Bazar, 24.11.2024, 15:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Mehdi (a)

    Beşerin xilaskarı
    Bağışlayan və Mehriban Allahın adı ilə

    Allahu-təala (c.c.) bəşəriyyəti doğru yola hidayət etmək üçün yer üzünə mə’sum peyğəmbərlər və imamlar göndərmişdir. Onların sonuncusu Sahib-bəz-zamandır. Əhli-beytdən olan 12-ci imamımız İmam Məhdi Sahibəzzəmanı (ə.c.), Allahu-təalanın (c.c.) yer üzündəki imamını, peyğəmbər (s.a.a.v.) nəvəsini, o böyük şəxsiyyəti insanlara tanıtdırmaq, bəşəriyyətin mə’nəvi dünyasının çırağını yandırmaq və ən nəhayət sevimli peyğəmbərimizin vəsiyyətinə sadiq qalmaq borcumuzdur.
    On ikinci mə’sum İmam həzrət Məhdi ibn Həsən Əskəri (ə) hicrətin 255-ci ilində şə’ban ayının 15-də Samirra şəhərində anadan olmuşdur. Onun adı islam Peyğəmbərinin adından, künyəsi Peyğəmbər (s.a.a.v.) künyəsindəndir. Mə’sum imamlar onun adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Huccət, Qaim Xələfisaleh, Sahib əz-zəman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.
    Atası 11-ci İmam Həzrət Həsən Əskəri (ə), anası çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası Reyhanə, Süsən, Səqil adları ilə tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi (ə)-ın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməçisi adlandırmışdır.
    Həzrəti Məhdi (ə.c.) 2 dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısa müddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli böyük qeyb dövrüdür.
    Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam edən müddətdir ki, hicrətin 260-cı ilindən başlayaraq 329-cu ilinə qədər davam etmişdir. Bu müddət təxminən 69 il çəkmişdir. Kiçik qeyb dövründə Əhli-beyt tərəfdarlarının əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi (şəkildə) və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar. Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkilləri olmuşdur. Həzrət Məhdi (ə.c.) kiçik qeybdə olduğu müddət ərzində əvvəlki imamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalı alimlərin dördü o həzrətin xüsusi nümayəndəsi olmuşdur.
    Kiçik qeyb dövrünü Əhli-beyt tərəfdarlarını böyük qeyb dövrünə hazırlamaq mərhələsi adlandırmaq olar. Çünki, sonrakı mərhələdə Əhli-beyt tərəfdarları yəni şiələr İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir. Şiələr öz məsələlərində o həzrətin vəkillərinə müraciət etməli olurlar. Əgər böyük qeyb dövrü birdən-birə başlasaydı, fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi.
    İmam Məhdi (ə.c.) qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra uzunmüddətli və böyük qeyb dövrü başlamış, bu mərhələ indiyədək davam edir və bundan sonra da Allahu-təala (c.c.) o həzrətə qiyam etmək üçün zühur - üzə çıxma icazəsi verənə qədər davam edəcək. 12-ci İmamın qeybə çəkilməsini hər iki mərhələsi ondan əvvəlki İmamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin dövrdə ravilər tərəfindən öyrənilərək hədislərdə qeyd olunmuşdur:
    İmam Əli (ə) buyurur: «Bizim qeybə çəkiləcək (İmamızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı möhkəm və mərifəti kamil olan şəxslər inanacaq».
    İmamların camaatı düz yola yönəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki, camaat bu yönəltməkdən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa, onda Allahu-təala (c.c.) tərəfindən tə’yin edilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq.
