Cüme, 19.04.2024, 11:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 19 » ŞEYX ƏBU BƏKR MƏSCİDİ İLƏ BAĞLI AÇIQLAMA VERDİ
    15:32
    ŞEYX ƏBU BƏKR MƏSCİDİ İLƏ BAĞLI AÇIQLAMA VERDİ
     
     
     
     
     
     
     
     
     
     
     
     
    “Əbu Bəkr” kimi tanınan məsciddə baş verənlər iki qrup arasında yaranmış narazılığın nəticəsidir. Oradakı qrupların bir-birini qəbul etməməsi belə hadisənin baş verməsinə səbəb olub. Bu qruplar bir-birini həzm eləmir. Lakin bu, dini problem kimi ortaya çıxmamalıdır”.

    Bu sözləri APA-ya eksklüziv açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Əbu Bəkir” məscidi kimi tanınan Cümə məscidində baş verənlərə münasibət bildirərkən deyib.

    Şeyx bildirib ki, məsciddə baş verənlər Azərbaycandakı tolerantlığa zərbə vura bilməz. O, indiyədək Azərbaycanda belə hadisənin baş vermədiyini xatırladaraq, burada düşmən qüvvələrin əlinin ola biləcəyini də istisna etməyib: “Bu gün bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu bilir. Azərbaycanda dini sahədə problem olsaydı, belə hadisələri başqa dinlərin nümayəndələrinə - yəhudilərə, xristianlara qarşı törədərdilər. Müsəlmanın müsəlmana qarşı bu hadisəni törətməsi isə rəqabət və qisasdır. Yenə də təkrar edirəm ki, indiyə kimi Azərbaycanda sərbəst şəkildə yaşayan xristian və yəhudilərə qarşı belə bir hadisə baş verməyib”.

    QMİ sədri məsciddə baş verənlərlə bağlı istintaqın getdiyini, istintaq başa çatmamış konkret fikir söyləməyin çətin olduğunu deyib. A. Paşazadə müavinini hadisə yerinə göndərdiyini və prosesi nəzarətdə saxladığını bildirib.
    Məscidin gələcək fəaliyyətinə gəlincə, Şeyx oranın ibadət ocağı olduğunu və gələcəkdə də məscid kimi fəaliyyət göstərəcəyini deyib.

    APA
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1201 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər