Главная » 2008 » Sentyabr » 24 » İRAN PREZİDENTİNİN CNN-ə MÜSAHİBƏSİ
20:57 İRAN PREZİDENTİNİN CNN-ə MÜSAHİBƏSİ |
Əhmədinejad CNN-nin ən çox izlənən proqramında iştirak edərək gündəmdə olan bir çox suallara cavab vermişdir. "dünyabulteni" xəbər verir.
İran prezidenti CNN International'da "Larry King Live"a qonaq olmuşdur. Əhmədinejad İranın nüvə proqramından, İran-ABŞ əlaqələri ilə bağlı maraq doğuran suallara bir bir cavab vermişdir.
"ABŞ və ya israilin bizə hücum etmələri ilə bağlı heç bir narahatçılığım yoxdur. Çünki ABŞ hökumətinin edəcəyi ən pis iş bizə hücum etmək olardı. ABŞ-da məntiqli insanlar var. Hökumətin belə bir yanlışlıq etməsinə kim icazə verər ki?"
Mahmud Əhmədinejad, ABŞ prezidenti Corc Buşa yeni bir başlanğıc üçün məktub göndərdiyini lakin hələ ki, cavab almadığını qeyd etmişdir. Proqramın aparıcısının ABŞ-da keçiriləcək prezident seçkiləri və yeni seçiləcək prezident ilə əlaqələrin necə olacağı ilə bağlı verdiyi suala, İran prezidenti: "Bizim başqa seçimimiz yoxdur. Çünki, bu ABŞ-ın daxili işidir və bununla bağlı qərarları Amerika xalqı verməlidir. Bizim üçün mühüm deyil. Mühüm olan Amerika xalqının seçdiyi prezidentin bizə qarşı siyasətidir. Biz ABŞ ilə dostyana və qarşılıqlı hörmət əsasında əlaqələr istəyirik. Bu məsələdə qərar verən də ABŞ hökumətidir. Hansı qərarları verirlərsə biz də həmin qərarlara uyğun addımlar atacağıq. Amma bizim fikirimizcə ədalət, hörmət və hər iki tərəfin dəyərlərinə söykənən əlaqələr olmalıdır." qeyd etmişdir.
Əhmədinejad, ABŞ hökumətinin atmalı olduqları addımları qeyd etmişdir: "ABŞ hökumətinin etməli olduğu iki şey var. Əvvəlcə Əfqanıstana və ya digər bölgələrə girmək yerinə ABŞ sərhədləri ilə kifayətlənməlidir. Ən vacib olanı Amerika xalqının pullarının, onların səhiyyə, əmlak, təhsil, təbii fəlakətlərdən zərər çəkən bölgələrinə və digər məsələlərinə xərclənməsi. İkincisi isə ABŞ xalqı və hökuməti, İran ilə əlaqələri bərpa etməlidir. Çünki İran önəmli bir ölkədir. "
Nüvə proqramı ilə bağlı verilən suala, İran prezidenti: "MAQATE öz tarixində nüvə enerjisinə sahib olan dünya dövlətləri arasında ən çox İranda yoxlamalar aparmışdır. Dünyada heç bir ölkə İran qədər əlalqələr yaratmadı. Bu məsələ öz təstiqini də tapmışdır. Amma sizdən bir sual soruşum dünyada nüvə silahına malik olan bir çox dövlətlər var və hətta onların arasında yeni nüvə daşıyıcıları da istehsal edənlər vardır. Bu ölkənin də yoxlanılması lazım deyilmi? sizcə bunların da durdurulmasına ehtiyac yoxdurmu?" deyə bildirmişdir.
Sonda, İran prezidenti ABŞ mətbuatını öz ölkəsinə dəvət edərək, İranın çox böyük və inkişaf etmiş ölkə olduğuna şahid olmalarını istəmişdir.
Qeyd edək ki, proqramın aparıcısı 75 yaşlı King 23 ildir ki, CNN-də "Larry King Live" verlişinə aparıcılıq edir. Həmin proqram ən çox izlənən proqram hesab olunur.
|
Категория: Dünyada |
Просмотров: 1161 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|