Главная » 2008 » Mart » 11 » İSLAM DÜNYASI PARİS KİTAB SeRGİSİNİ BOYKOT EDİR
19:02 İSLAM DÜNYASI PARİS KİTAB SeRGİSİNİ BOYKOT EDİR |
Səbəb – təşkilatçıların sionizmə qarşı yersiz reveranslarıdır Müsəlman ölkələri və təşkilatları ənənəvi olaraq Fransanın paytaxtı Paris şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak etməkdən imtina edirlər. Hər il dünyanın bütün yerlərindən biblioqrafları bir araya gətirən bu nüfuzlu tədbirə özünün nümayəndə heyətini göndərən İran, bu dəfə sərginin işində sionist İsrail rejiminin nümayəndələri olması səbəbindən burada iştirak etməkdən imtina etmişdir.Belə ki, «İslam.ru» saytının verdiyi xəbərə görə, sərginin fransız təşkilatçıları 14-19 martda Parisdə keçiriləcək beynəlxalq tədbirdə, bu dəfə çox üzdəniraq bir yubiley tarixini – «İsrailin yaradılması»nın 60 illiyini – qeyd etməyə qərar vermişlər. Təşkilatçılar sionist rejiminin 39 nəfər yazıçısını fəxri qonaq qismində sərgiyə dəvət etmişlər. Və bu, İranın sərgidə iştirakdan rəsmi şəkildə imtina etməsinə səbəb olmuşdur. Bəlli olduğuna görə, bir çox müsəlman ölkələri kimi İran sionist rejimini rəsmi şəkildə tanımır və bu qurumla heç bir diplomatik münasibətlər saxlamır. Eyni zamanda Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı – İSEKO (İSEKO – İslam Konfransı Təşkilatı (İKT) yanında YUNESKO-nun analoqudur) fransızların sionist emissarlarını sərgiyə dəvət etmələrinə görə, bütün müsəlman ölkələrini Parisdə keçiriləcək bu beynəlxalq tədbiri boykot etməyə çağırmışdır. Və artıq Tunis və Livan sərgidə iştirakdan imtina etdiklərini bildirmişlər. Boykot həmçinin Ərəb Yazıçıları Assosiasiyası tərəfindən də dəstəklənmişdir. |
Категория: Dünyada |
Просмотров: 1176 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|