Sayğac
Onlayn: 28 Qonaq: 28 İsifadeçi: 0
|
Главная » 2008 » Mart » 14 » ANTİ-SİONİST YeHUDİ DİN XADİMLeRİNDeN SEYYİD NeSRULLAHA MeKTUB
14:19 ANTİ-SİONİST YeHUDİ DİN XADİMLeRİNDeN SEYYİD NeSRULLAHA MeKTUB |
Bir neçə anti-sionist yəhudi din xadimi Livan Hizbullahının lideri olan Seyyid Həsən Nəsrullaha məktub ünvanlayıblar. İslam-Azeri-nin tərcüməsi sayəsində bu məktubun tam mətnini sizə təqdim edirik.
Salam əleykum Allah`in inayəti sizə, ailənizə və Livandaki qardaşlarımızın üzərinə olsun... Biz sizə gerçək Yəhudiliyin elçiləri, Tövratın gerçək inananları olaraq, dünyanın hər yerində bizim kimi düşünənlərin sözcüsü olaraq səslənirik. Mahmurd əz Zahara və Qəzza xalqına açıq məktub göndərməmizin üzərindən bir aydan az bir zaman keçdi. Biz bu məktubda Tövratın hökmlərinə görə qeyri qanuni olan sionist İsrail dövlətinin işlədiyi cinayətlərinə görə hüznü və hirsimizi dilə gətirmişdik. Yenə o məktubda Dr. Zahara şəxsi başsağlığımızı təqdim etmiş və ağrısını paylaşdığımızı ərz etmişdik. İndilərdə də faciəvi olaraq bu qurbanların davamlı sayının artdığını görürük. Ayrıca şəxsi olaraq Qəzzada və bütün Fələstində yaşayan hər kəsi ziyarət edə biləcəyimizi, ürəyimiz və bütün varlığımızla duyduğumuz hüznü və bu günahsız xalqın, müqəddəs nüfuzlarımız tərəfindən qeyri qanuniliyi qeydiyyat edilmiş olan İsrail rejiminin əlindən gördüyü əziyyətlər səbəbindən hiss etdiyimiz kədəri ərz etmişdik. Yer üzünün dörd bir küncünə dağılmış bütün Fələstinlilərin və onların qohumlarının və nəsillərinin onlar üçün hiss etdiyimiz bu duyğuları və empatimizi eşitmələrini və onlar üçün Qadir-i Mütləğin dərgahına etdiyimiz duaları bilmələrini istəyirik. Nəsrullah həzrətləri, Sizinlə Livan haqqında eyni duyğuları paylaşırıq. Sizin bu yaxınlarda İmad Muğniyənin cənazəsində və daha əvvəlində etdiyiniz danışmalarınızda eşitmişdik. Buna görə sizin və hərəkətinizin yəhudilik və siyonizmin eyni şey olmadığını, dünyanın xeyli çox yerində və işğal edilmiş Fələstində xeyli çox yəhudinin İsrail əleyhdarı olduğunu bildiyinizin fərqindəyik. Ayrıca bizim hahamlardan bir qrupun meydana gətirdiyi nümayəndə heyəti də sizin möhtəşəm ölkənizin qonağı olaraq Hizbullah tərəfindən ağırlanmışdı. Bizlər Fələstini müdafiə etmə məqsədli Dünya Parlamentari Birliyinin yığıncaqlarında iştirak etmişdik. Birliyimizə göstərilən hörmət və maraq bütün təriflərin kənarında idi. Uca Allaha da Fələstinlilərin və digər müslümanarın siyonistlərin əllərindən çəkdikləri o qədər şeyə baxmayaraq hələ şeytanın hiylələrinə qapılmamış olmalarını birə bir görmüş olma lütfünə çatdığımızdan ötəri də şükr edirik. Üzümüzü çevirdiyimiz hər yerdə dostluq və yoldaşlıqdan başqa bir şey görmədik. Livanda ziyarət etdiyimiz hər yerdə rahatlığımızı təmin etmək başlıca narahatlıqları olurdu. Hətta sionistlərin hücumları nəticəsində uğradıqları dağıtmaları belə göstərərkən bizlərə yəhudi millətini və haham yoldaşlarımızı ittiham edən sözlər deyilmədi. Bütün Müsəlman və Ərəb xalqları bunu çox yaxşı bilirlər bizim müsəlmanlarla yüzlərlə ildir dini bir məsələ üzündən heç qarşıdurmamız olmadı. Həmişə uyğunlaşma içində yaşadıq. Xeyli çox adam sionizm ilə yəhudilik arasındakı ayrı-seçkiliyin fərqindədirlər. Yalnız buna işarə edə bilərik ki Livan ziyarətimiz ürəklərimizdə silinməyəcək izlər buraxdı. Bizləri Khiam adlı polis mərkəzinə apardılar. Orada Livanlıların məruz qaldıqları və bütün dünyanın görməməzliyə vurduğu qorxunc işgəncələri bizə izah etdilər . Səbrə və Şatilla düşərgələrini ziyarət etdik, şəhidlər meydanında ruhlar üçün şam yandırdıq. Çünkü meydanda məşhur olmayan başqa bir qırğına uğramışdı Fələstinlilər. Burada hələ müddət gedən bu faciəvi ağrılar üçün bu ağıl xarici və bizim eyni zamanda ilahi haqqlar hesab etdiyimiz insan haqqlarına da zidd olan bu əziyyətlər üçün gözyaşı tökdük. Burada Livan ilə sionist işğal rejimi arasındakı sərhəd bölgəsini Fatimə qapısında da sionizm və İsrail əleyhinə bir nümayiş tənzimləmə şansına nail olduq.
Əlbəttə sionist işğal altında yaşayan xeyli çox qardaşımızın həbs olunma, döyülmə kimi ağır əvəzlər şişə bahasına bu göstərilərə qatıldıqlarını da ifadə etməliyik. Yenə siz Livanlı qardaşlarımıza xatırlatmalıyıq ki, İsrailin son Livan hücumunda dünyanın xeyli çox yerindəki yəhudi, Livan xalqını dəstəkləmə mitinqlərinə qatılmışdı. Kanada, Britanya və ABŞ-dakı xeyli çox haham qardaşımız bu nümayişlərdə danışmalar etdilər. Bu saydıqlarım yalnız yəhudilərin təşkil etdikləri yürüş idi. İndi bizlər təvazökarlıqla sizə çeviririk üzümüzü. Sizdən bu sözlərimizi qəbul etmənizi və mesajımızı Livan və Fələstin xalqına çatdırmanızı diləyirik. Hər nə qədər düşüncələrimizi və duyğularımızı sizə bildirmək istəsək də sözlər ilə bunu bildirmək qeyri mümkündür. Sizdən Fələstin və Livan xalqına dəstəyimizi dərin hüznlərimizi və sizə duyduğumuz ürəyimizdə olan xüsusi hörmət və simpatiyanı bilməyinizi istəyirik.
Dünyanın dörd bir tərəfindəki və Fələstindəki gerçək yəhudilər Allahın icazəsiylə sionizm ideologiyasını və sionizmin şeytani planlarını qəbul etməyəcəklər. Bizim yeganə bağlılığımız Allaha və Tövratadır və bir müdrikimizin də dediyi kimi "Allah rəhm olduğu üçün bizlər də şəfqətli olmalıyıq"
Təxminən 100 il əvvəl sionistlər bir din olan yəhudiliyi bir milliyyətçi ideologiyaya çevirmə yuxularını reallaşdırmaq üçün Fələstinə köçməyə başladılar. Və beləcə Allaha üsyan yolunu açmış oldular. Bu İsrail dövlətinin qurulmasıyla birlikdə Fələstinlilər, sonra da Livanlılar çox ağrılı günlər çəkdilər. Əzildilər, döyüldülər, mənən alçaldılar və yurdlarından çıxarıldılar.
Müdriklərimiz paylaşılan ağrının kədərli ürəkləri rahatlaşdıracağını söyləyərlər. Ayrıca Ərəb xalqları bunu da bilməlilər ki bu anda sözdə İsrail millətinin içərisindəki səmimi müxalifətin varlığı da mövcuddur.
Bu ateist və günahkar Theodor Herzl və avanelerinin sionizmi icad etməklə böyük bir azğınlığa imza atmaqla , ayrıca xeyli çox yəhudinin çəkdiyi maddi və mənəvi çətinliyin də səbəbkarı olduqlarını rahatlılıqla söyləyə bilirik. Hər kəs bunu da bilməli ki bizim gerçək liderlərimiz olan Fələstindəki, Orta şərqdəki və Avropadakı hahamlarımız sionizm qarşısında müxalifətlərini İsrail dövlətinin quruluşundan bu günə izhat etməkdən geri dayanmamışlar. Xeyli çox yerdə İsrailin Fələstinlilərə və Livanlılara etdiklərini, əvəzi nə olursa olsun İsrail dövlətinin ilahi olan hər hansı bir yeri yıxma qərarlarına etiraz etmişlər.
Ayrıca, bu alimlərimiz dünyanın bütün yəhudilərini davamlı olaraq İsrailə dəstək verməkdən uzaq dayanmağa çağırmışlar. Minlərlə yəhudi indiyə qədər onların bu çağırışlarına müsbət cavab verdi. Bu ədəd hər keçən gün daha da artmaqdadır. Sionist media bu sənədləşdirilmiş gerçəkləri örtmək üçün əlindən gələni etməsinə baxmayaraq bəzi cəsur kəslərin səyləri edilən bu pərdələmə cəhdlərini Allaha şükrlər olsun ki boşa çıxara bilməkdədir.
Hər nə qədər bu şeytanı İsrail dövlətinin günahsız insanlara qarşı işlədiyi cinayətlər davam etdirəcəyinə inansaq da Livandakı və Fələstindəki qardaşlarımız unutmasınlar ki kainatın bir Rəbbi var və kainat O-Nun idarəsindədir; Tövrata görə də bu şeytanı dövlət enində sonunda ortadan qalxacaq.
Birlikdə Allaha dua edək də bu dövlətin sonunu yaxında bizim günlərimizdə bizə göstərsin. Lütfən bu mesajı sionizmin pəncəsində əziyyət görən hər kəsə, xüsusilə də şəhid yaxınlarına və zindanlardakı əsir qardaşlarımıza çatdırın. Sizlər üçün dua edirik. İnşallah yaxında İsrail dövlətinin yıxılmasına şahid olarıq. Əssəlamu əleykum Haham Mose Dov Beck, AMERİKA Haham Meir Hirsh, FƏLƏSTİN Haham ahron Cohen, İNGİLTƏRƏ Content-Disposition: form-data; name="file1"; filename="" |
Категория: Dünyada |
Просмотров: 1367 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|