Главная » 2008»İyun»27 » Ahmedinejad: Hz. Fatimeden (s. a) Danışmaq, Qedr Gecesinden Danışmaq Kimidir
15:52
Ahmedinejad: Hz. Fatimeden (s. a) Danışmaq, Qedr Gecesinden Danışmaq Kimidir
İranın Respublika başçısı Mahmud Ahmedinejad, Hz. Fatimənin (s. a) müqəddəs doğum ildönümü münasibətiylə təşkil edilən konqressə göndərdiyi mesajında Hz. Fatimədən (s. a) danışmanın Qədr gecəsini izah etmək kimi olduğunu və Uca Allahın da ‘Qədr gecəsini Fatiməni tanıyanlar tanıya bilər' deyə buyurduğunu yazdı.
Saytımızın İQNA-ya istinadlı xəbərinə görə: Ahmedinejad mesajını söylə davam etdirdi: Bu gün İran milləti Hz. Fatimənin (sa) əməllərinin təqibçisidir. İran milləti hər kəs üçün hüquq, zülm və qaranlıqla mübarizə, sevgi və eşq duyğusunun inkişaf etdirilməsi və insan kəramətinin qorunması kimi əməllərin arxasındadır. Hz. Fatimənin (s. a) şanını anlamaq üçün İslam peyğəmbərinin (s. a. a) onun əlini öpdüyünü və ona ''atasının anası'' deyə xitab etdiyini və hər gün evinə gedərək onu salamlaması və onun razılığını Allah razılığı olaraq görməsini bilmək kifayətdir.
Hz. Fatimənin (s. a) Rəsulullahın (s. a. a) anası mövqeyində, günahsız imamların və möminlərin də anası mövqeyində olduğunu yazan respublika başçısı Ahmedinejad, Hz. Fatimənin (s. a) elm, hikmət, bacarıq, rəhmət və sevgi anası və vəlayət anası olduğunu vurğuladı.
Mesajının sonunda respublika başçısı Ahmedinejad konqressin təşkil edilməsində əməyi keçən bütün hər kəsə təşəkkürlərini təqdim etdi və iclasın millətlərə bacarıq nuru qapılarını açmasını dilədi. Media-islam.Com a istinad vacibdir