Şenbe, 21.12.2024, 19:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 50
    Qonaq: 50
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 6 » Qüdsdə cümə günü 90 min müsəlman namaz qıldı
    15:29
    Qüdsdə cümə günü 90 min müsəlman namaz qıldı
     
     
     
     
     
    İsrail hakimiyyəti altındakı müqəddəs şəhər Qüdsdə Ramazanın ilk cümə namazı sıx təhlükəsizlik tədbirləri altında qılındı.

    Minlərlə İsrail əsgəri və polisi, Qüds küçələrində tədbir alarkən, İsrail əsgərləri, köhnə Qeds ətrafında quş uçurtmadı. Yollara barrikada quran İsrail təhlükəsizlik gücləri, Köhnə Qüdsün xaricindəki yolları trasa bağladı. Ramazan ayının ilk Cümə namazında 90 min Müsəlman Hərəmmi şərifə gələrək namazlarını qıldı.

    Qüdslü Müsəlmanlar, Ramazan ayı və cümə günün bütün Müsəlmanlara xeyirli olmasını diləyərkən, namaz sonrası hər hansı bir gərginlik yaşanmadı. İsrail Müdafiə nazirliyinin qərarlarına görə, xüsusilə Ramazan əsnasında, Qərb Şəriyədən Qüdsdəki Hərəmi şərifə Cümə namazı üçün gəlmək istəyənlərə, bəzi meyarlar gətirildi. Yalnız 45-50 yaşları arasındakı evli kişilərlə 30-45 yaşları arasındakı evli qadınlar icazə almaq şərtiylə, 45in üzərindəki qadınlar ilə 50 yaş üstü kişilər isə sərbəstcə Haremi şərifə gələ biləcək.

    Cümə namazına gələn Müsəlmanlardan Camal Mustafa, gətirilən məhdudlaşdırmalara reaksiya verərək, " Fələstin bölgəsində yaşayan insanlar üçün bu Ramazan çok çətin keçir. Çünki onlar gətirilən şərtlər və idarə nöqtələri səbəbiylə bura gələ bilmirlər. Çox kədərlidi. Ramazan ayında Cümə namazı çox əhəmiyyətli amma israilin idarə nöqtələrindən keçə bilməyən bizim qardaşlarımız namazlarını qılmaq üçün Məscid-i Əqsaya gələ bilmirlər." dedi.

    Digər bir Qüdslü Cəmil Komandir isə, gətirilən məhdudlaşdırmalar səbəbiylə bir çox müsəlmanın idarə nöqtələrindən keçə bilməyib Məscid-i Əqsaya gələ bilmədiyini söyləyərək, bu vəziyyətin düzəldilməsi lazım olduğunu ifadə etdi. Namaz əsnasında istidən böhrana düşən onlarla adam, bölgədəki ilk kömək qrupları tərəfindən müalicə altına alındı.

    Minlərlə Müsəlman namaz sonrası yenə İsrail əsgərlərinin nəzarəti altında Qüdsdən çıxdı. Bölgəyə gələn İsrail atlı polislər də tədbir aldılar. Kənar yandan Ramazan ayı boyunca və bayram əsnasında, Qərb Şəriyədə əsgəri idarə nöqtələrinin iş saatları uzadılacaq, İsrail vətəndaşı Ərəblərin də girməsi qadağan olan "A" bölgələrinə giriş icazəsi veriləcək, ayrıca, İsrail həbsxanalarındakı Fələstinli məhbuslara yaxınlarından hədiyyələr çatdırılmasına da icazə veriləcək.

    WwW.MEDiA-iSLAM.CoM  Xəbər xidməti

    Materialdan istifadə edərkən istinad vacibdir

    (Bütün hüquqlar qorunur)

    Категория: Dünyada | Просмотров: 1305 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 5
    23.09.2008
    5. ZehrayiNur (ZehrayiNur) [Material]
    iranisieler boyda das dussun tepene smile

    08.09.2008
    4. A_H_L_I_B_E_Y_T_14__M_E_S_U_M (ahlibeyt14mesum) [Material]
    deyirem ne qeder bos boqaz insanlar var angry

    08.09.2008
    3. samir (irani) [Material]
    basha dushmedim cume namazindan size rafizi shiyelere ne ??
    siz ki cume namazini vacib bilmirsiz biggrin

    07.09.2008
    2. A_H_L_I_B_E_Y_T_14__M_E_S_U_M (ahlibeyt14mesum) [Material]
    hami bir sozle vehdete gelin

    07.09.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    Hami bir nefer kimi namaza! smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər