Cüme, 22.11.2024, 00:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 4 » ÖLÜM EKİZLERİ
    18:33
    ÖLÜM EKİZLERİ
     
     
    Masallıda intihar edən bacıların hekayəti.

    ... Bütün Masallı şok içində...
    ... Rayonu şayiələr bürüyüb:
    ... “Öldürüb asıblar”.
    ... “Deyirlər kasıb yaşayırdılar, dözməyiblər”.
    ... “Biri ərindən boşanıbmış ona görə özünü asıb, o biri də ona qoşulub”. İyunun 30-da Masallı rayonunun Böyük Xocavar kəndində intihar etmiş Şəms və Gülşən Nemətova bacıları haqda beləcə şayiələr dolaşır.
    Biz kənddə Nemətovların evini axtararkən qonşuları da intiharın səbəbini belə izah etdi: “Dolana bilmirdilər, hamı kimi geyinib kecinmək istəyirdilər”.
    Bəs əsl həqiqət necədir? Bizi kəndlə müşayiət edən Bəşir həkimin dediyi olayın ağırlığından xəbər verirdi: “52 yaşım var, hələ belə müsibətlə rastlaşmamışam...”

    “Qızlar böyümüşdülər, Tümendən qayıtmaq lazım idi”

    Masallıda Böyük Xocavərə, Nemətovlar ailəsinə gedərkən ən böyük narahatçılığımız o idi ki, bu cür faciədən sonra ev sahibləri sarsıldıqlarından söhbətə meylli olmayacaqlar. 18 və 21 yaşında iki qız övladı bir gündə itirmək ağırdan da ağır dərddir. Amma dərd insanı danışdırır. Ev sahibi Ağabala kişi bizi təmkinlə qarşıladı. Soruşduqlarımıza da sonadək soyuqqanlı cavab verdi. Bircə dəfə kövrəldi, o da qızlarının şəklini gətirəndə. Gəlin bu ailənin taleyinə qısa nəzər salaq.
    Nemətovlar uzun müddət Rusiyanın Tümen şəhərində yaşayıblar. Ailənin başçısı Ağabala kişi ixtisasca tikinti texnoloqudur. Sonradan tibb təhsili də alıb, Moskvada Rusiya İslam Universitetini də bitirib, hazırda Masallı şəhər xəstəxanasında işləyir.
    - Mənim 6 qızım var. Bu rəhmətliklər isə sonbeşiklər idi. Tümendə vəziyyətim yaxşı idi, işim, gücüm, hörmətim, iki evim. Amma gördüm yox e, daha mümkün deyil. Qızlar böyüyür, özü də Rusiya mühiti, düzgün gəlmir. 90-cı ildə köçüb gəldim ata yurduma. Elə sonbeşiyim Gülşən də burda anadan oldu. Hamı kimi başladım işləməyə. Şükür Allaha, indinin özündə də pis dolanmırıq. Qızlarımın 4-nü ərə vermişəm. Elə bu rəhmətliklərə də bir neçə dəfə elçi gəlmişdi. Sonuncu dəfə 15 gün əvvəl (dərindən ah çəkir). Görünür, qismət deyilmiş.

    İngilis və ərəb dilində sərbəst danışırdılar

    Həm Şəms, həm də Gülşən Nemətovalar orta məktəbi yaxşı qiymətlərə bitiriblər. Amma heç birinin ali məktəbə girmək arzusu olmayıb. Ağabala kişinin dediyinə görə, özləri kitab və lüğətlər vasitəsilə əvvəl ingilis, sonra isə ərəb dilini öyrəniblər. Quranı oxumağa başlayıblar.
    Qızların atası danışır:
    - Hər ikisi Quranı əzbər bilirdi. Qurandan başqa ərəb dilində dini ədəbiyyat da oxuyurdular. Ümumiyyətlə, kitaba, elmə meylli idilər. Deyirlər ata-ana övlada fərq qoymaz, amma bu qızlar elə bil Allahın möcüzəsi idilər. Elə qurban olduğum da tez apardı onları.
    Ataları deyir ki, dinə meyllənəndən sonra həm Şəms, həm də Gülşən bir qədər qapalı həyat keçiriblər. Qohum, dost toyu olsa belə, getməyiblər. Hər ikisi hicabda gəziblər. Hərəsinin də 5-6 dəst hicabı. “Elə də gözəl yaraşırdı ki? Şəmsə ”ana qızım" deyirdim, Gülşənə “ata qızım”. Çünki biri anama oxşayırdı, biri atama. İndi nə anam var, nə atam, nə də qızlarım..." deyib doluxsunur.
    Ağabala kişinin dediyinə görə, intihardan bir gün əvvəl bacısı uşağının toyu imiş. Hamı gedib toya. Evdə o və qızlar qalıb. Qızlar atalarına deyiblər ki, toya getməyəcəklər. Ağabala kişi onları nə qədər dilə tutsa da, xeyri olmayıb.
    - Əsəbləşdim, dedim ki, getmirsiz getməyin, heç mən də getməyəcəm. Axşam bacıoğlum gəldi ki, dayı, bəs hardasan, qonaqlar səni gözləyir. Dedim get, gələcəm. Yenə getmədim. Axşam Şəmsə dedim ki, mənə pomidor-yumurta bişir. Yeyib yatdım.
    Axşam qızların nə davranışında, nə də hansısa hərəkətində qeyri-adilik görməyib, hiss etməyib. Səhəri gün səhər 5 radələrində isə hər ikisini asılı vəziyyətdə həyətlərindəki təndirxanadan tapıb. O təndirxanada ki, bundan sonra orda bir daha çörək bişirilməyəcək.

    “Dedim it qızları niyə dinmirsiz”

    İyunun 30-u səhər tezdən Ağabala kişi sübh namazı qılmaq üçün yuxudan durur. Zavallı atanın danışdıqlarını həyəcansız dinləmək olmur:
    - Saat 5 radələri idi. Yuxudan durdum. Dəstnamaz almaq üçün həyətə düşdüm. Elə su krantında əl-üzümü yumuşdum ki, bir də baxdım ki, qızlar təndirxanada bir-birini qucaqlayıb durublar. Hər ikisi də mənə baxır. Adətən onlar da səhər namaza dururdular. Həmişə də deyirdim ki, evdə su gəlir həyətə düşməyin. Gülə-gülə yaxınlaşdım, hələ zaraftca dedim ki, it qızları niyə dinmirsiz? Gördüm Şəms Gülşəni qucaqlayıb durub. Düz bir metrliyinəcən gəldim. Dəsmalı çiynimə atıb istədim bacıların hər ikisini qucaqlayıb alınlarından öpəm. Yaxınlaşan kimi elə bir məni tok vurdu. Şəmsə yaxın gəlib toxunan kimi bir-birlərindən aralandılar... Qızlarım özlərini asmışdılar. Tez evə qaçıb bıçaq götürdüm. Əvvəl Şəmsin boğazındakı ipi kəsdim. Onu yerə qoyub Gülşəni azad etdim. Hər ikisini evə gətirib divana uzatdım. Artıq gec idi. Uşaqlar keçinmişdilər. Səsə anaları durdu. Qonşular gəldi...
    Birdən kimsə dedi ki, baxın, balışlarının altında Quran var. Onda fikirləşdim ki, bunlar bu gecə ölməyə qərar veriblər. Hətta bir-biri üçün Yasin surəsini də oxuyublar. Çünki bir-iki gün əvvəl Şəms məndən soruşdu ki, Yasini hansı avazla oxusam yaxşıdır?

    Bəs qızlar özlərini niyə asıblar?

    Bax, elə əsl müəmma da budur. Nemətovalar pismi yaşayırdı? Qətiyyən! Şəkildə gördüyünüz ev onlarındır. Elə Ağabala kişinin dediyi kimi, “təkcə həyətinin metal hasarını satsa, 100 min dollar edər”.
    Ağabala kişi deyir:
    Bundan başqa Tümendəki evimi bir yerli şirkətə ofis kimi icarəyə vermişəm. Ordan da pul gəlir. Qardaşım Masallıdakı ən böyük məktəblərdən birinin direktorudur. Özüm də şükür Allaha, əlimdən hər iş gəlir.
    - Bəs onda niyə, qızlar özlərinə qəsd ediblər?
    - Heç nəylə izah edə bilmirəm, qardaş. Görünür, bu qızlar Allahsız dünyaya belə etiraz ediblər.
    ... Dərin köks ötürüb, susur dərdli ata.

    Bəs bu nə Allahsız dünya?...

    Hə, bax bu məqama mütləq diqqət yetirməliyik. Narkomaniya, işsizlik və bu kimi bəlalar bölgəni başına götürüb. Bir müddət əvvəl Ağabala kişinin bir qızı boşanaraq ata evinə qayıdıb. Səbəbi isə kürəkənin tüfeyli həyat keçirməsi olub.
    Yenə atası söyləyir:
    - Götürüb gətirdim evimə. Dedim ki, yanımda qal, sənə də, özümə də özüm baxacağam, ölməmişəm ki? Bu hadisə həm Şəmsə, həm də Gülşənə pis təsir etmişdi. Çox məyus idilər. Ona görə də, onlar üçün qapıya nə qədər elçi gəlmişdi, hamısını geri qaytardılar. Sənə bir söz deyim, sonuncu dəfə bir neçə nüfuzlu ağsaqqal gəlmişdi. Gəlib qızları uşaqları üçün istəyirdilər. Dedilər xeyir-dua ver. Dedim ki, bir söz deyə bilmərəm. Qoy, özlərinin də fikrini öyrənim. Yoldaşıma dedim ki, get onların fikrini öyrən. Qayıdıb gəldi ki, razı deyillər. Bir söz demədim. Amma bundan sonra öz-özlərinə deyirmişlər ki, bu nə Allahsız dünyadır, insanlar zülm çəkir, bir tikə çörək üçün nə əzaba qatlaşır. Belə bir dünyada yaşamaqdansa ölmək yaxşıdır.
    ... Və öldülər...
    ... Özü də son dəfə çörək bişirdikləri təndirxanada.
    ... Özlərini asdılar...
    Təndirxananın şəklini çəkmək istədikdə isə qızları anası özündən getdi...
    ... Elə biz də bu ağır dərdlə üzləşən Nemətovlar ailəsini
    tərk etdik. Atalarının dediyi kimi olsun: “Onlar Allahsız bir cəmiyyətə etiraz etdikləri üçün özlərini asmışdılar”. Amma məmləkətdə bu qədər Allahsız ola-ola onlar niyə özlərinə qıydılar ki?..

    Yeni Müsavat
    Категория: Dünyada | Просмотров: 2510 | Добавил: media-islam | Рейтинг: 3.3/3
    Всего комментариев: 2
    05.07.2008
    2. ilkin (media-islam) [Material]
    ALLAH HAMINI hidayet elesin amma bir $eyi deyim OZUNU OLDURMEK ALLAH YANINDA en boyuk GUNAHDI ALLAH GUNAHLARIN BAGI$LASIN

    05.07.2008
    1. ayka (mensure) [Material]
    Cox maraqli xeberdi.tesekkurler. Goresen niye bele hereket edibler? ALLAHsiz bir cemiyyete etiraz bele olur ?ozunu oldurmekle?ne bilim VALLAH duzunu ALLAH bilir.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər