Kanal 7 telekanalının başıörtülü jurnalisti yaxın günlərdə Türkiyəin Van şəhərində Yüzüncü İl universitetinin astanasında əslində nələr baş verdiyini danışdı.
HICAB KIMƏ MANE OLUR ?
UNİVERSİTET QAPILARINDA ƏSLİNDƏ NƏLƏR BAŞ VERDİ?
Haber 7-nin redaktorlarından biri olan Səmanur Sönməz Yaman Van şəhərinin Yüzüncü İl universitetinin astanasında yaşanan hadisələrdən xəbər hazırlamaq üçün baş verənləri izləyərkən öz hisslərini də qələmə aldı və eyni anda da canlı çatdırdı. Budur o yazı... Utanc gərginliyi
Mənim danışacaqlarım Van şəhərinin Yüzüncü İl universitetinin həyət qapısında cərəyan etmişdir.
9 iyunda səhər universitetin həyətində yerləşən mühafizəçilər məktəbə gələn bütün avtobusları və mikroavtobusları bir-bir saxladılar.
Mən universitet xidmətindən bəhs etmirəm, söhbət Özəl Xalq Avtobusları və reysə çıxan mikroavtobuslardan gedir.
İçində tələbələrin, şagirdlərin, yataqxanalarda qalanların, onların qonaqların və yaxındakı kənd sakinlərinin istifadə etdikləri ictimai nəqliyyat vasitələri.
Və "yoxlama" başladı. Təhsil yolunda olan yoxlamanın səbəbi "başı örtülüləri seçib ayırmaq" kimi təsəvvür edilə bilər. Başı bağlı olanlar bir-bir başlarını artıq burada açmaqları haqda xəbərdar edilirdilər. Universitet binasının 700 metrliyində, həyət qapısına 20 metrə qalmış bir ictimai nəqliyyat vasitəsinin içində hamının gözləri qabağında və dərslərin bitməsinə iki həftə qalmış vaxtda.
Nəliyyat vasitələrinin mühərrikləri söndü, başıbağlı olanlar başlarını açana qədər maşınların açarlarına toxunmadılar. Başlarını bu yerdə açmaq istəməyənlər mühafizəçilərə universitetin qapılarına getmək istədiklərini bildirdilər və onlara xatırlatdılar ki, onsuz da dərsdə başlarını açırlar, lakin mühafizə xidməti əmr almışdılar. Baş örtükləri aşağı endi, avtobuslarda qalanların başları açıldığı zaman mühərriklər çalışdı və təhsil müəssisəsinin önündə mövcud əngəl ortadan qalxdı.
Bu tələbələrdən biri sinifdə qalmaqla öz inancı arasında sıxıntı keçirən bir qızın "səbri partladı". Əvvəl ağladı, sonra bir dəli bir qışqırıq çıxardaraq əsəb gərginliyi keçirdi. Özünü yerə atdı, çırpındı, sayıqladı. O, qışqıranda onun dostları və rəfiqələri ağlayırdı. Onun qışqırıqları universitet darvazalarını aşıb keçərək binaya qədər çatdı. Lakin nə rektor, nə də digər müəllimlər onu eşitmədi.
Onların yanında avtomaşınlar keçib getdi, təəccüblə dolu baxışlı tələbələr, qonaqlar, sürücülər elə baxa-baxa keçib getdilər. Heç kim dayanıb soruşnadı ki, "Nə baş verir?".
Gənc qızların altında sığınacaq tapdıqları bir söyüd ağacı kimi səssiz idilər hamı, amma bu ağac ən azından öz kölgəsi ilə onlara dəstək olurdu.
Vaxtilə "ata, məni məktəbə göndər" kampaniyalarının təşkil olunduğu bir ölkədə gənc bir qız universitet qapıları önündə "əsəb partlaması" həddinə çatdı.
Universitetə girmək üçün son imtahanlarını buraxmamaq, bəlkə də məzun olmaq, bəlkə də çörəyini əlinə alıb xəstə anasına baxmaq, bəlkə əldə etdikləri bilgilərlə övladlarını vətənə və millətə xeyirli olaraq yetişdirmək, bəlkə də özündən qat-qat böyük yaşda olanla evləndirilməmək, bəlkə də "oxu" əmrinə boyun əymək, bəlkə də sadəcə olaraq universitet məzunu olmaq üçün çalışırdı. Universitetin isə verdiyi ilk sənəd əsəb gərginliyi oldu.
Kim ödəyəcək bunun bədəlini, xəstə bir toplum yetişdirmək kimi və niyə bu qədər məmnun edir? Kimlərinsə səltənət taxtında oturub öz səfalı vəziyyətini davam etdirmək bəlkə bundan asılıdır?
Artıq əsəb gərginliyi keçirmək növbəsi məndədir.
Mənimkinin adı "Utanc gərginliyi"dir.
Universitet qapısından içəri keçə bilməyən əsəb gərginliyi keçirən qızın günahı hər kəsin boynuna düşdüyü kimi mənim də boynuma düşür.
Utanıram!!!
Seyr etməkdən, susub qalmaqdan, daim bu mövzu haqqında yazmaqdan utanıram... (Mənbə: şanlıurfa)
|