Главная » 2008 » İyun » 9 » AEROPORT YOLU BAĞLANIR
23:12 AEROPORT YOLU BAĞLANIR |
Əzizbəyov və Sabunçu dairələri arasındakı yeni istifadəyə verilən yolda hələlik ikitərəfli hərəkət müşahidə olunur. Dörd gündən sonra isə bu ərazidə nəqliyyatın hərəkəti qeyri-müəyyən müddətə tam məhdudlaşdırılacaq. Yolda tikinti aparan şirkətin baş mühəndisi Cəfərağa Şiriyevin sözlərinə görə, iyunun 13-dən etibarən Bakı-Mərdəkan şossesinin, Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə Əzizbəyov dairəsi arasındakı hissəsində və Sabunçu dairəsi ilə Yeni Suraxanı dairəsi arasındakı yolda nəqliyyatın hərəkəti qeyri-müəyyən müddətə tam bağlanacaq. Cəfərağa Şiriyevin sözlərinə görə, Sabunçu və Yeni Suraxanı dairələri arasındakı yol bir ay müddətinə bağlanılacaq.
Dövlət Yol Polisi sürücülərdən Bakıdan Mərdəkana, aeroporta və əksinə alternativ yollardan, xüsusilə Nobel prospekti ilə yeni salınmış Hövsan-Aeroport yolundan istifadə etməyi tövsiyyə edir. Xatırladaq ki, Bakı şəhər Dövlət Yol Polisi idarəsi yolun hələ iyunun yeddisində bağlanacağı barədə məlumat yaymışdı. Lakin Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədovdan aldığımız məlumata görə, Bakıya dövlət tədbirləri ilə əlaqədar yüksək səviyyəli qonaqlar gəldiyindən, adı çəkilən yolların təmirə bağlanması iyunun 13-nə qədər təxirə salınıb. |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1332 |
Добавил: admin
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|