Главная » 2008 » İyun » 2 » 21 AZeRBAYCANLI UŞAQ ERMeNİ ESİRLİYİNDEDİR
12:09 21 AZeRBAYCANLI UŞAQ ERMeNİ ESİRLİYİNDEDİR |
Ermənistanda, Azərbaycanın işğal altında olan Qarabağ və digər bölgələrində girovluqda saxlanılan azərbaycanlı uşaqların siyahısı (adları qeyd olunan uşaqların girovluqda olması şahid ifadələri ilə təsdiq olunub)
1. Alışova Vəsilə Cəfər qızı - 1976-cı ildə Laçında anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb 2. Allahverdiyev Mahir Novruz oğlu - 1975-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 3. Bəndəliyev Xəyal Elbrus oğlu - 1986-cı ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb 4. Cəfərov Nüsrət (Anar) Fazil oğlu - 1975-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 5. Cəfərov Samir Tacir oğlu - 1988-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 6. Əliyev Səbuhi Cahangir oğlu - 1981-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 7. Əliyev Səlim Cahangir oğlu - 1987-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 8. Əliyev Tural Nadir oğlu - 1982-ci ildə Laçında anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb 9. Hüseynov Məhsəl Elxan oğlu - 1992-ci ildə Xocalıda anadan olub (3 aylıq olub). 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 10. Hüseynov Rəcəf Elxan oğlu - 1987-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 11. Hüseynova Səbinə Elxan qızı - 1988-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 12. Hüseynova Nəsibə Hüseyn qızı - 1982-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 13. Məcnunova Gülafə İzzət qızı - 1978-ci ildə Qubadlıda anadan olub. 1993-cü ildə Qubadlıda girov götürülüb 14. Məcnunova Səkinə İzzət qızı - 1982-ci ildə Qubadlıda anadan olub. 1993-cü ildə Qubadlıda girov götürülüb 15. Məmmədov Möhlət Məmməd oğlu - 1976-cı ildə Ermənistan Respublikasının Göyçə mahalında anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb 16. Quliyev Yaşar Qara oğlu - 1981-ci ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb 17. Quliyev Məzahir Qara oğlu - 1983-cü ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb 18. Quliyeva Aygün Qara qızı - 1990-cı ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb 19. Quliyeva Şahnaz Məhəmməd qızı - 1981-ci ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb 20. Rəhimov Vaqif Sədri oğlu - 1980-ci ildə Saatlıda anadan olub. 1993-cü ildə Zəngilanda girov götürülüb 21. Zeynalov Fariz Davud oğlu - 1984-cü ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb
Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı 4471 nəfər itkin düşüb. Onların 3591 nəfəri hərbçi, 880 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 51 nəfəri uşaq (17 nəfər azyaşlı qız), 384 nəfəri yaşlılardır (175 nəfər qadın). Şahid ifadələrinə əsasən, itkin düşmüş 4471 nəfərin 753-ü əsir və girov götürülmüş hesab olunur. Onların 575 nəfəri əsir (hərbçi), 178 nəfəri isə girovdur (mülki şəxs). Mülki şəxslərin 21 nəfəri uşaq, 46 nəfəri qadınlardır. 1391 nəfər əsir və girovluqdan azad edilib. Onların 1047 nəfəri kişi, 343 nəfəri qadın, 289 nəfəri qoca (112 yaşlı qadın), 168 nəfəri isə uşaqdır (65 azyaşlı qız). 451 nəfərin erməni əsir və girovluğunda amansızcasına qətlə yetirildiyi müəyyən edilib. Onların 365 nəfəri kişi, 86 nəfəri qadındır. Qətlə yetirilənlərin 124 nəfərinin yalnız adı məlum edilib, 67 nəfərin adı isə bu günə kimi naməlum qalıb./apa/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1639 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|