EŞİTDİKLƏRİM… GÖRDÜKLƏRİM
(incəSƏNƏT aləmindən)
1. Eşitmişdim ki, kişilər: «çalış həmişə öz dövrənə həmişə əxlaq, iffət, namus və qeyrət hasarı çək» deyərdilər. Əmma görürəm ki,… əxlaqımızın «Ay»ı, iffətimizin «gün»ü olanlar o gündən ki, namus-qeyrətimizi «Röya»ya döndərdilər, hasar çəkmək nədir, olan qalan «hasarı»da, sökmüşük. 2. Eşitmişəm; ulu nənəmiz Həvva, ulu babamız Adəmin qabırğasından yaranıb.
Vallahi gördüm ki; Namiq Qaraçuxurlu, Aygün Kazımovanın qabırğasından yarandı… 3. Eşidirəm deyirlər: «cavana gedən yumruq, qocaya gedən quyruq yeyər» deyirlər.
Adə, görürəm ki, cavana gedən «prodüstor», qocaya gedən «sponsor» tapır… 4. Eşitdiyimə görə, brilyant, almaz, zümrüd, yaqut çox qiymətli daşlardı. Əmma, gördüyüm odur ki, bu qiymətli daşların adını bəzi qızlara ad kimi qoyandan sonra, o qiymətli daşlar qiymətdən düşüb.
5. Eşitmişəm ki, babat səsi olmayan kəslər, soyunub, boş hamama girsə və orada ulasa, üzr istəyirəm «oxusa» səsi «məlahətli» çıxar. Görürəm, indi «məlahətli» «səs» çıxartmaq üçün soyunub, hamama getməyə ehtiyac yoxdur. ATV-yə nə gəlib ki?!
6. Eşitdiyimə görə, rəhmətlik Ç.Çaplin qızına: «…sən səhnədə «fahişə» ola bilərsən, amma səhnədən düşəndən sonra pakizə ol!» deyib. Əmma, görürəm çox vaxt, səhnədə və yaxud, telekanallarda, «pak-pakizə» olanlar, həyatda ən əxlaqsızlardır.
7. Eşitdim ki, elə müğənnilərimiz var ki, çox «Nadir» nüsxədirlər. Yəni onların Rusiyada «analoqu» yoxdur. Sonra görürəm ki, sən demə bu «Nadir» nüsxələrə Rusiyada «analoqu» olmayan müğənni kimi yox, analoji müğənni kimi tanıyırlar.
8. Eşitdiyimə görə, Şanapipik quşu əvvəllər bir gəlin idi. Evdə çimərkən, birdən qaynatası evə gəlir. Geyinməyə macal tapmayan gəlin, qaynatasının onu çılpaq görəcəyindən həya edərək, Allaha dua edir ki, onu quş etsin. Qaynatası onu lüt görməsin. Allah da onun duasını qəbul edib, onu şanapipik edir – darağı da başında. Gördüyüm odur ki,… guya Xatirə əvvəllər başı daraqlı şanapipik quşu olub. Əmma heç kəs ona baxmayıb. Baxsalar da bir «quş» kimi baxıblar. Odur ki, o da Allahdan dua etdi ki, onu heç olmasa bir gecəlik gəlin etsin ki, sonra «ves» Azərbaycan ona baxa bilsin. Allah onun duasını qəbul edib onu Xatirə İslam etdi. Əmma bilmirəm çılpaq, ya poluçılpaq. İmanımı yandıra bilmərəm.
9. Eşitmişəm ki, atalar deyib ki; «İş əldən, söz dildən, oğul beldən gəlməsə nə faydası?» Görürəm ki, «Sarı» jurnalında yazılıb: - «Faiq Ağayev ata olacaq» və sonra etibarlı mənbədən öyrəniblər ki, «müğənninin həyat yoldaşı Nigar xanım süni mayalanma etməyə hazırlaşır…».
10. Eşitmişdim ki, qabaqlar, müğənnilər İtaliyanın Milan şəhərində «La-Skala»ya gedib, orada o dövrün musiqi aləminin məşhur professorlarından təcrübə aldıqlarını və sonra aldıqları təcrübə onların profsanal müğənni olmalarına böyük təsir göstərirdi.
İndi görürəm ki, «məşhur» olmaq istəyən «müğənnilər» daha İtaliaya yox, Dubaya gedib, orada ərəb şeyxlərindən «təcrübə» almağı daha sərfəli şərəfli sayırlar. Nöşün ki, bu «təcrübə» onların sonrakı «profsanallığında» mühüm yer tutur. Məsələtün ərəb şeyxləri Güneli «tumarlamasaydılar» heç o «Pişik Günel» olardı? Və yaxud, Raksananı «oynadıb-oynadıb», «yormasaydılar» o Rəqsanə olmazdı axı!.. Qaldı Bakirənin Dubaya ərəb şeyxlərindən «təcrübə» keçmək üçün getməsinə, buna heç ehtiyac da yoxdur. Bizim məmləkətin «Hacı»-«mağılarımıza» nə gəlib. Ərəb şeyxlərindən nələri əskikdir. Pulları da var, «dolları»da, lap «evro»su da. O qədər Bakirə kimilərə «sponsurluq» edib onları Bagiraya döndəriblər ki…
11. Eşitmişəm, rəhmətlik Abbas Səhhət deyib ki; «Yeri düşsə əgər müsəlmandır, Vaxt olur ya İvan, ya Vartandır. O nə bundan, düzü, nə ondandır, Yeni bir şey, əcaib insandır.» Əmma görürəm ki, bu şerdə balaca «düzəliş» etmək lazımdır. Yəni, birinci beytdəki, «müsəlmandır» sözünün yerinə, «Nadir Qafarzadədir» sözünü, ikinci beytdə «İvan» sözünün yerinə «Ədalət», «Vartandır» sözünün yerinə isə «Samir Bağırovdur» yazmaq lazım idi. Qaldı, üçüncü beytə, «O nə bundan, düzü, nə ondandır»ın yerinə Faiq Ağayevin, nəhayət… «Yeni bir şey, əcaib insandır» sözünün yerinəsə Bagiranın adını yazsaydıq indiki «şou-mooo»nun kimlərdən ibarət olduğunu görərdik.
12. Eşitmişəm deyiblər ki: «Əzizim «Ay» utanmaz, «Gün» doğar, ay utanmaz, Pisin pis əməllərini Üzünə de utanmaz». Vallahi görürəm ki, nə deyiblər, düz deyiblər. Adə nə qədər bu «şou-mooo»lara demək olar ki, bu pis əməllərinizdən əl çəkin?! Utanın!!!
"Birlik-Press" Qəzeti Xoşqədəm Cəbrayıloğlu
|