Hindistan'ın işğalı altındakı Kəşmirin azadlığı üçün mücadle verən Kəşmir mücahidləri Hind işğal güclərinə qarşı böyük bir əməliyyat reallaşdırdı.
Şənbə günü əsgəri bir konvoyun keçişi əsnasında mücahidlər tərəfindən yola yerləşdirilən quru minasının partlaması nəticəsndə, ordu spikeri Neha Goelin AFP agenliyinə bildirdiyinə görə, 9 əsgərin ölərkən, 12-dən çoxu da yaralandı.
Polis səlahiyyətlisi də avtobusun mina üzərindən keçməsi nəticəsndə 9 əsgərin öldüyünü, 16ının yaralandığını, yaralananların bir qisiminin vəziyyətininsə ağır olduğunu bildirdi. Əsgərləri daşıyan avtobus, sərhəd şəhəri Uridən Hindistan ordusunun Kəşmirin paytaxtı Srinagardakı ana qərargahlarından birinə doğru yola düşüblər.
Partlama nəticəsndə əsgər daşıyan bir yük maşını ilə zirehli vasitə havaya uçarkən partlamanın şiddətinin bütün bəlgədən eşidildiyi ifadə olundu.
Endiyə Times qəzetinə görə hücumu Kəşmirin müstəqilliyi üçün mübarizə edən "Hizbul Mücahidin" adlı islami müqavimət təşkilatı üstləndi.
WWW.MEDIA-ISLAM.COM SAYTINA ISTINAD VACIBDIR |