ABŞ-da amerikalı müsəlmanları və ölkədə məskunlaşan əcnəbiləri nəzarət altında saxlamaq üçün FTB müxtəlif üsullardan istifadə edəcək.
ABŞ-ın Ədliyyə Nazirliyi Amerika vətəndaşı olan müsəlmanlar və ölkədə məskunlaşan əcnəbilər haqqında FTB-nin cinayət işi açma proseduralarını dəyişdirmək niyyətindədir. Buna səbəb isə ölkədəki müsəlmanlardır.
ABŞ məhkəmələri FTB-nin bir vətəndaşa qarşı cinayət işi qaldırmazdan əvvəl onun cinayətinə sübut təşkil edə biləcək bəzi dəlillərə sahib olması şərtini irəli sürürdü. Bu yay qüvvəyə minməsi nəzərdə tutulan yeni qanunlara görə isə FTB xəfiyyələri müsəlmanların xarici görünüşlərinə və davranışlarına nəzər salaraq, müsəlman fərd və ya qruplar barəsində istintaqa başlaya biləcək. Tamamilə ayrı-seçkilik əsasında hazırlanan yeni qanunda müsəlmanların hansı ölkələrə səyahət etdikləri, ətrafları və yaxınlar, eləcə də sosial fəaliyyətlərinə dair hər şey nəzarət altına alınacaq.
Görəsən, tərcümeyi-halında Qarayiblər adasındakı xristian-yəhudi və islam qarışığı bir inancı belə, əl-Qaidə ilə əlaqələndirməkdən çəkinməyərək məhkəmədə rüsvay olan FTB xəfiyyələri buna müvəffəq ola biləcəklərmi? /dunyabulteni/azerimuslims |