Cüme axşamı, 21.11.2024, 19:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 23
    Qonaq: 23
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 17 » HeQİQeT CARÇISI, HAQQ FeDAİSİ
    12:23
    HeQİQeT CARÇISI, HAQQ FeDAİSİ
     
     
     
    Ha­cı Möv­süm Sə­mə­dov: "İn­san­la­rla meh­ri­ban mü­na­si­bə­ti, gö­zəl rəf­ta­rı, əda­lə­ti, el­mi, əqi­də­si, ima­nı İmam Xo­mey­ni­yə (r.ə) ümum­xalq
        mə­həb­bə­ti qa­zan­dı­rıb"
       
        Bu yaxınlarda İran İslam İnqilabının rəhbəri Ayətullah Xomeyninin (r.ə) vəfatının 19-cu ildönümü tamam oldu. Bununla bağlı mərasimə müxtəlif dövlətlərdən hər il olduğu kimi bu il də nümayəndələr dəvət edilmişdi. Mərasimə dəvət alanlar sırasında Azərbaycan İslam Respublikasının İslam Partiyasının sədri Hacı Mövsum Səmədov də var idi. Onula bu dəfəki söhbətimizdə bir daha İslam İnqilabının əhəmiyyətinə və İmam Xomeyninin (r.ə) parlaq şəxsiyyətinə toxunmuşuq.
       
        Hacı İmam Xomeyninin vəfatının ildönümü ilə əlaqədar dəvət aldığınız mərasimdə iştirakınız sizdə hansı təəssüratlar oyatdı?
       
        -Azərbaycandan bir neçə nəfər, o cümlədən mən də İran İslam İnqilabının dahi rəhbəri İmam Xomeyninin vəfatının ildönümü ilə əlaqədar İrana dəvət olunmuşduq.
        Həmin mərasimə dünyanın 56 ölkəsindən-Brazilyadan, Avropa və Afrika ölkələrindən bu yana nümayəndələr qatılmışdı.
       
        Nə­zə­ri­ni­zə çat­dı­rım ki, be­lə bir təd­bir­də ilk də­fə 1992-ci il­də iş­ti­rak et­mi­şəm. Bu də­fə onu mü­şa­hi­də et­dim ki, 16 il bun­dan əv­vəl in­qi­lab rəh­bə­ri­nə, onun şəx­siy­yə­ti­nə mü­na­si­bət ne­cə idi­sə, hə­min rəğ­bət in­di, mən deyərdim, daha da artmaqdadır. Bunun səbəbi isə mə­ra­si­mə top­la­şan­la­rın və bütövlükdə İran xalqının İs­lam İn­qi­la­bı­nın əsl ma­hiy­yə­ti­ni get­dik­cə da­ha çox dərk et­mə­si və bu is­ti­qa­mət­də in­ki­şa­fa önəm ver­mə­si olmuşdur.
        İş­ti­rak­çı­la­rın çı­xış­la­rın­dan açıq-ay­dın hiss olu­nur­du ki, mə­nə­vi də­yər­lə­rin aşın­ma­sın­dan, dün­ya­da mə­nə­viy­yat­sız­lı­ğın baş alıb get­mə­sin­dən na­ra­hat­dır­lar. Və bu mən­fi ten­den­si­ya­la­rın qar­şı­sı­nı al­ma­ğın ye­ga­nə yo­lu­nu İs­lam­da gö­rür­lər. Qeyd edim ki, mə­ra­sim­də bü­tün sa­hə­lər üz­rə fə­a­liy­yət gös­tə­rən şəxslər iş­ti­rak edir­di­lər. Bu isə İs­lam alə­mi­nə, mü­səl­man xalqla­rı­na, on­la­rın dün­ya­gö­rü­şü­nə şüb­hə­siz ki, bö­yük tə­sir gös­tə­rir. Yə­ni bu­nu bir növ ki­çik həcc mə­ra­si­mi ki­mi qə­bul et­mək olar. Or­da mü­səl­man­lar bir ye­rə top­la­şa­raq öz prob­lem­lə­ri ba­rə­də da­nı­şır, onun həl­li yol­la­rı ilə bağ­lı mü­za­ki­rə­lər apa­rır­lar. Bu və di­gər hal­la­rı əl­bət­tə, də­yər­lən­dir­mək la­zım­dır.
       
        - İn­qi­lab rəh­bə­ri­nə, onun şəx­siy­yə­ti­nə ümum­xalq mə­həb­bə­ti, bü­töv­lük­də dün­ya­nın rəğ­bə­ti har­dan qay­naq­la­nır?
        - Əl­bət­tə, hə­yat­da mə­həb­bə­ti, rəğ­bə­ti in­san özü­nün müs­bət key­fiy­yət­lə­ri ilə, ət­raf­da­kı­la­ra, Al­la­hın bən­də­lə­ri­nə mü­na­si­bə­ti ilə qa­za­nır. Bu mə­na­da İmam Xo­mey­ni (r.ə) bö­yük bir şəx­siy­yət­dir. İn­san­la­ra meh­ri­ban mü­na­si­bə­ti, gö­zəl rəf­ta­rı, əda­lə­ti, el­mi, əqi­də­si, ima­nı ona ümum­xalq mə­həb­bə­ti qa­zan­dı­rıb. Be­lə bir in­sa­nın şəx­siy­yə­ti­nə bə­ləd olan­la­rın ona mə­həb­bət bəs­lə­mə­mə­si sa­də­cə müm­kün de­yil. İmam Xo­mey­ni (r.ə) hə­lə gənc yaş­la­rın­dan Al­lah-Tə­a­la­nın hökmlə­ri­nə ri­a­yət edən, in­san­la­ra qar­şı sə­mi­mi və meh­ri­ban­lı­ğı ilə se­çi­lən bir adam olub. Bir şəx­siy­yət ki­mi onun in­sa­ni key­fiy­yət­lə­ri­ni qə­zet sə­hi­fə­lə­ri­nə sı­ğış­dır­maq müm­kün­süz­dür. Fə­qət onu de­mək is­tə­yi­rəm ki, İma­mın hə­ya­tı­nı iki ev ara­sın­da təh­lil et­mək olar. Bi­rin­ci ev odur ki, İmam Xo­mey­ni (r.ə) or­da - Xo­meyn şə­hə­rin­də dün­ya­ya gə­lib. İkin­ci ev isə onun dün­ya­dan get­di­yi yer, yə­ni Cə­mə­ran­dır. Han­sı ki, or­da sa­də in­san­lar ya­şa­yır. O, bö­yük im­kan­la­ra ma­lik bir şəxs idi ki, min kvad­rat metrdən də çox əra­zi­də 27 ge­niş ota­ğı var­dı. Am­ma bü­tün im­kan­la­rı­nı Al­lah yo­lun­da eh­ti­ya­cı olan­la­ra sərf elə­miş­di. Tə­səv­vür edin ki, be­lə bir im­ka­na ma­lik şəxs iki ki­çik otaq­lı ev­də dün­ya­sı­nı də­yi­şib. Tək­cə bu fakt ki­fa­yət­dir ki, onun şəx­siy­yə­ti haq­da tə­səv­vür ya­ran­sın.
        İmam Xo­mey­ni (r.ə) hər­tə­rəf­li in­san idi. O, hə­lə 27 ya­şın­da ikən bü­tün sa­hə­lər­də el­min yük­sək­li­yi­nə uca­la bil­miş­di. Am­ma onun fə­a­liy­yə­ti tək­cə elmlə məh­dud­laş­mır. Ka­mil bir in­san ola­raq Al­la­hın is­tə­di­yi mə­qam­la­ra ça­ta bi­lib. Tə­səv­vür edin ki, İran-İraq mü­ha­ri­bə­si za­ma­nı İra­nın şi­ma­lın­da qaz kə­si­lən­də xəs­tə hal­da ya­tan İmam da ota­ğın­da­kı qa­zı sön­dü­rür. Və de­yir ki, be­lə da­ha yax­şı­dır, qoy həm­və­tən­lə­ri­min ha­lı­nı mən də tə­səv­vür edə bi­lim. Bax, bu cür key­fiy­yət­lər da­ya­nır İmam Xo­mey­ni­yə bəs­lə­nən mə­həb­bə­tin kö­kün­də.
       
        - İn­di­yə qə­dər dün­ya­da müx­tə­lif in­qi­lab­lar baş ve­rib. İran İs­lam İn­qi­la­bı­nın di­gər­lə­rin­dən kök­lü fər­qi nə­dən iba­rət­dir?
        - İmam Xo­mey­ni (r.ə) ka­mil bir in­san ol­du­ğu üçün onun mü­ba­rək vü­cu­dun­dan ya­ra­nan in­qi­lab da tə­bii ki, İla­hi in­qi­lab idi. Şüb­hə­siz ki, in­qi­lab­lar ən müx­tə­lif sə­bəb­lər­dən baş ve­rir. Bur­da ay­rı-ay­rı­lıq­da iq­ti­sa­di, so­si­al, si­ya­si və di­gər sə­bəb­lər ola bi­lər. An­caq İs­lam İn­qi­la­bı haq­da da­nı­şar­kən onun sə­bəb­lə­ri­nin han­sı­sa konkret bir sa­hə ilə bağ­lı­lı­ğı­nı de­mək müm­kün de­yil. İs­lam in­sa­nın bü­tün zə­ru­ri eh­ti­yac­la­rı­nı tə­min et­mə­yə qa­dir bir mək­təb­dir. İs­lam İn­qi­la­bı da hə­min mək­təb­dən nə­şət gö­tür­dü­yü­nə gö­rə in­san hə­ya­tı­nın bü­tün sa­hə­lə­ri­nə, cə­miy­yət­də baş ve­rən pro­ses­lə­rin ha­mı­sı­na tə­sir edib. İs­lam in­qi­la­bı­nın hə­də­fin­də in­san­la­rın bən­də­çi­li­yə də­vət olun­ma­sı du­rur­du. Bən­də­çi­lik isə İla­hi qa­nun­la­ra əməl et­mək­dir. Bu və di­gər sə­bəb­lər­dən Ru­si­ya­da və Fran­sa­da baş ve­rən in­qi­lab­lar İs­lam İn­qi­la­bı ilə mü­qa­yi­sə­yə gə­lə bil­məz.
       
        - Bəs İs­lam İn­qi­la­bı, bir döv­lət ola­raq İran İs­lam Res­pub­li­ka­sı­nın in­ki­şa­fın­da, xal­qın hə­yat sə­viy­yə­sin­də nə ki­mi iz­lər bu­ra­xıb?
        - Bi­lir­siz, in­qi­lab özü İs­la­mi ol­du­ğu­na gö­rə, qeyd et­di­yi­miz ki­mi bü­tün sa­hə­lə­rə tə­sir edə bi­lib. İran cə­miy­yə­ti­nin pro­ses­lə­rə ya­naş­ma­sı da kök­lü su­rət­də də­yi­şib. İn­qi­lab­dan əv­vəl ABŞ hö­ku­mə­ti şa­ha be­lə bir qu­nun qə­bul et­dir­miş­di ki, Ame­ri­ka və­tən­daş­la­rı İran­da et­di­yi ci­na­yət­lə­rə gö­rə mə­su­liy­yət da­şı­mır. Yə­ni İran xal­qı­nın hey­siy­ya­tı, şə­rəf və lə­ya­qə­ti al­çal­dıl­mış, qiy­mət­dən sa­lın­mış­dı. Am­ma in­qi­lab­dan son­ra in­san ami­li hər şey­dən önə keç­di, ona də­yər ve­ril­di. İn­di İran elə bir yük­sək mə­qa­ma ye­ti­şib ki, nə­in­ki İs­lam alə­min­də, hət­ta di­gər si­vi­li­za­si­ya­lar­da da in­qi­la­bın əhə­miy­yə­ti yük­sək qiy­mət­lən­di­ri­lir. İn­qi­lab­dan son­ra bü­töv­lük­də dün­ya­nın si­ya­sə­ti də kök­lü şə­kil­də də­yi­şib, Ame­ri­ka­nın, onun ki­mi döv­lət­lə­rin, si­o­niz­min əsl si­ma­sı açı­lıb.
        İn­qi­lab İran iq­ti­sa­diy­ya­tı­nın, el­mi­nin, təh­si­li­nin, tibb sa­hə­si­nin, kənd tə­sər­rü­fa­tı­nın, sə­na­ye sa­hə­lə­ri­nin, ha­be­lə hər­bi sə­na­ye­si­nin in­ki­şa­fın­da həl­le­di­ci rol oy­na­yıb və oy­na­maq­da­dır. Sa­vad­sız­lı­ğın kö­kü de­mək olar ki, ta­ma­mi­lə kə­si­lib. Son vaxtlar atom ener­ji­sin­dən dinc məq­səd­lər na­mi­nə is­ti­fa­də sa­hə­sin­də də uğur­lar əl­də olun­maq­da­dır. Bun­dan əla­və İran kos­mik fə­za­nın təd­qi­qi is­ti­qa­mə­tin­də də iş­lər apa­rır. Bu məq­səd­lə kos­mo­sa peyk də bu­ra­xı­lıb. Öl­kə­nin in­ki­şa­fı isə nə­ti­cə­də in­san­la­rın hə­yat sə­viy­yə­si­nin yük­səl­mə­si­nə gə­ti­rib çı­xa­rır. Ümu­miy­yət­lə, İs­lam­da sə­a­dət­li hə­yat var. Onu da qeyd edim ki, İs­lam İn­qi­la­bı tək­cə İran de­yil, hət­ta di­gər döv­lət­lə­rə, on­la­rın xalqla­rı­na da müs­bət tə­sir gös­tə­rib. Mə­sə­lən, Tür­ki­yə­də, Əl­cə­za­ir­də, Li­van­da, Fə­ləs­tin­də, Azər­bay­can­da və di­gər öl­kə­lər­də İs­la­ma olan mə­həb­bə­tin artma­sı şüb­hə­siz ki, İs­lam İn­qi­la­bı­nın tə­si­rin­dən­dir.
       
        - Ha­cı, əha­li­nin bö­yük bir his­sə­si­ni təş­kil edən gənclər is­tə­ni­lən öl­kə­də gə­lə­cə­yi mü­əy­yən­ləş­di­rən kə­sim he­sab olu­nur. İran gənclə­ri İs­lam İn­qi­la­bı­nı, onun əhə­miy­yə­ti­ni ne­cə də­yər­lən­di­rir?
        - İn­qi­lab­dan təx­mi­nən 30 il vaxt ke­çir. Bu ba­xım­dan de­mək olar ki, İra­nın gənc nəs­li ya in­qi­lab­la ya­şıd­dır, ya da on­dan bir qə­dər son­ra dün­ya­ya gə­lib. Am­ma bu­na bax­ma­ya­raq, İran gənclə­ri­nin İs­lam İn­qi­la­bı­na, onun rəh­bə­ri­nə mə­həb­bə­ti, əhə­miy­yə­ti­nə ina­mı gün­dən-gü­nə ar­tır. Bu da on­dan irə­li gə­lir ki, əgər in­qi­la­bın ilk vaxtla­rın­da hə­dəf şü­ar ki­mi qo­yul­muş­du­sa, ar­tıq son­ra­kı il­lər­də re­al­lı­ğa çev­ril­di. Və şüb­hə­siz ki, gənc nə­sil də bu­nun şa­hi­di ol­du. Gənclər həm də onun şa­hi­di ol­du­lar ki, 8 il İraq­la, 4 il isə da­xil­də kürd se­pa­rat­çı­la­rı ilə mü­ha­ri­bə­yə cəlb olun­du­ğu­na, iq­ti­sa­di və si­ya­si sanksi­ya­la­ra mə­ruz qal­dı­ğı­na bax­ma­ya­raq, çə­tin­lik­lə­rə si­nə gə­rib yük­sək in­ki­şaf yo­lu keç­di. Bü­tün bun­lar isə gənclə­rin İs­lam İn­qi­la­bı­na ba­xış­la­rı­nı for­ma­laş­dır­dı.
       
        - Ar­tıq 19 il­dir ki, in­qi­lab rəh­bə­ri haqq dün­ya­sı­na qo­vu­şub. Yə­ni İran xal­qı Xo­mey­ni­siz (r.ə) öl­kə­ni ne­cə gö­rür?
        - Öl­kə in­di də İmam Xo­mey­ni­nin (r.ə) mü­əy­yən et­di­yi xətt üz­rə ida­rə olu­nur. Onun mü­qəd­dəs ide­ya­la­rı öl­məz­dir, əbə­di­dir, hə­mi­şə­ya­şar­dır. İran xal­qı hə­min ide­ya­la­rı ya­şa­dır. Xo­mey­ni (r.ə) vax­ti­lə de­yir­di ki, hət­ta ba­za­ra da gi­rən­də or­dan İs­lam ət­ri gəl­mə­li, hər yer­də, bü­tün qa­nun­la­rın föv­qün­də da­ya­nan İs­lam qay­da-qa­nun­la­rı­na ri­a­yət olun­ma­lı­dır. Xalq bu­nu ba­şa dü­şür və öz əməl­lə­ri va­si­tə­si­lə, həm də dərk edə­rək hə­ya­ta ke­çi­rir.
       
        - Xey­li müd­dət­dir ABŞ hö­ku­mə­ti İra­nın dinc məq­səd­li atom ener­ji­sin­dən is­ti­fa­də hü­qu­qu­nu zor­la poz­ma­ğa ça­lı­şır, bu is­ti­qa­mət­də bü­tün va­si­tə­lər­dən is­ti­fa­də edir, hət­ta öl­kə­ni mü­ha­ri­bə ilə hə­də­lə­yir. Hə­min hə­də­lə­rə qar­şı öl­kə və­tən­daş­la­rı­nın əh­val-ru­hiy­yə­sin­də nə­lə­ri mü­şa­hi­də et­di­niz?
        - İn­qi­la­bın ilk gün­lə­rin­dən Ame­ri­ka İra­nı təh­did et­mə­yə baş­la­yıb. İraq-İran mü­ha­ri­bə­si də bu öl­kə­nin hə­ya­ta ke­çir­di­yi məkrli plan idi. ABŞ hö­ku­mə­ti da­ha son­ra iq­ti­sa­di sanksi­ya­lar hə­ya­ta ke­çir­di. Bu pro­ses in­di də da­vam edir. Yə­ni təh­did­lər əs­lin­də atom ener­ji­si ilə bağ­lı ol­ma­yıb, lap əv­vəl­dən möv­cud idi. İn­di isə təz­yiq və təh­did­lər, mü­ha­ri­bə hə­də­lə­ri da­ha da güc­lə­nib. Am­ma İran döv­lə­ti və xal­qı bü­tün bun­la­rın qar­şı­sın­da möh­kəm da­ya­nıb və hə­mi­şə də la­yiq­li ca­vab ve­rib. İn­qi­la­bın tə­si­ri al­tın­da bö­yü­yüb tər­bi­yə alan, İs­lam mək­tə­bin­dən bəh­rə­lə­nən və bu­nun sa­yə­sin­də iz­zət­li hə­yat ya­şa­yan xal­qın be­lə təh­did­lər­dən qor­xu­su yox­dur və ola da bil­məz. Ək­si­nə, on­lar öz öl­kə­lə­ri­nin mü­da­fi­ə­si­nə hə­mi­şə ha­zır­dı­lar.
        İran xal­qı ba­şa dü­şür ki, mü­a­sir dün­ya­da atom ener­ji­sin­dən dinc məq­səd­lər­lə is­ti­fa­də on­la­rın haq­la­rı­dır. Rəs­mi Teh­ran də­fə­lər­lə bə­yan edib ki, hər kəs is­tə­sə gə­lib yox­la­ma apa­ra bi­lər. MA­QA­TE rəh­bə­ri Mə­həm­məd əl-Ba­ra­de­yi­nin çı­xış­la­rın­da da sülh üçün təh­lü­kə tö­rə­dən heç nə­yin ol­ma­dı­ğı vur­ğu­la­nır. Ey­ni za­man­da qu­ru­mun ni­zam­na­mə­sin­də gös­tə­ri­lir ki, atom si­la­hı is­teh­sal edən öl­kə­lə­rin, hə­min si­lah­la­rı baş­qa­la­rı­na sat­ma­sı qa­da­ğan­dır. Əgər be­lə­dir­sə, on­da atom si­la­hı is­teh­sal et­mə­di­yi­ni de­yən İs­ra­il­də bu si­lah­lar har­dan­dır? Əl­bət­tə, bu­nun sə­bəb­lə­ri hər kə­sə ay­dın­dır. An­caq biz ümid­va­rıq ki, əda­lət­siz təh­did­lər heç bir nə­ti­cə ver­mə­yə­cək və di­gər İs­lam öl­kə­lə­ri də tə­rəq­qi­yə na­il ola­caq­lar.
    www.islaminsesi.az
    Категория: Dünyada | Просмотров: 1386 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər