Bazar, 22.12.2024, 07:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 17 » MÜSƏLMAN XANIMLAR OLİMPİYA OYUNLARININ STREOTİPLƏRİNİ DAĞIDIR
    22:12
    MÜSƏLMAN XANIMLAR OLİMPİYA OYUNLARININ STREOTİPLƏRİNİ DAĞIDIR
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Olimpiya oyunlarında iştirak edən bir çox müsəlman xanımlar geydikləri hicabın onların idman və həyat uğurlarına mane olmadığını sübut etməklə özlərinə qarşı mənfi streotipləri dağıdıblar.
         ”Hicab heç zaman mənimçün çətinlik törətməyib”,-deyə Bəhreyindən olan yüngül atletika idmançısı Rüqəyyə əl-Qəsərə bildirmişdi. Həmin idmançı xanım 2006-cı ildə Qərbi Asiya oyunlarında qızıl medal alaraq müsəlmanların tarixi fəxrinə çevrilmişdi, - İslam.ru  xəbər verir.

        Qeyd etmək lazımdır ki, əslən Mərakeşdən olan Olimpiyadanın qızıl medal sahibəsi Navəl əl-Mütəvəkil bu günlərdə Beynəlxalq Olimpiya Komitəsinin İdarə komitəsinə daxil olan ilk müsəlman qadın olmuşdur.

        “İslamOnline”nın verdiyi xəbərə görə avqust ayının 8-də Pekində start götürən Olimpiya oyunlarında qızıl medal uğrunda güclü mübarizə aparan bir çox müsəlman xanım iştirak edir. Burada Misirdən olan bir neçə hicablı xanım, 3 iranlı, Afrika və yəmənli xanımlar yaxın məsafəyə qaçış, qayıq yarışı, taekivando və oxatma yarışında iştirak edəcək. Rüqəyyə əl-Qəsərə və iranli idmançı xanım Homa Huseyni açilış zamanı ölkələrinin bayrağını daşımağ şərəfinə layiq görülüblər.

        Artıq 3-cü ildir ki, Olimpiya oyunlarına qatılan Misirli qılınc yarışcısı Şayma əl-Qammal ilk dəfə olaraq yarışa hicablı halda qatılmışdı. ”Yarışarkən mən fəxr edirəm ki, mən müsəlmanam”, - deyə gənc idmançı bildirib.

        İslamda hicab nəyinki dindarlığın simvoludur, bu – müsəlman bir xanımın geyiminin ən vacib hissəsidir. Son vaxtlarda Qərbdə idmançıların hicab məsələsi xüsusilə aktuallaşıb.

        Ötən yanvarda amerikalı məktəbli xanım hicab taxdığına görə yerli qaçış yarışlarından kənarlaşdırılmışdı. 2007-ci ilin martında UEFA Şurasının qəbul etdiyi qərara əsasən (qadın) futbol yarışlarına hicablı qatılmaq qadağan edilmişdi. Bu qərar kanadalı hicablı xanımın komandadan xaric edilməsi və 11 yaşlı kanadalının eyni səbəb üzündən milli cudo yarışlarından uzaqlaşdırıldığından sonra qəbul edilmişdi. Təhlilcilərsə bu məhdudiyyətlərin heç bir perspektivinin olmaması və tez bir zamanda vəziyyətin əsaslı surətdə dəyişəcəyini təsdiqləyirlər.




    Категория: Dünyada | Просмотров: 1419 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər