Главная » 2008 » Sentyabr » 5 » İŞĞALÇILAR DİNC ƏFQAN ƏHALİSİNİ QƏTLƏ YETİRMƏKDƏ DAVAM EDİR
18:47 İŞĞALÇILAR DİNC ƏFQAN ƏHALİSİNİ QƏTLƏ YETİRMƏKDƏ DAVAM EDİR |
Yüzlərlə əfqanistanlı bazar ertəsi Amerika işğalçı ordusunun Əfqanistandakı hərəkətlərinə etiraz olaraq Kabulu ölkənin qərbi ilə birləşdirən yolu bağlamışdır.
Kabuldan verilən xəbərə görə nümayişçilər ölkənin qərbində gecə reydi zamanı ABŞ əsgərlərinin yeddi nəfəri, aralarında qadın və iki uşaq olmaqla öldürülməsinə etiraz ediblər, İslam.ru xəbər verir.
“Əsgərlər bizim evimizi mühasirəyə alanda təxminən gecə saat bir idi. Onlar bir evi qumbara atəşinə tutmuşdurlar ki, bunun nəticəsində bütün ailə həlak olmuşdur”,-deyə jurnalistlərə müsahibəsində Süleyman adlı yerli sakin bildirmişdir. Yerli marionit televiziya jurnalistləri hadisə yerində olmuş və öldürülən dinc əfqanların şəkillərini çəkmişdir.
Associated Press agentliyinin verdiyi məlumata görə Amerika işğalçıları reyddə onların əsgərlərinin iştirak etməsi faktını təqzib ediblər. AP-isə öz növbəsində güllə yarası almış qadının sağ qaldığını, onun iki uşağının isə öldüyünü bildirir. Qadının uşaqlarının birinin 1 digərinin isə 2 yaşı olub. Amerikalılar həmçinin qadının üç qohumunu oğurlayaraq məlum olmayan istiqamətdə aparmışdırlar.
KİV-lərin verdiyi xəbərə görə Kabuldan qərbdə ABŞ və NATO hərbi bazaları yerləşir. Avqustun 26-sında BMT Təhlükəsizlik Şurasının iclasında son aylar ərzində kütləvi insan qırğını ilə əlaqədar müzakirə ABŞ və Böyük Britaniyanın veto hüququndan istifadə etməsi nəticəsində təxirə salınmışdır. Əfqanistan hökuməti və humanitar təşkilatlarının verdiyi xəbərə görə bu il ərzində Amerika və NATO hərbiçiləri tərəfindən əksəriyyəti qadın, uşaq və qocalar olan 550 dən çox dinc sakin öldürülmüşdür.
|
Категория: Dünyada |
Просмотров: 1106 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|