    Təəssüflər olsun ki, imamların, xüsusən də İmam Cavad (ə) sonrakı İmamların dövründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər göstərir ki, cəmiyyətin İmamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamışdır (Belə ki, bu təzyiqlər nəticəsində 11-ci və 12-ci İmamın fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı). Bu onu göstərir ki, İmamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şərait yox idi. Buna görə də cəmiyyət lazımi hazırlığı tapana qədər Allahu-təala (c.c.) 12-ci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir. Əlbəttə 12-ci İmamın qeybə çəkilməsinin bütün sirləri bizə mə’lum deyil, ancaq deyilən amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə 12-ci İmamın qeybə çəkilməsinin səbəbləri sahəsində 3 məsələ əsas götürülür:
    1. İnsanları sınama
    Bildiyimiz kimi Allahu-təalanın (c.c.) sabiq ən-ənələrindən biri də bəndələri imtahana çəkib, pak və təmiz insanları seçməkdir. Həyat daima imtahan və sınaq səhnəsi olmuş, bəndələr bu yolla öz iman və səbrləri sayəsində özlərini Allahu-təalanın (c.c.) əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala yetişməli və onların gizli iste’dadları çiçəklənməlidir. Həzrəti Məhdi (ə.c.) qeybdə olduğu müddətdə insanlar sınağa çəkilir və iman, əqidəsi möhkəm olmayan şəxslərin iç üzü aşkar olaraq, şəkkə düçar olur. Lakin iman və əqidəsi canına işləmiş şəxslər o həzrətin zühurunu gözləmək və çətinliklərə sinə gərmək nəticəsində əqidələri daha da möhkəmlənir və Allahu-təalanın (c.c.) daha böyük mükafatlarına layiq görülürlər.
    Allahu-təalanın (c.c.) İmam Məhdi (ə.c.)-ı qeybə çəkməklə bəndələri sınağa çəkməsi Allahu-təalanın (c.c.) ən çətin sınaqlarından biridir. Bu çətiklik isə 2 cəhətə görədir:
    a) Qeyb dövrünün özünə görə, yə’ni həddən artıq uzun çəkəcəyindən insanların çoxu buna şəkk edəcək. Bə’ziləri, ümumiyyətlə İmam Məhdi (ə.c.) doğulmasında (dünyaya gəlməsində), bə’ziləri isə o həzrətin ömrünün uzanmasında şəkk edəcək. O həzrətin imamətinə sınaqdan çıxmış və əqidəsi möhkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq.
    b) İmam Məhdi (ə.c.) qeybdə olduğu müddət ərzində adamların dəyişilməsinə səbəb olan, baş vermiş və verəcək çətinliklər, təzyiqlər və gözlənilməz hadisələrə görə, yə’ni inam və əqidəni qorumaq, dində sabit qalmaq, çətin bir işə çevriləcək və insanların imanı bir sıra çətinliklərlə, təhlükələrlə üzləşəcək.
    2. İmamın canını qorumaq.
    Allahu-təala (c.c.) 12-ci İmamı qeybə çəkməklə onu ölümdən qurtarmışdır. Çünki, əgər o Həzrət ömrünün ilk günlərindən camaatın arasında olsaydı, onu mütləq öldürəcəkdilər. O, həzrət münasib vaxtdan qabaq da zühur etsə, yenə həyatı təhlükədə olar, nəticədə öz ilahi vəzifələrini yerinə yetirməyə, cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz.
    3. Zəmanə zalımları ilə bey’ət etmək zülmündən qurtarmaq
    12-ci İmam heç bir rejimi, hətta təqiyyə üzündən də olsa belə, rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, öz vəzifəsinə uyğun olaraq rəftar edir. Allahu-təalanın (c.c.) dinini mükəmməl şəkildə, çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə bey’ət etməyə lüzum qalmır.
    Həsən ibn Fəzzal deyir: İmam Riza (ə) buyurdu: «Sanki üçüncü oğlumun (İmam Həsən Əskəri (ə)) ölümündən sonra öz İmamını axtaran, lakin onu tapa bilməyən şiələri görürəm. Mən dedim: Nə üçün o, gözlərdən itəcək? İmam buyurdu: «Ona görə ki, əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.»
