Bazar ertesi, 30.12.2024, 21:26
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 19 » 19 MAY HeZReTİ FATİMEYİ ZeHRANIN (S.e) ŞeHADeT GÜNÜDÜR
    11:55
    19 MAY HeZReTİ FATİMEYİ ZeHRANIN (S.e) ŞeHADeT GÜNÜDÜR

     
    19 MAY HƏZRƏTİ FATİMEYİ ZƏHRANIN (S.Ə) ŞƏHADƏT GÜNÜDÜR


     

    Bütün dünya müsəlmanları o cümlədən Azərbaycan müsəlmanları bir rəvayətə əsasən 19-20 May tarixinə tasədüf edən günləri iki dünya xanımı Xanım Zəhranın(s.ə) şəhadət günləri kimi qeyd edir


    Peyğəmbərimiz Həzrət Fatiməni öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir».
    Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə belə buyurdu: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir».

    HӘZRӘT FATIMӘNIN ŞӘXSIYYӘTI

    Adı: Fatimə (s)

    Atasının adı: Məhəmməd (s)

    Anasının adı: Xədicə (s)

    Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, be᾽sətin 5-ci ili.

    Doğulduğu yer: Məkkə

    Şəhadət ili: Hicri 11-ci il

    Dəfn olunduğu yer: Mə᾽lum deyildir.


    Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: «Indi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və mə᾽sum rəhbərlər onun nəslindən gələcək».
    Həzrət Fatimə (s) besətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kə᾽bənin binasını yenidən tikdirirdi.
    Həzrət Fatimə (s) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı.
    Quranı Peyğəmbərin (s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi. Həzrət Fatimə (s) Quran və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi

    HӘZRӘT FATIMӘNIN ŞӘHADӘTI

    Həzrət Fatimə (s) artıq hər bir şeyi əldən verdiyini və Әli (ə) üçün bir iş görə bilmədiyini dərk etmişdi.

    O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş ağacların vasitəsilə qoyulmasın, amma ümidini artıq öz son cəhdlərindən də kəsmişdi.

    Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü, atasının öldüyü ildə, uşaqlarını öpüb onlarla vidalaşdı:

    Daha doğrusu vidalaşdırdılar. Qoy bütün nəsillər bilsin ki, peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun və nəinki onun hətta qoynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki, xanım Zəhra öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdi. Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı.

    Yeddi yaşında olan Həsən (ə) ilə;

    Altı yaşında olan Hüseyn (ə) ilə;

     

     


    Beş yaşındakı Zeynəb (ə) ilə;

    Üç yaşında olan Ümmü Gülsüm ilə;

    Axırda isə Әli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (s) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Әlinin evində yanan bir şam artıq sönmüşdü.

    Әli (ə) Fatimənin vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi.

    Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi.

    O gündən indiyə qədər və gələcəkdə də davam edəcək bir mübarizədir bu hadisə.

    Siyasətçilər oraya gəlib namaz qılmalı idilər. Həzrət Fatimə (s) gələcək nəsillərə bunu demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə doludur və mən intiqam gününü gözləyirəm.

    Artıq Әli (ə) yalqızdır. Tənha özü qalıb, bir də uşaqları...

    Həzrət Zəhranın qəbrinin yanında oturub Peyğəmbərin qəbrinə xitabən dedi: «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək.
    Категория: Saytımızdan XƏBƏRLƏR | Просмотров: 4318 | Добавил: media-islam | Рейтинг: 3.1/7
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər