Şenbe, 21.12.2024, 19:48
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 38
    Qonaq: 38
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 26 » FƏLƏSTİNLİ UŞAQLAR - SİONİST CİNAYƏTLƏRİN ƏSAS HƏDƏFİ
    22:14
    FƏLƏSTİNLİ UŞAQLAR - SİONİST CİNAYƏTLƏRİN ƏSAS HƏDƏFİ
     
     
     
     
     
     
     
    Bildiyimiz kimi sionistlərin Əqsa əməliyyatlarında əsas hədəfləridən biri də uşaqlardır. Bu səbəbdən də son əməliyyatlarda əsasən uşaqlar şəhid olurlar. Əməliyyatlar zamanı Fələstinli uşaqların vəhşicəsinə öldürülməsi heç də təsadüfi deyil. Belə ki, hələ 1987-ci ildə İsrailin keçmiş baş nazirilərindən olan İzhak Rabin Fələstinli uşaqların qol və qıç sümüklərinin sındırılmasını tövsiyə etmişdir. Buna görə də o dövrdə Rabin mediada “sümük qıran Rabin” olaraq xatırlanmağa başlanmışdı. Eynilə Ariel Şaronun “Beyrut qəssabı” olaraq tanınması kimi. Hətta o dövrdə fələstinli bir uşağın qaçırılaraq qol və qıç sümüklərinin sındırılması hadisəsi gizli kamera ilə çəkilmiş və ekranlarda göstərilmişdir. Hələ 87-ci illərdə İordaniyada olan avropalı jurnalistlərdən biri reportaj hazırlamış və uşaqların necə işgəncələrə məruz qaldığını, onların qol və qıçlarının sındırıldığını dünyaya çatdırmışdı. Jurnalistin hazırladığı reportajların içərisində  təxminən 8-9 yaşlarında bir fələstinli uşaq da vardı. Həmin uşağın kəllə sümüyü sionistlər tərəfində bir neçə yerdən daşla sındırılmışdı. Amma Allahın hikmətiylə uşaq ölməmişdi. “Sümük qıran Rabin”  nədənsə İsrail sionist rejiminin gələcəyinin qurtarılması məqsədilə 1991-ci ildə başladılan sülh danışıqları zamanı “Sülhcü Rabin” deyə tanınmağa başladı və 1993-cü ildə Nobel sülh mükafatına layiq görüldü. Beləcə “sümük qıran Rabin” ünvanı da unutduruldu.
    Bir sionist terror təşkilatının lideri haham Aydo Alba bir neçə il əvvəl “müqavimətin dayandırılmayacağı təqdirdə qadınlar və uşaqların öldürülə biləcəyi” haqqında «fətva» vermişdi. İsrailin «Maariv» qəzetinin yazdığına görə Əl-Xəlil şəhərindəki Kiryat yəhudi qəsəbəsinin mərkəzidə qalan haham Alba: “Hər nə qədər qadınlar və uşaqlar özlərini öldürənlərin həyatlarını təhlükəyə soxmurlarsa da döyüşün davamında düşmənə köməkçi olmaqdadırlar” deyə söyləmiş və bu fikirində israilli hahamlarının «fətva»larına söykəndiyini də dilə gətirmişdi. Alba Tövratdakı öldürməyi və qan tökməyi qadağan edən hökmlərin bir yəhudinin yəhudi olmayanı öldürməsinə maneə olmadığı, bu hökmlərin yəhudilərin bir-birlərini öldürmələrini və öz aralarında qan tökmələrini qadağan etdiyini ifadə etmişdi.

