Главная » 2008 » Mart » 19 » İSLAM PARTİYASININ SEDRİ AZERBAYCAN XALQINI TEBRİK EDİB
11:16 İSLAM PARTİYASININ SEDRİ AZERBAYCAN XALQINI TEBRİK EDİB |
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətiylə təbrik edib. Təbrikdə deyilir: Baharın gəlişi və təbiətin oyanması ilə üzümüzə gələn Novruz bayramı münasibətilə əziz və mehriban xalqımızı səmimi-qəlbdən təbrik edir, yeni ildə həyatın bütün sahələrində nailiyyətlər və uğurlar arzulayıram. Xalqımızın bütün övladlarına uca Tanrıdan İlahi istəklərinə nail olmaqla bərabər, iffət, qeyrət və şücaət yolunda bahar təravəti kimi daha da çiçəklənməsini diləyirəm. İnanıram ki, xalqımız və onun hər bir övladı xoşbəxt və səadətli həyata nail olacaq, bu əzm, qeyrət və iffətlə itirilmiş torpaqlarımızı Allahın yardımı ilə geri qaytarmaqla gələn baharımızı Qarabağın azadlıq bayramı ilə birgə qeyd edəcəyik. Bayram günündə şəhidlərimizə rəhmət, ailələrinə səbir və bayram əhval-ruhiyyəsi diləyirəm! |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1939 |
Добавил: media-islam
| Рейтинг: 3.0/2 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|