İslam.ru xəbər verir ki, məşhur musiqiçi, "Babyshambles" qruppunun lideri, öz qalmaqal çıxışları ilə tanınan Pit Doqerti, narkotik saxladığı üçün məhkum olunmuşdur. Amma cəza çəkmə yerində o, həyata baxışlarını dəyişmiş, hətta Quranın mütaliəsi ilə də məşğul olur. Doqerti, bu Müqəddəs İlahi kitaba London həbsxanası Vormvud Skrabsda məhkumluq müddətini çəkdiyi zaman müraciət etmişdir.
Pit Quranın tərcüməsini, onu bir nəfərlik ciddi rejimli izolyator kameraya saldıqdan sonra xahiş etmişdir. Və bu keçmiş narkoman roker onu indi mütaliə edir.
Onun tanışlarından biri demişdi ki, o, Quranı izolyatora düşdükdən sonra oxumağa başlayıb. «Onun çoxlu müsəlman dostları var və onlar həmişə Pitə İslamı öyrədirdilər. Amma indi o, təkdir və onun özünün öyrənməsi üçün vaxtı çoxdur. Mən çox təəcüblənirəm ki, bu onu necə sakitləşdirib, o, həmişə daxilən çox aqressiv bir insan olub. O, birmənalı olaraq indi daha çox sakit görünür.
O, böyük maraqla İslamı öyrənir. Mən fikirləşirəm ki, bu ona orada çox kömək edir» - deyə rokçunun tanışı əlavə edir.
|