Şenbe, 21.12.2024, 19:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 21
    Qonaq: 21
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 27 » ERMƏNİSTAN PREZİDENTİ BMT TRİBUNASINDAN AZƏRBAYCANI KƏSKİN TƏNQİDƏ MƏRUZ QOYUB
    18:51
    ERMƏNİSTAN PREZİDENTİ BMT TRİBUNASINDAN AZƏRBAYCANI KƏSKİN TƏNQİDƏ MƏRUZ QOYUB
     
     
     
     
     
     
    20 ilə yaxındır ki, faktiki müstəqil dövlət statusunda yaşayan Dağlıq Qarabağ Respublikasını tanımasına nail olmağa çalışırıq», deyə Sarkisyan qeyd edib
    Qarabağ münaqişəsinin həlli kimi mürəkkəb problem elə-belə həll edilə bilməz. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan dünən BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edərkən bildirib. O deyib ki, bir neçə ay əvvəl səs verən 146 ölkədən cəmi 39-u Qarabağ münaqişəsinin həlli prosesinə aid qətnaməni dəstəkləyib.

       «Faciəvi və qanlı inkişafa söykənən mürəkkəb və həssas problemlərə aid qərar elə-belə – tərəflərdən birini dəstəkləmək istəyindən irəli gələrək qəbul edilməməlidir. Nəticə isə qabaqcadan görünən idi – Azərbaycanda yeni hərbi nitq dalğası, siyasi spekulyasiyalarda saxta uğurlar və s.». Sonra o qeyd edib ki, BMT üzvlərinin təxminən 4/5-i Azərbaycan tərəfindən təklif edilmiş qətnaməni dəstəkləməyib və onlardan ABŞ, Fransa və Rusiya rəsmi Bakını ATƏT-in Minsk qrupunun işində maneələr yaratmamağa çağırıb.

       Ermənistan-Türkiyə münasibətlərinə toxunan Sarkisyan bildirib ki, «problemlərin həll edilməsinin vaxtı çatıb» və Türkiyə prezidenti Abdulla Gül buna hazır olduğunu bildirib. «Bu istiqamətdə cəld və əminliklə irəliləmək lazımdır», deyə o bildirib.

       Regiondakı vəziyyət haqqında danışan Sarkisyan bildirib ki, son həftələr ərzində baş verən hadisələr Cənubi Qafqazı sarsıdıb və hamı üçün ciddi dərs olub. Bu halların təkrarlanmasının qarşısını almaq və regionda və dünyada yeni və etibarlı təhlükəsizlik sistemi yaratmaq zəruridir. «Son onillikdə yaranmış çağırışlar şəklini elə dəyişib ki, onlara İkinci Dünya Müharibəsinin sonunda formalaşmış qurumlarla müqavimət göstərmək olmaz. Bu gün çağırışlara effektli reaksiya vermək forması regional əməkdaşlıqdır, deyə o bildirib.

       Sonra o, yenə Azərbaycanı tənqidə keçib. «Əgər hansısa ölkə qısa vaxt ərzində hərbi büdcəsini bir neçə dəfə artırırsa və bununla fəxr edirsə; beynəlxalq müqavilələrdə təsdiq edilmiş silahlanma norması pozulursa və bu açıq-aşkar edilirsə; əgər ölkə sülh imzalayıb, amma hər cür bəhanə ilə müharibəni bərpa etməklə hədələyirsə – bu, tez və dəqiq reaksiyaya səbəb olmalıdır», - deyə Sarkisyan bildirib.

       «Biz dəqiq müəyyən etməliyik ki, mövcud sülhün pozulması və ya pozulması ilə hədələmə təcavüz ünsürlərindən ibarətdir. Millətlərin öz müqəddəratını həll etmək hüququna ciddi müraciət etmək zərurəti yetişib. Bu hüquq xalqların qovulmasına, etnik təmizləmələrə, soyqırıma səbəb olub. Əminəm ki, daha belə davam etmək olmaz. Biz öz müqəddəratını həll etmək barədə istənilən tələbin ayrılmaqla həll edilməli olması fikrindən uzağıq. Amma onu da görürük ki, get-gedə bu, daha tez-tez belə münaqişələrin həlli işində çıxış yoluna çevrilir», deyə Ermənistan prezidenti bildirib.

       «Biz Azərbaycanla danışıqları fəal şəkildə davam etdiririk və bu ölkənin artıq 20 ilə yaxındır ki, faktiki müstəqil dövlət statusunda yaşayan Dağlıq Qarabağ Respublikasını tanımasına nail olmağa çalışırıq», deyə Sarkisyan qeyd edib.
    /TURAN/


    Категория: Dünyada | Просмотров: 1215 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər