Bazar ertesi, 30.12.2024, 21:05
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 2 » Prezident ehalinin erzaq mehsulları ile teminatına dair serencam imzalayıb
    08:02
    Prezident ehalinin erzaq mehsulları ile teminatına dair serencam imzalayıb
     
     
     
    Sərəncamda Nazirlər Kabinetinə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılır

     

    Bu gün prezident İlham Əliyev respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının hazırlanması haqqında sərəncam imzalayıb. Məlumatı "Azərtac" dövlət agentliyi yayıb.

    Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Lakin dövlət başçısı hesab edir ki, ölkədə əsas ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmayıb: «Dünya ərzaq bazarlarında isə tələbin böyük fərqlə təklifi üstələməsi səbəbindən son vaxtlar ərzaq mallarının qiymətlərində yüksək artım müşahidə olunur. Qeyd olunan qiymət artımı Azərbaycanda da ərzaq məhsullarının bahalaşmasında özünü büruzə verir. Bu isə əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin ərzaqla təminatına və həyat səviyyəsinə mənfi təsir göstərir. Mövcud şərait daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə kompleks yanaşma tələb edir».

    Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlanıb prezidentə təqdim edilsin. Həmçinin, dövlət proqramının layihəsinin hazırlanmasına müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarının, elmi təşkilatların, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələrini və müstəqil ekspertləri cəlb etnək tövsiyyə edilir./ANSPRESS/

     
     
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1425 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər