Anqela Merkel Almaniya Bundestaqındakı (Milli Məclis) çıxışında orta məktəb proqramlarında xtistianlığın tədrisinin əvəzsiz rola malik olmasını vurğulayib. Eyni zamanda Almaniya xristian-demokrat partiyasının da sədri olan Merkel deyib:
"Dini dərs digər elmlər üçün çox gözəl bir vasitə hesab edilir və o, həyatın təməlini qurur. Odur ki, nə ailə, nə valideynlər, nə də əlavə məşğələ onun yerini doldura bilməz."
Anqela Merkel çıxışınin davamında Allaha çox təvəkkül etməyin sadəlövlük olmamasını və imanın zəruriliyini vurğulayıb.
Almaniya kansleri həmçinin dini dərslərin gələcəkdə daha çox əhəmiyyət daşıyacağına toxunaraq onun cəmiyyətdə birlik və həmrəyliyə səbəb olacağıni qeyd edib.
imamhuseyn.org |