    Allahu-təala (c.c.) Qur’ani-Kərimin buyurur: «Biz yer üzündə zəif düşüb əzilənlərə bol ne’mət vermək, onları yer üzünün (rəhbər və) varisi etmək istəyirik.»
    İmamlar dünyanın ürəyidirlər, dünya bütün əzəmətilə onlara bağlıdır. İmam varlıq aləminin qəlbi, dünyanın mərkəzi və Allahu-təala (c.c.) ilə məxluqat arasında bir vasitədir. Buna görə də onun açıqda olması ilə, qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin o, dünyada olmazsa, bütün aləm bir-birinə dəyər. İmam Sadiq (ə)-ın tə’biri ilə desək: «Əgər yer üzü (bir an) İmamsız qalsa, öz sakinlərini kamına çəkər.»
    Əhli-sunnə hədislərində 12 -ci İmam Həzrət Məhdi (ə.c)
    Məhdi (ə.c) zühuru məsələsini bütün müsəlman firqələri qəbul etmiş və bunu yekdilliklə təsdiqləyirlər. İndi isə istərdik ki, sünni əhlinin bir çox kitablarında qeyd olunmuş bir neçə hədisi eyni zamanda bir neçə sünni firqələrinin alimlərinin nəzərlərini sizin diqqətinizə çatdırmaq istəyirik.
    Bir neçə hədis:
    1. Əhməd ibni Hənbəl özünün «Müsnəd» kitabının cild 1, səh. 99-da bu hədisi Peyğəmbərdən nəql edib : «Əgər dünyanın ömründən bir gün belə qalarsa, Allahu-Təala biz Əhli-beytdən bir nəfəri aşkar edər ki, O, yer üzünü ədalətlə doldurar. Necə ki, (ondan qabaq yer üzü) zülm ilə dolmuşdur».
    2. Sünən ibni Macə öz kitabının 2-ci cild, səh.269-da səid Xudridən bu hədisi nəql edir ki, Peyğəmbər buyurdu:
    «Məhdi (ə.c) mənim ümmətimdə olacaqdır. Zühur etdikdən (aşkar olduqdan) sonra, azı 7 il, çoxu 9 il hakimlik edəcəkdir. (Əlbəttə şiələr imamların hədislərinə əsasən hakimiyyət illərini daha çox vurğulayırblar, məsələn, Abdullah ibni əbi Yəfurun İmam Sadiq (ə)-dan nəql etdiyi hədisə görə İmam Mehdi (ə.c.) 19 il neçə ay hakimilik etdikdən sonra vəfat edəcəkdir). Mənim ümmətim onun zamanında o qədər nemət bolluğu içində olarlar ki, heç bir zaman onun mislini görməmişlər! Yer üzü daxilində olanların hamısını üzə çıxaracaqdır. O gün mal-dövlət və nemət çoxluqdan dən kimi ayaq altına töküləcəkdir. Məhdidən (ə.c) hər kim hər nə istəsə O, tez deyəcəkdir: «al, götür».
    3. Buxari özünün «Səhih Buxari» adlı kitabının 4-cü cildinin «İsa (ə) ibni Məryəmin nazil olması» babında əbu Hüreyrənin dilindən Peyğəmbərdən bu hədisi nəql etmişdir ki, Peyğəmbər buyururdu: «Sizin, İsa (ə) ibni Məryəmin enməsi və sizin imamınızın sizin aranızda olması zaman, hal və vəziyyətiniz necə olacaqdır.»
    İlahi! İmamımız həzrət Sahib əz-zəman (əccələllahın) zühurunu tezləşdir və Onun zühuru ilə bizləri zülmətdən nura çıxart və bütün müsəlmanları Onun bayrağı altında birləşdir! Amin.




    Источник: http://islam-azeri.az
    Категория: İmam Mehdi (a) | Добавил: al-shia (23.12.2007) | Автор: Seyyid Hüseyn W
    Просмотров: 1727 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər