Növbəti tam günəş tutulmasının 2009-cu il iyulun 22-də Hindistan, Neapol və Butanda müşahidə olunacağı gözlənilir
Bu gün dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda Günəş tutulması olub. Yerli vaxtla saat 14.48-dən Azərbaycan ərazisində natamam günəş tutulması başlayıb və təxminən 2 saat davam edib. Saat 15.30 da isə maksimal tutulma olub və Günəşin 42 faiz tutulması müşahidə olunub. Ayın günəşi tam şəkildə örtməsi isə Kanadada, Qrelandiyada, Qərbi Sibirdə və Çində müşahidə olunub. bu ərazilərdə 2 dəqiqədən artıq müddətə gündüz gecəyə çevrilib. Yəni ay diski tam şəkildə günəş diskinin üzərində dayanıb. Bu hadisəni müşahidə etmək üçün həmin yerlərə bütün dünyadan turistlər axışmağa başlayıb. Öz şəhərini 2008-ci il gün tutulmasının paytaxtı elan etmiş Novosibirsk meriyası astronomiyasevərlər üçün xüsusi şərait yaradıb. Burada 10 müşahidə meydançası yaradılaraq yerli cihazquraşdırma zavodunun istehsalı olan 150-dən artıq teleskopla təchiz olunub. Növbəti tam günəş tutulmasının isə 2009-cu il iyulun 22-də Hindistan, Neapol və Butanda müşahidə olunacağı gözlənilir. Astroloqlar hesab edirlər ki, bu hadisə insanlara təsirsiz ötüşmür və insan orqanizminə müəyyən dərəcədə təsir edir. Həmin ərəfədə kütləvi tədbirlərin keçirilməsi də məqsədəuyğun deyil. Astroloq Firudun Qurbansoy isə bildirir ki, Günəş tutulmaları insanların sağlamlığına da təsir edir: «Ürək damar xəstəlikləri olanlara, hipertonik xəstəliklər olanlara bu, mənfi təsir edir». /ANS TV/
Şəkillərə burada baxa bilərsiniz |