Главная » 2008 » Sentyabr » 11 » GƏLƏN İLDƏN BAKIDA RƏQƏMSAL TELEYAYIMA START VERİLƏCƏK
13:21 GƏLƏN İLDƏN BAKIDA RƏQƏMSAL TELEYAYIMA START VERİLƏCƏK |
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi (İB) 2009-cu ildən Bakıda analoq efir yayımından rəqəmsal yayıma keçməyə başlayacaq.
«Teleradio» İB-nin direktoru Əflatun Şərifov bildirib ki, cari ilin noyabr-dekabr aylarında Bakıda daha güclü rəqəmsal vericinin quraşdırılması nəzərdə tutulur. Hazırda isə bu avadanlığın alınması üçün işlər aparılır. Ə.Şərifov qeyd edib ki, yeni quraşdırılacaq vericinin gücü hazırkı vericinin gücündən çox olacağına görə, o, hətta paytaxtın ərazisi genişlənərsə, onu tam əhatə edə biləcək. Yeni verici alındıqdan sonra 1 TV kanalında neçə proqramın nümayiş ediləcəyi də müəyyənləşəcək. Direktorun sözlərinə görə, ilkin mərhələdə Bakı və Gəncədə, daha sonra isə Şirvan, Mingəçevir daxil olmaqla, respublikanın digər iri şəhərlərində analoq yayımdan rəqəmsal yayıma keçid nəzərdə tutulur. Rəqəmsal yayıma keçdikdən sonra yayım zamanı təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksələcək, ötürülmədə kənar maneələr hiss edilməyəcək, informasiyaların saxlanılmasında itki olmayacaq, tezlik spektrindən effektiv istifadə olunacaq, 1 TV kanalında 4-5 TV proqram nümayiş ediləcək. Rəqəmsal yayımın interaktivlik, İnternetlə bağlantı, abunəçinin girişi üçün kodlama sisteminin olması kimi imkanları da var. Respublikada rəqəmsal yayıma tam keçid 2015-ci ildə tamamlanacaq. Qeyd edək ki, Bakıda rəqəmsal yayıma keçid üçün sınaq işləri hələ 2004-cü ilin sentyabrından başlanılıb. Azərbaycanda rəqəmsal yerüstü efir yayımı üç mərhələdə həyata keçiriləcək. Rəqəmsal yayıma keçidin birinci mərhələsi 2008-2010-cu, ikinci mərhələsi 2011-2013-cü, üçüncü mərhələsi isə 2014-2015-ci illəri əhatə edəcək. /APA/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1335 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|