    Ortaya belə bir sual çıxır. Nə üçün uşaqlar hədəfə çevrilir?
    İşğalçıların hücumlarında xüsusilə uşaqları hədəf almalarının birinci məqsədi onların ailələrinə ağır zərbələr endirmək, onları bu müqəddəs müqavimətdən, mübarizədən imtina etməyə məcbur etməkdir. Çünki bütün cəmiyyətlərdə olduğu kimi Fələstin cəmiyyətində də uşaq ailənin ən qiymətli varlığıdır. Bir ana və atanın uşağını sağlam bir şəkildə böyüdə bilmək üçün nə qədər böyük fədakarlığa dözdüyü hamımız tərəfindən bilinən bir həqiqətdir. Bu baxımdan hər kəsin öz özünü yoxlaması, uşaqlarına necə baxdığını, onlara necə dəyər verdiyini düşünməsi, Fələstinli ailənin halını və uşağı mövzusundakı baxış tərzini anlaması üçün kafi olar. Amma Fələstində siyonist işğala qarşı müqavimət göstərən Fələstin xalqı müqəddəs bir məqsədin arxasında olduğuna, bu məqsəd uğrunda ölənlərin Allah qatında böyük bir dəyərlərinin və mövqelərinin olacağına inanmaqdadırlar. Buna görə uşaqlarının işğalçıların güllələrinə hədəf olması onların müqavimət əzmini yox edə bilməmişdir.
    Uşaqları və körpələri qətlə yetirməyi eyni zamanda dinlərinə söykəndirməyə çalışan sionistlərin atasının arxasına sığınan 7-8 yaşlarındakı Məhəmməd Camal əd-Durreni necə hədəf alaraq şəhid etdiyini bütün insanlıq görüb. 2001-ci ildə bütün bəşəriyyət dörd aylıq İman Həcci adlı körpənin qarınına batan top gülləsi “şrapneli”nin onun bədənini necə deşib keçdiyini görüb. Yolların Təhlükəsizliyi Təşkilatı adlı sionist terror təşkilatına mənsub terroristlər Ziyauddin ət-Tumeyzi adlı üç aylıq bir körpənin alınına tapancayla güllə sıxaraq öldürüb. Bunlar yalnız bir neçə nümunə. Bunların xaricində də daha onlarla körpə və uşaq öldürülür.
    İsrail sionist dövlətinin fələstinli uşaqlara istiqamətlənmiş öldürmə, işgəncə etmə və həmçinin yetim, sahibsiz uşaqları qalxan olaraq istifadə etmədən danışdıq. Bir tərəfdə bu zülmlər baş verir. Amma digər tərəfdə tez-tez gündəmə gətirilən "BMT Uşaq Haqları Deklarasiyası" deyə bir şey var. Ayrıca BMT təşkilatının görünüşcə uşaqları qorumaq məqsədiylə qurulmuş və qısa adı UNICEF olan bir təşkilat da vardır. Sionist vəhşiliyin uşaqlara tətbiq etdiyi zülm və vəhşiliyi qarşısında BMT təşkilatının alt qurumu olan UNICEF-in səsi çıxmadı. Sionist vəhşiliyin Fələstinli uşaqlara layiq gördüyü insanlıq xarici tətbiqlər, tarixdə nadir olaraq rastlaşılan zülmlər qarşısında ciddi bir reaksiya verdiyinə kimsə şahid olmadı.
    BMT-in Uşaq Haqqları Müqaviləsinin birinci maddəsində eynilə belə deyilməkdədir: "Tərəf dövlətlər bu müqavilədə yazılan haqları öz səlahiyyətləri altında olan hər uşağa, özlərinin, ana atalarının və ya qanuni qəyyumlarının sahib olduqları, irq, rəng, cinsiyyət, dil, siyasi ya da başqa düşüncələr, milli, etnik və ictimai mənşə, mülkiyyət, şikəstlik, doğuş və digər göstəricilər səbəbiylə heç bir ayrı-seçkilik güdmədən tanıyırlar".
    Halbuki Fələstindəki uşaqlar sırf  müsəlman və fələstinli şəxsiyyətlərindən ötəri ayrı-seçkiliyə, təbii tutulmanın kənarında, zülm və vəhşiliyin hər növünə məruz qalmaqdadırlar. Amma BMT təşkilatı adı çəkilən müqaviləni İsrail sionist rejiminə qarşı işlətmək və təsirli rəftar qoymaq üçün hər hansı bir addım atmağa cürət etmir. Bu vəziyyət əslində bu müqavilənin tətbiq olunmasında  BMT-in özünün ayrı-seçkilik etdiyini və bu səbəbdən müqavilənin birinci maddəsinə əməl etmədiyini göstərməkdədir. Çünki sionist işğalçıların fələstinli uşaqlar qarşısında sərgilədiyi vəhşiliyin onda biri, hətta yüzdə biri Qərbli uşaqlara qarşı olsaydı, BMT və onun alt qurumları dərhal hərəkətə keçər, qiyamət qoparardılar. Biz əlbəttə ki, qərbli uşaqların haqlarının pozulmasına və onların zülmə məruz qalmaları vəziyyətində reaksiya verilməsinin tərəfdarı deyilik. Biz, hansı soydan və dindən olursa-olsun, uşaq haqlarıyla əlaqədar prinsiplərin bütün dünya uşaqlarına bərabər şəkildə əks etdirilməsinin, ayrı-seçkilik edilməməsinin tərəfdarı və tələbkarıyıq. "Müasir dünya" olaraq tanıtdırılan bu günümüzün dünyasındakı güc mərkəzləri "haqlar və azadlıqlar" mövzusunu davamlı olaraq ağızlarında saqqız etmələrinə baxmayaraq, öz baş strukturlarındakı rəhbərliklərin haqq pozuntuları və azadlıqları məhdudlaşdırmaları qarşısında susqunluğu seçməkdə, haqq pozuntularının qarşısını almağı bir tərəfə buraxın, reaksiya mənasını verən şərhlər etməkdən belə çəkinməkdədirlər. Çünki bu cür şərhlər etmələri zülm və vəhşiliyin dünya ictimaiyyətinin gündəminə gələcəyindən sanki qorxaraq, bəşəriyyətin heç olmasa düşüncə platformasında sorğu-sual ediləcəyindən çəkinməkdədirlər.

    Aqşin Əsgərov
    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

    "Deyerler" AİN

    Категория: Dünyada | Просмотров: 1248 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər