Pitonun içindəki pişiyə bax!
Pişiyin başı ilanınkından üç qat böyük. Aç gözlü ilan böyük bir iştahla pişiyi uddu. Çəkilən rentgen hər kəsi çaşdırdı.
Avstraliyanın şimalında bir piton, bir evin bağçasına girərək bala bir pişiyi uddu. Ekspertlər ilanın pişik yeməsinin normalda çox görülmədiyini söyləyir.
HƏZM ETMƏSİ 1 HƏFTƏ DAVAM EDƏR
İlanın hadisədən sonra çəkilən rentgeni, pişik balasının ilanın içindəki görünüşünü gözlər önünə sərdi. İlanın pişiyi həzm etməsinin bir həftə davam edəcəyi ifadə olunur.
Hadisə, 14 yaşındakı Taara McLarenin, pişiyinin yeməyini vermək üçün bağçaya çıxdığında, qarınında çox şişlik olan ilanı görməsiylə ortaya çıxdı. Taara vəziyyəti dərhal atasına xəbər verdi və evə çağırılan ekspertin ilanı tutmasıyla, pitonun pişiyi udduğu aydın oldu.
DOLAYIB BOĞMUŞ SONRA DA UDMUŞ
Kiçik pişik balasının başının ölçüsünün, ilanınkından üç qat böyük olmasına baxmayaraq, sürünənin pişiyi uda bilməsi görənləri çaşdırdı. İlan pişiyi udmadan əvvəl, özünü onun ətrafına dolayıb, sıxıştıraraq öldürdü.
Bağçada olan digər üç bala pişik ilə beş böyük pişiyin ilanı dayandırmağa çalışdığı amma müvəffəqiyyətli ola bilmədiyi deyildi.