izoliyasiya təchizatının Astara gömrüyündə dayandırılması haqda açıqlama verməsini istəyib.
İranın Tele-Radio Təşkilatının sərhədaşırı verlişləri bölməsinin müxbirinin verdiyi məlumata görə, Əzimov bu görüşdə Rusiya şirkətinin İranın Buşehr ASE-ə göndərdiyi yükün köçürülməsi ilə bağlı indiyədək lazımı gömrük sənədlərinin təqdim etməməsinə işarə edərək deyib: Ümidvarıq ki, lazımı araşdırmalar və müzakirələrin aparılması nəticəsində bu təchizat yükünün dayandırılması məsələsi öz həllini tapacaq.
Araz Əzimovun Buşehr AES-nin təchizat yükünün gömrük sənədlərinin yetərli olmaması ilə bağlı sözləri elə bir halda irəli sürülür ki, hazırda, siyasi dairələrin arasında belə bir sual meydana çıxıb ki: Əgər bu sənədlər kamil deyildi nəüçün bu yük Rusiyadan Az. R-a daxil olan zaman Xaçmaz gömrük idarəsi tərəfindən dayandırılmayıb.
Siyasi müşahidəçilər Buşehr AES-ı yükünün dayandırılmasının ABŞ dövlət katibinin müavini Cefri Rubenin Bakıya səfəri ilə bir vaxta təsadüf etməsinə işarə edərək bildiriblər ki, həmin təchizat yükünün seçkilər öncəsi Az. R-ı tərəfindən dayandırılması artıq ABŞ-a qulluq və onun razılığını qazanmaq istiqamətində olub. IRIB.IR |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1380 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|