Şenbe, 21.12.2024, 20:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 49
    Qonaq: 49
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 11 » AVTOMOBİL REKORDLARI: ƏN YAXŞILARIN YAXŞISI
    13:39
    AVTOMOBİL REKORDLARI: ƏN YAXŞILARIN YAXŞISI
     
     
     
     
     
    Başa çatan Pekin Olimpiadası sürət, dözüm, ustalıqda bir çox rekordların şahidi oldu.

    Amma avtomobil dünyasının da öz rekordçuları var: üzgüçülər, ağırlıq qaldıranlar, alpinistlər... Lent.az avtomobil rekordlarını təqdim edir.


    Ən uzağa tüllanma – Chrysler VH Valiant

    Rekord – 72 metr

    Bəzi avtomobillər təkcə sürətlə hərəkət etməyə deyil, eləcə də uzağa tullanmağa qadirdirlər. Məsələn, dünya rekordçusu sayılan - Chrysler VH Valiant. Məşhur kaskadyor Rey Bauman 1998-ci ildə Avstraliyanın Pert şəhərindəki yarış trassında idarə etdiyi avtomobillə 72 metr uzunluğa tullanıb və uğurla yerə enib. Chrysler VH Valiant idman rekordundan əlavə, güclü mühərriki, yüngül gövdəsi və s. göstəricilərinə görə sürücülərin sevimlisinə çevrilib.


    Ən yaxşı konki sürmə - Bentley Continental GT

    Buz üzərində maksimal sürət - 321,65 km/saat

    Avtomobillər arasında buz üzərində dünya rekordu Bentley Continental GT “nəhənginə” məxsusdur. Ralli yarışçısı Yuxa Kankkunen Finlandiya sahilində buzlamış dəniz üzərində 321,65 km/saata qədər sürət yığıb. Bu zaman havanın tempraturu –30 dərəcə olub. Bundan əvvəlki rekord 1995-ci ildə Bugatti EB110 avtomobilnə məxsus olub – 296,34 km/saat.


    Ən yaxşı sprinter - SSC Ultimate Aero TT

    Maksimal sürət – 441 km/saat

    Seriya ilə buraxılan avtomobillər arasında maksimal sürət rekordu SSC Ultimate Aero TT-yə məxsusdur. 1183 at gücündə 6,2 litrlik 8 silindirli avtomobil 2007-ci ildə 411 km/saat sürət yığıb. Bu zaman Bugatti Veyron və Koenigsegg CC 8S kimi avtomobillər geridə qalıb. Yeri gəlmişkən, mütləq rekord Thrust SSC-yə məxsusdur. Böyük Britaniya Hərbi Hava Qüvvələrinin pilotu Endi Qrinin idarə etdiyi iki turbomühərrikli Thrust SSC səs sürətini ötərək 1227,99 km/saata qədər sürət yığıb.


    Ən yaxşı ağırlıq qaldıran - Liebherr T 282B

    Makismal yük qaldırmaq qabiliyyəti – 365 ton

    Bəzi yük avtomobilləri nəhəng ölçüləri və heyrətamiz yük qaldırmaq qabiliyyətinə malikdirlər. Ağırlıq qaldırma üzrə rekord isə Liebherr T 282B-yə məxsusdur. Bu yük avtomobilinin 3600 at qüvvəsi var. Özünün ölçüləri isə aşağıdakı kimidir – 570 ton və 3 mərtəbəli ev hündürlüyü.


    Ən yaxşı üzgüçü - Rinspeed Splash

    Rekord – La-Manş boğazını 1 saat 33 dəqiqə 47 saniyəyə keçib

    İsveçrənin istehsalı etdiyi Rinspeed Splash avtomobil-amfibiyası La-Manş boğazını 1 saat 33 dəqiqə 47 saniyəyə keçərək rekord vurub. Bu zaman onun daha yaxşı rekord əldə etməsinə boğazda üzən yük gəmiləri mane olub. Avtomobil 142 at gücündə 2 silindirli mühərriklə və sualtı qanadlarla təchiz edilib. Bu göstəricilər ona suda 80 km/saat sürət yığmağa imkan verir.


    Ən yaxşı alpinist - Jeep Wrangler

    Rekord – 6646 metr

    Dünyanın ən yüksək vulkanı olan 6646 metrlik Ojos del Salado məşhur Jeep Wrangler avtomobilinin növbəti “qurbanına” çevrilib. 3,8 litrlik altı silindirli avtomobil vulkanın zirvəsini bir həftəyə fəth edib. Almaniyanın “Extrem Events” komandasının sürücüləri dünya rekordunu Ojos del Saladonun insan tərəfindən fəth edilməsinin 70 illiyinə həsr ediblər.
    LENT.AZ


    Категория: Dünyada | Просмотров: 1464 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər