Главная » 2008»Sentyabr»21 » BƏƏ-də QEYRİ-MÜSƏLMANLAR HƏMRƏYLİK ƏLAMƏTİ OLARAQ ORUCLUĞA RİAYƏT EDİRLƏR
22:22
BƏƏ-də QEYRİ-MÜSƏLMANLAR HƏMRƏYLİK ƏLAMƏTİ OLARAQ ORUCLUĞA RİAYƏT EDİRLƏR
Bir çox müsəlman olmayan hindlilər BƏƏ-də orucluğa riayət edir.
Əbu-Dabi Hindistan ictimai mərkəzinin prezidenti Tomas Conun sözlərinə görə bu yolla onlar öz qonşuları ilə həmrəy olduqlarını bildirmək istəyirlər. “”Hindistan cəmiyyəti və xüsusi şəxslər mədəniyyətlərarası əlaqənin yaxşılaşması və müxtəlif dinə qulluq edənlərin bir-birini daha yaxşı başa düşməsi üçün iftarlar və müxtəlif cür tədbirlər təşkil edirlər”, - deyə Tomas Con əlavə etmişdir, İslam.ru xəbər verir.
Hindlilər həmçinin müsəlman həmvətənləri ilə birgə müqəddəs ayda Ərəb Əmirliyinə gələn alimlərin söhbətlərində iştirak edirlər.
Şri-Lanka mühacirlər icması Ramazan ayı boyunca səfirliklərin ərazisində iftarlar təşkil etməklə hamını, o cümlədən qeyri-müsəlmanları iştirak etməyə dəvət edirlər. Şri-Lanka icması təşkilatının koordinatorunun sözlərinə görə, onlara qonaq gələnləri öz mətbəxlərinə aid ev xörəklərilə qonaq edirlər.